Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Prezident İlham Əliyev mahir diplomat olduğunu bir daha təsdiq etdi” – Deputat

By Vüsal Rafiqoğlu
02.03.2021 4 Min Read

Prezident İlham Əliyev tariximizdə daha bir ilkə imza ataraq Xocalı soyqırımı günündə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə mükəmməl cavablandırarkən millətimizi və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri dərin mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi.

ARANTV.AZ  bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, mətbuat konfransı bir çox səbəblərdən xüsusilə ibrətamiz idi:

“İlk növbədə, belə bir konfransın keçirilməsinə indiyədək siyasət və diplomatiya tarixində rast gəlinməyib. İkincisi, mətbuat konfransının Xocalıda törədilən soyqırımı günündə keçirilməsi faktının özünün böyük mənası var idi. Bu konfrans “Xocalıya ədalət” kampaniyasına yeni bir güc verdi”.

M.Qasmlı hesab edir ki, mətbuat konfransında Prezidentin cavablarından Azərbaycan və dünya üçün alınacaq dərslər var. Bu dərslər bundan ibarətdir ki, Xocalıda törədilənlər Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı qanlı cinayət və soyqırımıdır. Soyqırım azərbaycanlılara qarşı törədilsə də, Ermənistan bütövlükdə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib. Soyqırımını törədən hərbi cinayətkarların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Həm Xocalı soyqırımı, həm də İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı heç vaxt unudulmamalı, Azərbaycanda və dünyada bir də təkrarlanmamalıdır. Azərbaycan dövləti heç vaxt 1990-cı illərin əvvəllərində olan aciz vəziyyətə düşməməlidir.

M.Qasımlı qeyd edib ki, müharibədə Azərbaycanın hədəfi ərazi bütövlüyünün bərpa edilməsi idi və buna da nail oldu. Şəhidlərin qanı yerdə qalmadı və düşməndən intiqam döyüş meydanında alındı. İlk növbədə azad edilmiş torpaqlar dirçəldiləcək, vətəndaşlar qayıdacaq və “ağıllı kənd” layihəsi həyata keçiriləcək. Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması və müvafiq addımların atılması üçün zəruri işlər görülür.

Azərbaycan və dünya üçün alınacaq dərsləri sadalayan M.Qasımlı bunu da əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edib. Status məsələsi nə qədər az dilə gətirilərsə, Ermənistan və erməni xalqı üçün o qədər də yaxşı olar. Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir, əks-təqdirdə Ermənistan daha da ağır vəziyyətə düşəcək:

“Ermənilər yaxşı başa düşməlidirlər ki, hansısa “arsax” adlı bir dövlətləri olduğunu deyə bilərlər, lakin belə dövlət yoxdur, heç vaxt olmayıb və olmayacaq. Bu sərsəm ideyaları bir kənara atıb Azərbaycan vətəndaşları kimi normal yaşamaq lazımdır. İrəvanda yenidən hakimiyyətə gəlməyə çalışanlar hərbi canilərdir. Azərbaycan davamlı sülh və regional əməkdaşlıq istədiyi üçün hər hansı revanşizm və qisasçılıq cəhdləri olmamalıdır. Əgər belə cəhdlər baş verərsə, onda “dəmir yumruq” yenidən daha qətiyyətlə işə düşəcək. Regionun gələcəyi qarşıdurmada deyil, qarşılıqlı faydalı əməkdaşlıqdadır. Füzulidə hava limanı ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolunun tikintisi həmin məqsədə xidmət edir. Azərbaycanın xüsusi təyinatlı qoşunları həmin yollardan biri ilə meşələrdən və vadilərdən keçərək Şuşa şəhərinə getdikləri üçün Prezident İlham Əliyev ona “Qələbə yolu” adı verib. Yəni, bundan sonra bütün yollar Azərbaycanı yalnız uğurlara, qələbəyə aparacaq. Nisbətən aran ərazidən keçən digər yol aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçın və Zəngilanda da aeroportlar tikmək planlaşdırılır. Bu aeroportlar Azərbaycanın gücünü daha da artıracaq”.

M.Qasımlı qeyd edib ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası, həmçinin Türkiyə, eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılacaq. Mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevriləcək Azərbaycanın dünya siyasətində mövqeləri daha da möhkəmlənəcək. Azərbaycan, Ermənistan və Rusiya arasında baş nazirlərin müavinləri səviyyəsində danışıqlar aparılır. Həm Türkiyə, həm İran, həm gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən Cənubi Qafqazda müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir. Ortaq Monitorinq Mərkəzinin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsi deməkdir:

“Türkiyə müharibənin ilk günlərindən sülhə, sabitliyə hesablanmış davranış göstərərək Azərbaycanın haqq işini müdafiə edib və əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin mövqeyi təkcə qardaşlıq bağları ilə deyil, beynəlxalq hüquq normalarına ciddi riayət edilməsi istəkləri, haqq və ədalətin yanında olması ilə əlaqədardır.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti uğurlu əməkdaşlığın nümunəsidir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Azərbaycan Respublikası əməkdaşlığa açıq ölkədir. Ermənistan yeganə ölkədir ki, onun belə bir əməkdaşlıq formatı mövcud deyil. Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsə yalnız zəifləyəcək. Çünki Ermənistanın bərpa üçün imkanları və potensialı yoxdur, hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdısa, elə də yaşayacaq. Azərbaycan hərbi əsirlərin hamısını Ermənistana qaytarıb, birgə bəyanatdan sonra Azərbaycan ərazisində tutulanlar isə terrorçulardır. Deməli, Azərbaycan dövləti bundan sonra da terrorçulara və terrorçuluğa qarşı amansız olacaq. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin sözü və əməli eyni dəyərə malikdir. Azərbaycan dövləti bütün dini abidələri qoruyur və bərpa edir. Ermənistanın məscidlərə münasibəti bütün müsəlman aləminə qarşı təhqirdir. Azərbaycan Respublikası dövləti ilə təzyiq dili ilə danışmaq cəhdləri boşa çıxacaqdır, onunla yalnız bərabərhüquqlu əməkdaşlıq etmək olar. Prezident İlham Əliyev aralarında soyuqluq olan müxtəlif dövlətləri barışdıran, ortaq məxrəcə gətirən görkəmli dövlət və siyasi xadim, əsl ağsaqqaldır. Prezident İlham Əliyevin Azərbaycan millətinin və dövlətinin gələcəyinə dair aydın strateji baxışı və planları var. Ümumi plan çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq və yeni nailiyyətlər, uğurlar da olacaq. Bütün yollar Azərbaycan dövləti və millətini yalnız qələbəyə aparacaq”.

M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev tariximizdə daha bir ilkə imza ataraq Xocalıda işğalçı Ermənistan tərəfindən törədilən soyqırımı günündə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox kütləvi informasiya vasitəsinin 50-yə yaxın sualını dörd dildə mükəmməl cavablandırarkən millətimizi və dövlətimizi qələbəyə gətirən amilləri, mövcud vəziyyəti, daxili və xarici siyasətdə perspektivləri dərin mənalı və əhatəli izah etməklə zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, mahir diplomatı olduğunu bir daha təsdiq etdi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeni reallığın memarları

Next

Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv