Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistan böyük təhlükə ilə üz-üzə: oradakı Rusiya ordusu… – SENSASİON DETALLAR

By Vüsal Rafiqoğlu
02.03.2021 4 Min Read

Ermənistandakı son proseslər dünyanın aparıcı güclərinin diqqət mərkəzindədir. İki qütbün savaşından demokrat pərdəli Nikol Paşinyanın, yoxsa revanşist ruspərəstlərin qalib çıxacağı hələ də sual altındadır. Digər tərəfdən qərbyönümlü siyasətçi kimi tanınan hazırkı prezident də Paşinyana qarşı çıxır. Bir çoxları Armen Sarkisyanın davranışlarını “U” dönüşü kimi qiymətləndirir.

Bəs bu didişmələrin axırı hara gedəcək? Baş verənlərin Qarabağ məsələsinə hansısa təsiri olacaqmı?

ARANTV.AZ  publika.az-a istinadən xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov müsahibəsində baş verən proseslər fonunda yaranan suallara aydınlıq gətirməyə çalışıb:

– Tofiq bəy, hazırda İrəvanda siyasi ab-hava həddən artıq dumanlı görünür. Paşinyan devriləcək, yoxsa qalacaq – hamını bu sual düşündürür. Sizcə, nə baş verir? İki qütb – qərbmeyillilərlə rusiyayönümlülərin duelindən kim qalib ayrılacaq?

– Hazırda İrəvanda rusiyayönümlü və Qərbə meyilli qüvvələr meydana toplaşıb. Üz-üzə dayanıblar. Hiss olunur ki, Ermənistan ictimaiyyəti də qərbyönümlü siyasətə daha çox üstünlük verir. Məlum hadisələrdən, daha doğrusu, 44 günlük müharibədən sonra ictimaiyyətin qərbyönümlü siyasəti dəstəkləməsi üçün heç bir maneə qalmadı. İctimaiyyət qərbyönlü siyasəti daha məqbul sayır. Sadəcə olaraq köhnə təfəkkürlü siyasətçilər və əski elita, eləcə də “Qarabağ klanı”na aid olan bəlli insanlar əks mövqedədirlər. Onların əsas mövqeləri orduda və təhlükəsizlik xidmətində cəmləşib. Hiss olunur ki, ictimaiyyət onların köhnə siyasətə qayıdış təklifini qəbul etmək istəmir. Əlbəttə, hazırda Ermənistanda bu kimi proseslər asan keçmir. Amma əslində nəticə artıq bəllidir.

– Sizcə, əldə olunan nəticə nələrdən ibarətdir?

– Nəticə ondan ibarətdir ki, rusiyapərəst qüvvələr Ermənistanın siyasi səhnəsindən çıxarılacaq. Bunun nəticəsində həm Rusiyanın hərbi mövcudluğu, həm də Rusiyanın Ermənistandakı hərbi bazaları addımbaaddım oradan götürüləcək.

– Bəli, doğru deyirsiniz, Armen Sarkisyan da qərbyönümlüdür. Vaxtilə Londonda müxtəlif şirkətlərdə, eləcə də BP-də işləyib. Hesab edirəm ki, Sarkisyanın bu cür davranışının siyasi əsasları var. Mövcud idarəetmə sistemi Ermənistanda yenidir. Ola bilsin ki, Sarkisyan mövcud böhran vəziyyətindən istifadə edib müəyyən səlahiyyətləri yenidən prezident idarə üsuluna qaytarmaq istəyir. Hazırkı prezident baş verən böhrandan istifadə edərək səlahiyyətlərini artırmaqla yanaşı, öz nüfuzunu qaldırmaq, yerini daha da möhkəmləndirmək niyyəti güdə bilər. Bunun nəticəsini zaman göstərəcək. Fikrimcə, Ermənistan prezidentinin bu və ya digər mövqedə olmasının elə bir əhəmiyyəti yoxdur. Müharibədən və siyasi kapitulyasiyadan sonra insanlar Nikol Paşinyanı dəstəkləməyə davam edirlər. İnsanlar başa düşür ki, müharibədə məğlub olan və ya məğlubiyyətə səbəb olan şəxs Paşinyan deyil. Məğlub olan isə Ermənistanın müstəqillik əldə etdiyi vaxtlarda ortaya atılan “Miatsum” (birləşdirmə – T.T.) ideoloji xəttidir. Yəni, Azərbaycana qarşı ərazi iddiaları, Qarabağın Ermənistana birləşdirilməsi ideyaları hazırda baş verən böhranın əsas mövzusudur, nüvəsidir. Hiss olunur ki, Ermənistan ictimaiyyəti özünü bu mövzudan azad etmək istəyir. Bu da praktik bir yanaşmadır. Çünki hazırda söhbət Qarabağın gələcəyindən yox, Ermənistan dövlətçiliyinin sabahından gedir. Əslinə qalsa, Ermənistan dövlətinin gələcəyi təhlükə altındadır.

– Nikol Paşinyanın devriləcəyi təqdirdə, 10 noyabr üçtərəfli bəyanatının aqibəti necə olacaq? İcrası davam edəcəkmi? Yoxsa, revanşistlər yeni müharibənin anonsunu verəcəklər? Nə baş verəcək?

– Ermənistandakı müəyyən qüvvələrin yenidən müharibəyə cəhd edəcəyinə inanmıram. İndiki mərhələdə Ermənistanın nə hərbi, nə də siyasi potensialı var ki, revanş ideyalarını ortaya atsınlar. Revanşistlər olmur, kim olur-olsun, hazırda bunu etmək üçün Ermənistanın potensialı yoxdur. Fikir verirsinizsə, əvvəllər revanş ideyalarını təbliğ edənlər artıq siyasi səhnədə görsənmirlər. Sadəcə olaraq baş vermiş hadisələrdə günahkarlar axtarılır. Bu baxımdan inanmıram ki, Ermənistanın yaxın dövrlərdə Azərbaycana təhlükə yaratmaq imkanları olacaq. Bu məsələ artıq bağlanıb. Mövcud vəziyyətin bu və ya digər formada yenidən Ermənistanın “xeyrinə” dəyişməsi üçün onilliklər lazımdır. İndiki mərhələdə bunu görmürəm.

– Bir sıra rusiyalı ekspert hesab edir ki, Ermənistanda vətəndaş müharibəsi baş verə bilər. Necə düşünürsünüz, bu, mümkündür?

– Hesab edirəm ki, orada artıq vətəndaş qarşıdurması mövcuddur. Bunun silahlı variantının ortaya çıxıb-çıxmayacağı hələlik sual altındadır. Fikrimcə, bunun üçün əsaslar yoxdur. Hazırda Ermənistanda tam şəkildə dərk edilir ki, Qarabağ Ermənistan üçün itirilib. Ölkə böhran içindədir. Belə bir məqamda xilaskar nüans ölkənin Qərblə münasibətlərinin güclənməsidir. Reallığa baxsaq, görəcəyik ki, sosial və texnoloji yardımlar, edilən köməklər demoqrafik böhranın qarşısını almağa hesablanıb. Ermənistanlı mütəxəssislər də deyirlər ki, pandemiyadan sonra sərhədlər açılan kimi ən azı 200 min insan ölkəni tərk edəcək. Bu qarşıdurmanın sonunda siyasi mühacirlər və onların ailələri də Ermənistandan gedəcəklər. Çünki mövcud mühitdə onlar üçün nə siyasi, nə də ictimai gələcək olacaq. Təkcə bu il yox, gələn il də bu qədər insan Ermənistanı tərk edə bilər. Bunu istisna etmirəm. O zaman Ermənistanın 2 milyonluq əhalisinin sayı daha da azalacaq. Ölkənin əhalisi 1 milyon, milyon yarım olacaq. Bu cür vəziyyətdə olan bir ölkə revanşist addımlara istiqamətlənə bilməz. Yenə deyirəm, hazırda gündəmdə olan Ermənistanın bir dövlət olaraq gələcəyidir.

– Baş verən hadisələr fonunda Sarkisyan-Koçaryan cütlüyünün şansını və aqibətini necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, indiki mərhələdə “Qarabağ klanı”nın Ermənistanın siyasi səhnəsində yeri yoxdur. Bu yer qalmayıb. İndiki hadisələr göstərir ki, baş verənlər, xüsusən də Qarabağdakı məğlubiyyət Paşinyandan daha çox Sarkisyan-Koçaryan cütlüyünün adı ilə bağlanacaq. Bu siyahıya Levon Ter-Petrosyanın da əlavə ediləcəyini istisna etmirəm. Çünki vaxtilə o “Miatsum” ideyasının önündə gələn insanlardan idi. Bu baxımdan, adıçəkilən ideologiyanın məğlub olması onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu qüvvələr Ermənistanın siyasi səhnəsində olmayacaqlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

COVAX təşəbbüsü çərçivəsində Azərbaycanın müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib – Agentlik

Next

Azərbaycanda hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv