Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistanın yersiz “fəallığı” Moskvanı çətin vəziyyətə sala bilər – TƏHLİL

By Vüsal Rafiqoğlu
05.03.2021 3 Min Read

9 noyabr sazişindən sonra rəsmi Bakı Qarabağda baş verənlərə təmkinli münasibət göstərsə də, görünən odur ki cəmiyyətdə Rusiya sülhməramlılarından daha çox gözləntilər var. Bu gözləntiləri Azərbaycan Prezidenti də geniş mətbuat konfransında ifadə etdi.

Fevralın 26-da dünyanın nüfuzlu media orqanlarının suallarını cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev Rusiya sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırsa da, “hərdən müəyyən problemlər üzə çıxdığını” dedi. Və buna misal kimi, sülhməramlıların xarici ölkə vətəndaşlarını Qarabağa Azərbaycanın razılığı olmadan buraxmasını qeyd etdi.

Dünən isə yayılan məlumata əsasən xarici işlər naziri Ceyhun Bayramov BMT, ATƏT, NATO və Avropa Şurasının Baş katiblərinə, o cümlədən Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, ATƏT-in fəaliyyətdə olan sədri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktublarla müraciət edib. Aidiyyəti dəlillərin də əlavə olunduğu müraciətdə Ermənistanın beynəlxalq hüquqa və ən əsası üçtərəfli bəyanata riayət etməsi zərurəti, silahlı qüvvələrini Azərbaycan ərazisində yerləşdirməsini dayandırması, həmçinin üçtərəfli bəyanatın həyata keçirilməsinə mane olan bütün hərəkət və bəyanatlardan çəkinməsi tələb edilib.

Bu müraciət Azərbaycan XİN-nin Ermənistanın son dövrdə müşahidə olunan diplomatik fəallığına qarşı əks-hücum idi. Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru, politoloq Fərhad Məmmədova görə, 44 günlük müharibə və 9 noyabr bəyanatından sonra bölgədə yeni bir geosiyasi reallıq formalaşıb.

Yəni uzunmüddətli danışıqlar prosesindən fərqli olaraq müharibədən sonra Rusiya Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası dialoqun moderatoru və münaqişə zonasında sülhməramlı fəaliyyəti həyata keçirən eksklüziv vasitəçi oldu. Lakin ekspertin fikrincə, indi, yəni sazişdən 4 ay keçdiyi bir vaxtda yığılıb qalan cavabsız suallar var.

Ancaq bununla da qalmayıb, erməni tərəfi “müharibə əsirləri”, əslində isə atəşkəs sazişindən sonra Azərbaycana göndərilmiş diversantların geri qaytarılması üçün Azərbaycana qarşı müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Minsk Qrupu üzvü olan ABŞ və Fransa vasitəsilə təzyiq etməyə çalışır.

Rəsmi Bakı ilk dövrdə təmkin nümayiş etdirərək məsələni 9 noyabr sazişinin moderatoru Moskva vasitəsi ilə həll etməyə çalışdığı halda ermənilər münaqişənin əsas vasitəçisi Rusiya deyil, beynəlxalq təşkilatları işə salmağa cəhd etdilər. Bu səbəbdən də indi Bakı ermənilərin məsələni keçirməyə çalışdıqları “yeni (köhnə) oyun taxtasına” əks-hücumla cavab verir. Rəsmi Bakının bu diplomatik gedişin bir neçə hədəfi var.

Birinci hədəf Ermənistandır. Rəsmi Bakı ermənilərin növbəti dəfə yalançı diplomatik hay-küyünə cavab olaraq beynəlxalq təşkilatlar qarşısında konkret faktlarla məsələ qaldırıb. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında Ermənistanın yenidən münaqişəni alovlandıracaq addımlardan çəkinməsi, regiona yeni hərbi qüvvələr toplaması, həmçinin əsasən mülki əhalinin ölümlərinə səbəb olan minaların zərərsizləşdirilməsi üçün onların düzülmə xəritəsini tələb edir. Bu müraciət Ermənistan və onu dəstəkləyən qüvvələri fakt qarşısında qoyur. Çünki bu onu göstərir ki, Qarabağda hərbi gərginliyi davam etdirən, eləcə də dinc insanların ölümünə səbəb olan İrəvandır.

Bu müraciətin ikinci hədəfi isə Qərb ölkələri, hansılar ki, Ermənistanı dəstəkləyir. Bakının müraciəti diplomatik dillə gələcəkdə baş verə bilən gərginliyin günahkarının Ermənistan və ona havadarlıq edən qüvvələr olacağını göstərir və bununla bağlı faktları təqdim edir.

Bakının müraciətində üçüncü ünvan isə heç şübhəsiz ki, Rusiyadır. Rusiya prezidenti Vladimir Putin həm üçtərəfli sazişin imzalanması zamanı, həm də sonrakı dövrdə bəyan edib ki, Moskva münaqişənin həllində beynəlxalq hüquqa əsaslanır və tərəflərin mövqelərini uzlaşdırır.
XİN-nin 22 fevral müraciəti həm də o deməkdir ki, ermənilərin Qarabağda yaranmış vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciəti Rusiyanın İkinci Qarabağ Müharibəsindən sonra Qarabağdakı rolunu şübhə altına qoyur. Ermənistan tərəfinin Qarabağda ələ keçən erməni diversantlarını geri almaq üçün Moskvanın başı üzərindən beynəlxalq təşkilatlara müraciət etməklə ona eyham edir ki, Moskva üzərinə götürdüyü öhdəlikləri icra edə bilmir və ya etmir.

Yəni nəticə etibarı ilə 10 noyabr sazişinin öhdəlikləri ermənilər tərəfindən yerinə yetirilmir və bu, vasitəçi kimi Rusiyanın mövqeyini zəiflədir.

Qarabağda indi Rusiya tamamilə “tək” deyil. Türkiyə də Qarabağda hərbi müşahidə heyəti ilə təmsil olunur. Ankara artıq Cənubi Qafqazın yeni oyunçusudur və bu mürəkkəb diplomatik situasiyada Rusiyanın Türkiyə ilə əməkdaşlıq etməkdən başqa alternativi qalmır.

Nəticə etibarı ilə Bakının diplomatik əks-hücumu Ermənistanın müharibədən sonra beynəlxalq səviyyədə Azərbaycana qarşı təzyiq kampaniyası cəhdini neytrallaşdırmaqla yanaşı, vasitəçinin öhdəliklərini, onun mövqeyinin kim tərəfdən sarsıtmağa çalışdığını da xatırladır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Polislər Şuşada silah-sursat aşkarladılar – FOTO

Next

Ayaqqabılarınızı düzgün seçin…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv