Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Situasiyanın lideri-Prezident Əliyev niyə indi mətbuat konfransı keçirdi?

By Vüsal Rafiqoğlu
27.02.2021 4 Min Read

Dövlət başçısının danışdığı məsələlər neçə vaxtdır təftişçi müxalifətin və tərəfdarlarının dilindən düşmürdü, hətta özlərinə elə aparanlar vardı ki, sanki Qarabağda məskunlaşmış ermənilərin hoqqalarından, sülhməramlıların bəzi hallarda aşkar özbaşınalığından yalnız bunların xəbəri var…

Fevralın 26-da İlham Əliyevin xarici və yerli jurnalistlər üçün geniş mətbuat konfransı Prezidentin siyasi situasiyalara uyğunlaşan lider deyil, istənilən situasiyanın lideri olması gerçəyini ortaya qoydu.

Əlbəttə ki, Əliyevin özünün belə bir niyyəti və ya özü haqda bu cür qiymətləndirməsi yoxdur. Məsləhət görərdim ki, baxmayanlar bu mətbuat konfransını mütləq izləsinlər, çünki “gözü tərəzi olan” xalq, gərək belə fürsətləri qaçırmasın.

Yeri gəlmişkən, mətbuat konfransının keçirilməsinin xarici jurnalistlərin Azərbaycanda olması fürsəti kimi dəyərləndirilməsi alqışlanandır. Amma gəlin çox qısa, “niyə indi” sualı ətrafında bir az fərqli düşünək.

ABŞ-ın yeni prezidenti Bayden bu günlərdə xarici siyasətinin prioritetlərini açıqlayıb, İrəvanın da yeni Ağ Ev administrasiyasından umacaqları var. Cənubi Qafqazın iki respublikasında-Gürcüstanda və Ermənistanda siyasi burulğanı xatırladan proseslər baş verir. Qonşu İran və Rusiyanın Qərblə münasibətləri daha da kəskinləşməkdədir. Avropada isə pandemiya da daxil, ən müxtəlif səbəblərdən qaynar hadisələr, küçələrə yansıyan etirazlar yaşanır. Azərbaycan prezidenti jurnalistlərlə bunlar haqda danışmadı, çünki bu, necə deyərlər, bizim işimiz deyil.

Amma Prezident ABŞ-ın bədnam “907-ci düzəliş”ini təsadüfən də xatırlatmadı, Ermənistanı hələ də qızışdıran güclərin, dağılmış ordusunu isə yenidən silahlandırmaq istəyənlərin varlığından danışdı, Avropanın vaksin ədalətsizliyinə münasibət bildirdi, Türkiyənin regional və dünya gücünə toxundu, bizə daima dəstək olacaqlarını söylədi və sairə…O halda 4 saatadək davam edən bu mətbuat konfransında zamanlamadan gəlinən nəticə nədir? Bölgənin və dünyanın nəbzini tutmadan, yaranmış vəziyyətləri düzgün qiymətləndirmədən Azərbaycan kimi mürəkkəb regional ölkəni ağıllı yönəltmək çətin olar.

Bu xüsusda bu cümlə ilə yekunlaşaq: İlham Əliyevin dünyadakı prosesləri incələyib, situasiyanı zərgər dəqiqliyi ilə dəyərləndirmək bacarığı sayəsində Qarabağdakı müharibə qələbəmizlə bitdi…

Prezident mətbuat konfransında xalqı maraqlandıran ən vacib suallara cavab verdi. Xankəndi, erməni vətəndaşlarımızın sonrakı taleyi, status, dövlət dili məsələsi, sülhməramlılar, mümkün sülh sazişinin şərtləri, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, torpaqlara qayıdış… Bir sözlə, dövlət başçısı Azərbaycan vətəndaşını maraqlandıran hər şey haqda danışdı, müharibədən sonra yaranmış bütün narahat suallara cavab verdi.

07.jpg (888 KB)

Bu suallar neçə vaxtdır təftişçi müxalifətin və tərəfdarlarının dilindən düşmürdü, hətta özlərinə elə aparanlar vardı ki, sanki Qarabağda məskunlaşmış ermənilərin hoqqalarından, sülhməramlıların bəzi hallarda aşkar özbaşınalığından yalnız bunların xəbəri var. Prezident xalqı narahat edən hər bir məsələ haqda danışması ilə bütün mümkün şübhələri dağıtdı.

“Qarabağ Rusiyaya verilib” kimi sərsəm iddialara da birmənalı cavab verildi. Aydın oldu ki, Bakı ermənilər qayıdan bölgədə vəziyyətə tam nəzarət edir, onların torpaqlarımızda ən xırda bir hərəkətlənməsindən, sərsəm rus dili “qərarından”, sülhməramlıların Laçın dəhlizində “göz yumduğu” xariclərin kimlər olduqlarından belə dövlət xəbərdardır.

İlham Əliyev bəzi suallar barədə diplomatik çərçivədə danışdı, amma xalqın və dövlətin birbaşa maraqlarının əks olunduğu hər bir suala ətraflı, detallı cavab verdi.

Mətbuat konfransının daha bir mühüm məqamı- Əliyev xalqa yenə də həqiqətləri dedi. Keçmiş məcburi köçkünlərin işğaldan azad edilən torpaqlara, azərbaycanlıların Xankəndiyə, Xocalıya və digər ərazilərimizə qayıtması da daxil, xalqla açıq və səmimi danışdı. Məsələn, köçkünlərin məskunlaşması ilə bağlı açıqlaması(“Əgər o getməyəcəksə və ya oraya həftəsonu gedəcək, özü isə Bakıda və ya Sumqayıtda yaşayacaqsa, nə üçün xərc çəkməliyik”)kifayət qədər sərt ifadələr kimi görünə bilər, amma Prezident bunu səsləndirməkdən çəkinmədi. Halbuki bu barədə verilən suallara deyiləsi o qədər gəlişi gözəl sözlər vardı ki… Amma Prezident müharibə dövründə olduğu kimi, ənənəsinə sadiq qaldı.
Eləcə də “Xankəndinə, Xocalıya nə vaxt qayıdacağıq?” kimi bəzi hallarda siyasi qərəz məqsədilə səslənən suallara nəzərən, Prezident müharibədən sonra iki millət arasındakı münasibətlərdə indiki reallığı olduğu kimi dedi. Dedi ki, Xankəndinə də, Xocalıya da qayıdacağıq, amma bunun üçün zaman lazımdır. Sonda bu məsələdə prinsipial mövqeyini də təkrar etdi:

Sitat: “Bunun(azərbaycanlıların öz torpaqlarına qayıtmasının-N.S) başqa yolu yoxdur.”
Statusla bağlı erməni siyasətçilərinin spekulyasiyalarına yenə qayıtdı, bunun mümkünsüz, xəyal və təhlükəli tendensiya olduğunu onlara bir daha xatırlatdı, Azərbaycan dilinin Qarabağın ermənilər yaşayan ərazilərində də dövlət dili olduğunu söylədi.

Ermənilərin Xankəndində indi də rusun dilinə “girməkləri”nin səbəbi aydındır, dövlət başçısı da buna üsulunca işarə etdi, Ermənistanda və Azərbaycanda rus dilinə olan fərqli münasibəti yada saldı və bu məsələdə də prinsipial mövqeyi ilə seçildi: ermənilərin yaşadıqları dövlətin dilinə hörmət etməyə borcludurlar.

x1-1606112187.jpg (65 KB)

Ermənistanda mümkün hakimiyyət dəyişikliyi baş verərsə, 10 noyabr anlaşmasının guya qüvvədən düşəcəyi, hətta yenidən revanş müharibəsi başlayacağı haqda Azərbaycanda da narahatlıqlar olduğu sirr deyil. Prezident dedi ki, hakimiyyət dəyişsə belə, rəsmi İrəvan 10 noyabr anlaşmasının icrasından yayına bilməyəcək. Zənnimcə, Prezident Əliyev razılaşmada çox önəmli məsələni-Putinin imzasını və Rusiyanın qarantiyasını da təsadüfən qabartmadı. Çünki bəzi məlumatlara görə, Rusiyada Ermənistanda mümkün hakimiyyət dəyişikliyini dəstəkləyən qüvvələr var, Paşinyana qarşı çıxan Baş Qərargah rəisinin hətta Rusiya generalitetinin adamı olduğu deyilir. Prezident isə müharibədən sonra Rusiyadan daha çox asılı vəziyyətə düşmüş Ermənistanın imzalanan sənədə qarşı çıxa bilməyəcəyini dedi və Moskvanın məsuliyyətinin də altını çizdi.

Rusiyanın adı mətbuat konfransında bir çox məsələlərdə çəkildi, amma bir məqama diqqət yetirək. Prezident Rusiya ilə bağlı danışanda da obyektiv və səmimi oldu. Rusiyanı Azərbaycanın dostu, strateji müttəfiqi kimi dəyərləndirdi, amma Ermənistan ordusuna həm müharibədən əvvəl, həm müharibədən sonra dəstəyini dostyana qınamaqdan da vaz keçmədi…

Baxmamısızsa, izləməniz məsləhətdir, həqiqətləri öyrənmək və daha çox nəticə çıxarmaq üçün həm də…

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əli Əsədovdan sərəncam: 10 alt işçi qrupu yaradıldı

Next

İlham Əliyev: “Türkiyə dünya miqyasında güc mərkəzi kimi bölgəmizdə çox müsbət rol oynayır” – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv