Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir” – Sevil Mikayılova

By Vüsal Rafiqoğlu
01.03.2021 2 Min Read

Xəzər regionu ABŞ-ın milli maraqları baxımından önəmli yer tutur və regionda ABŞ milli maraqlarının möhkəmləndirilməsi üçün Azərbaycanla əlaqələrin dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova ABŞ Konqresinin üzvləri ilə Milli Məclisin deputatları arasında videogörüşdə deyib.

Deputat bildirib ki, ötən 30 il ərzində Azərbaycan və ABŞ ümumi maraqlara və dəyərlərə əsaslanan strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirib:

“Bu tərəfdaşlıq xüsusilə də enerji təhlükəsizliyi, antiterrorizm, iqtisadi və ticari əməkdaşlıq sahəsində uğurla inkişaf etdirilib. Həmçinin siyasi və humanitar sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli mühit mövcud olub”.

Deputat vurğulayıb ki, çoxşaxəli iqtisadiyyatı ilə Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir:

“Azərbaycan bu əraziləri sülh və əminamanlıq adasına çevirmək əzmindədir. Cənab Prezident İlham Əliyev bəyan etdiyi kimi, dost ölkələrin bərpa işlərində iştirak etmək istəkləri rəğbətlə qarşılanır. Bu nöqteyi-nəzərdən ABŞ şirkətləri də bu prosesə öz töhfələrini verə bilərlər”.

Deputat, həmçinin ABŞ-la Azərbaycan arasında sülhməramlı əməliyyatlarla bağlı əməkdaşlıqdan danışıb. O qeyd edib ki, Azərbaycan Əfqanıstan və İraqda sülhməramlı missiyaya dəstək vermək məqsədilə öz sülhməramlılarını göndərib, eyni zamanda hava dəhlizini açıb və təcrübə mübadiləsi aparıb.

S.Mikayılova əlavə edib ki, ABŞ neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda fəal investorlar qismində çıxış edirlər və ABŞ-ın dəstəyi ilə Şərq-Qərb neft və qaz nəqliyyat dəhlizi layihələri kənar təzyiqərə baxmayaraq, Azərbaycan tərəfindən uğurla həyata keçirildi: “Azərbaycandan Avropaya qədər uzanan 35 milyard dollar dəyərindəki bu yeni kəmər bu siyasətdə yeni bir mərhələdir”.

Deputat vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən 257 şirkəti ilə ABŞ-ın Azərbaycana investisiyası 14 milyard dollara çatır. İki ölkə arasında ticarət dövriyyəsi 20 milyard dollardan artıqdır ki, bu da yüksək götəricidir və hər il artmaqda davam edir.

S.Mikayılova həmçinin çıxışında bildirib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən yəhudilərin, xristianların, müsəlmanların birgə mövcudluğu üçün unikal modelə malikdir, bir sözlə dini tolerantlıq Azərbaycanda bir həyat tərzidir.

Deputat əlavə edib ki, Azərbaycan esktremizm və terrorizmə qarşı qlobal mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın etibarlı tərəfdaşı olaraq qalır: “Biz deyə bilərik ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş iki ölkə arasında əməkdaşlığa yeganə maneədir. Ümid edirik ki, Co Baydenin rəhbərlik etdiyi ABŞ administrasiyası nəhayət ki bu düzəlişin aradan qaldırılması təşəbbüsü ilə çıxış edəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pandemiyanın maşın bazarına təsiri – VİDEO

Next

“Toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik” – AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv