Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Fatma Yıldırım: VII qurultayda edilmiş yeniliklər nəticəsində partiyamızın cəmiyyətimizdə mövqeləri daha da güclənəcək

By Vüsal Rafiqoğlu
13.03.2021 3 Min Read

“Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində mühüm, köklü islahatlar həyata keçirilir. 2018-ci il prezident seçkilərindən sonra bu islahatlar daha da dinamik xarakter alıb. Bütün sferaları əhatə edən bu islahatların məqsədi müstəqil dövlətimizi daha da inkişaf etdirmək və gücləndirməkdir. Biz artıq islahatların müsbət nəticələrini görürük və cəmiyyətimiz tərəfindən islahatların rəğbətlə qarşılanması fikrimizi təsdiqləyir”. ARANTV.AZ  yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, islahatlar təkcə sosial-iqtisadi sahələri əhatə etmir: “Belə ki, kadr, hüquq və siyasi sferalarda yeniliklər də dövlətimizin başçısının islahatlar kursunun mühüm komponentlərini təşkil edir. Siyasi sahədə islahatlardan bəhs edərkən, ötən il keçirilən parlament seçkilərini, bu il martın 5-də isə Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsini qeyd edə bilərik. Bu gün cəmiyyətimizin gündəmində olan əsas mövzularından biri YAP-ın VII qurultayının qərarları və partiyamızın Sədri, Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışıdır. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın ən çətin anlarında yaradılıb və onun əsas missiyası yeni müstəqilliyini elan etmiş respublikamızı düşdüyü dərin böhrandan xilas etmək, onu inkişaf yoluna çıxarmaqdan ibarət idi. Və Ulu Öndərimiz bu missiyanı uğurla yerinə yetirdi. Ötən dövr ərzində partiyamız böyük inkişaf yolu keçib və bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 760 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Biz böyük bir ailəyik və böyük siyasi güc olaraq Prezidentimizin ətrafında sıx birləşmişik. Bu ailəmizi daha da böyütmək və gücləndirmək üçün islahatların aparılması günün tələbi idi”.

Millət vəkili qeyd edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi ideya və prinsiplər var və YAP üzvləri də bu yolla addımlayır: “Heydər Əliyev ideyalarında yeniləşmə, müasirləşmə amili mühüm yer tutur. Bu gün ölkəmizdə aparılan islahatlar, dəyişikliklər də məhz bu prinsiplərə əsaslanır. 2019-cu ilin sonlarında V çağırış Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edən YAP-ı təmsil edən deputatların mövqeyi də məhz bugünkü islahatlara adekvat olan qanunvericilik orqanının formalaşdırılmasından ibarət idi. Ötən il fevralın 9-da keçirilmiş parlament seçkiləri məhz bu məqsədə xidmət etdi. Bu il martın 5-də keçirilən YAP-ın VII qurultayı da partiyadaxili islahatlar baxımından böyük önəm kəsb edir”.

Fatma Yıldırım söyləyib ki, partiyada yeniləşmə, islahatlar Ulu Öndərin ideyalarına əsaslanmaqla yeni düşüncə tərzini, yeni təfəkkürü və yanaşmaları özündə ifadə etməlidir: “Məlumdur ki, partiyamız daim gəncləşir, partiyamızın sıralarına yüksək intellektli, müasir dünyagörüşünə sahib olan gənclər qoşulur. Bu gənclərin potensialından daha səmərəli istifadə olunmalı, ideoloji işin daha da güclənməsində onların roluna önəm verilməlidir. Məqsəd isə Ulu Öndər Heydər Əliyevin ideya və prinsiplərini gələcəyə daha güclü formada daşımaqdır. Hesab edirəm ki, VII qurultayda qəbul olunmuş qərarlar, yeni nizamnamənin qəbul olunması, struktur dəyişikliyi məhz bu məqsədlərə xidmət edir”.

Deputatın sözlərinə görə, partiyamzın sədri, Prezident İlham Əliyevin dediyi kimi, YAP-ın  VII qurultayının keçirilməsi ölkədə və regionda yaranmış yeni reallıqlarla bağlıdır: “Belə ki, Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, eləcə də, ötən dövrdə beynəlxalq müstəvidə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri isə bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibənin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb”.

F.Yıldırımın fikrincə, VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı hesab edilə bilər: “Partiyanın Sədri, Prezident İlham Əliyev qurultayda proqram xarakterli çıxış etdi. Möhtərəm Sədrimizin tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi qəbul olunmalıdır. Partiyamızın üzvləri yeni mərhələdə ictimai-siyasi proseslərdə daha fəal iştirak etməli, ölkəmizin inkişafına, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinə öz töhfələrini verməlidir”.

Onun sözlərinə görə, eyni zamanda, partiyanın Mərkəzi Aparatının strukturunda da yeniliklərin edilməsi siyasi-ideoloji işin  daha da gücləndirilməsı baxımından önəmlidir: “Yeni struktur dəyişikliyinə əsasən Mərkəzi Aparatda yeni şöbələr yaradılacaq ki,  bu da  partiya işində daha çeviklik, operativlik, ölkədə aparılan islahatlara uyğun olaraq daha müasir yanaşmaları özündə ehtiva edəcək”.

Deputat həmçinin partiyanın yerli strukturları ilə bağlı məsələyə də toxunub: “Düşünürəm ki, qurultayda qəbul olunan qərarlar, aparılan struktur dəyişiklikləri partiyanının yerli strukturlarının işinə də əhəmiyyətli təsir göstərəcək. İnanıram ki, VII qurultayda edilmiş yeniliklər nəticəsində partiyamızın sıraları daha da genişlənəcək, cəmiyyətimizdə mövqeləri daha da güclənəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Afət Fərmanqızı: “Yaxşı əri kim istəmir ki?” – VİDEO

Next

Qırmızı Xaç Komitəsi Qarabağ münaqişəsində itkin düşmüş şəxslərlə bağlı işləri davam etdirəcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv