Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dağlıq Qarabağa nə qədər erməni qayıdıb?

By Vüsal Rafiqoğlu
09.03.2021 3 Min Read

BMT-nin 26 yanvar 2021-ci il tarixli məlumatına əsasən, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr bəyanatından sonra Ermənistandan Dağlıq Qarabağa təqribən 20 mindən bir qədər çox əhali qayıdıb.

Rusiya sülhməramlılarının nəzarət etdiyinə baxmayaraq, Dağlıq Qarabağa hələ də şübhəli simaların keçidini nəzərə alsaq, deyə bilərik ki, qayıdanların hamısının yerli əhali, yəni Azərbaycanın erməni vətəndaşları olduğunu güman etmək bir qədər riskli qərar olar. Əlavə etmək də yerinə düşər ki, sülhməramlıların statistikasına görə, geri dönənlərin sayı 50 minin üstündədir.

Statistika və saymaq üsulları fərqlidir, ancaq bir fakt yəqindir ki, BMT adətən bu kimi hesabatlarda əməkdaşlıq etdiyi yerli rəsmi qurumlardan aldığı rəqəmləri təqdim edir. Reallıqda statistikanın necə aparıldığına dair təfərrüatlı məlumat yoxdur. Ancaq məlum olanı budur ki, belə hallarda rəqəmləri “havadan” götürüb faktiki vəziyyət kimi təqdim etmək də optimal çıxış yolu deyil. Adı türk toponimindən uğursuzcasına oğurlanan və dünyanın heç bir xəritəsində əks olunmayan qondarma “Arsaxın prezident administrasiyasının rəhbəri” Artak Beqlaryan (yəni Bəyləryan) lap uzağa gedərək hazırda Dağlıq Qarabağda 100 min, hətta 120 min əhalinin yaşadığını iddia edir. Bu “əhali”nin hamısı təbii ki, Beqlaryana görə, ermənidir. Harada yaşadıqları da çoxsaylı sualların mövzusudur. Yəni Vətən müharibəsi başlamamışdan öncə Dağlıq Qarabağda 120 min erməni əhalisi yaşayırmış və onların hamısı bir nəfər kimi evlərinə qayıdıblar. Keçmiş separatçı “ombudsman” Beqlaryanın 32 yaşı var, o, 1988-ci ildə Xankəndidə dünyaya göz açanda əmi və dayıları artıq separatçılıq virusuna yoluxmuşdular. Gənc olmasına baxmayaraq, belə görünür ki, Artak saxtalaşdıma “elm”inin bütün incəliklərini əxz etməyə müvəffəq olub.

Beqlaryan yerli əhalini saydığı zaman Ermənistan paytaxtı Yerevanda da müxalifət öz sayımını aparır. Eks-prezident, əli xalqımızın qanına batmış Robert Koçaryan Rusiya mediasına verdiyi müsahibədə deyib ki, onun hesablamalarına görə, Ermənistan ordusunu yenidən dirçəldib ayaqüstə qoymaq üçün 3 milyard dollar pul lazımdır. Sonra da əlavə edib ki, Rusiya ilə elə əməkdaşlıq forması tapmaq lazımdır ki, ordunu bərpa etməyə müvəffəq olaq. Onun bu sözlərinin tərcüməsi təqribən bu anlama gəlir: Rusiya ilə elə dil tapmalıyıq ki, o 3 milyardı bizə versin. “3 milyard” deyilərkən təbii ki, pulsuz silah-sürsat nəzərdə tutulur. Ermənistanın sovet dönəmindən qalmış iqtisadi infrastrukturu bütünlüklə məhz Koçaryanın vaxtında Rusiyaya peşkəş edilmişdi. Proses elə belə də adlanırdı: “Borc əvəzinə mülk”. O vaxt Ermənistan indiki kimi rəzil, zəif, məğlub olmuş, ordusu məhv edilmiş, sistemli böhran şəraitində deyildi. Həmin reallıqda Koçaryan Rusiyaya olan borcu mülkiyyətlə ödəmək məcburiyyətində qalmışdı, indi bunu nələrin hesabına edəcəyi qaranlıq və dumanlı məsələdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici KİV-lər üçün təşkil olunan brifinqdə hər iki məsələyə konkret münasibətini bildirdi. Dövlət başçısının sözlərinə görə, Dağlıq Qarabağda Vətən müharibəsinədək maksimum 60 min nəfər yaşayıb. Bu göstərici ciddi operativ-kəşfiyyat tədbirlərinin nəticəsində məlumdur. Ermənilərin 100 mini aşan statistikasının məntiqindən belə çıxır ki, Ermənistan əhalisi dərin iqtisadi sıxıntılardan bezib ölkəni tərk edir, ancaq İrəvandan ayrılan dotasiya hesabına dolanan Dağlıq Qarabağ əhalisi nə qədər var idi, o qədər də qalıb. Bəyəm biz unutmuşuq ki, 28 il ərzində ermənilər Şuşa kimi şəhərə cəmi 3-4 min livanlı, suriyalı və ermənistanlı səfil həyat tərzi sürən şəxslərdən başqa heç kimi məskunlaşdıra bilməmişdi? Elə isə bu 100-120 min haradan çıxdı?

Koçaryanın hərbi iddialarına gəldikdə isə, tutaq ki, ermənilər bu 3 milyardı orduları üçün tapdılar, məgər biz yerimizdə addımlayacağıq? Koçaryan-Sarqsyan ordusunu məhv edən Azərbaycan hərb maşını daha da təkmilləşəcək, əhalimiz daha da artacaq, iqtisadiyyatımız daha da böyüyəcək!

Azərbaycan Prezidenti məlum brifinqdə belə bir bəyanat səsləndirdi: “Bu insanları, Azərbaycana fobiyanın, Azərbaycana qarşı bu təbliğatın qurbanlarına çevrilmiş günahsız insanları müalicə etmək lazımdır. Zənnimcə, zaman ən yaxşı təbibdir”. Bu gün Ermənistanda baş verən hadisələr orqanizmin xəstəlikdən müalicəyə reaksiyasını xatırladır. Antivirus orqanizmə yeridilib. Hər şey xəstənin özündən asılıdır. Sağala biləcəkmi?

Elnur Allahverdiyev
Milli Məclisin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xaçmazda qaynını güllələyən şəxsə hökm oxundu

Next

Azərbaycanda subsidiyalar yeni əmsallarla ödənildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv