Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Əzab çəkməkdən həzz alan millət… – Zöhrabyanı niyə topa tutdular?

By Vüsal Rafiqoğlu
14.03.2021 3 Min Read

Azərbaycana, Türkiyəyə daima zəhər püskürən, bu azmış kimi, öz nifrətini həm də təbliğ edən ermənilərdən biri də deputat Naira Zöhrabyandır.

Ümumən qonşu ölkədə Türk millətinə allergiyası olmayan, ifritəlik etməyən hansısa siyasətçi tapmaq çox qəliz məsələdir. Yaxın perspektivdə də beləsi deyəsən görünmür.

Ermənilərin ən böyük bədbəxtçiliyi də Türkə xroniki antipatiyasıdır. Bu, əslində sırf heyvani xofdan doğan antipatiya, kin-küdurətdir. Həmin xofdan isə onlar bir əsrdən çoxdur Rusiya sığınmağa çalışırlar. Halbuki nə Azərbaycan, nə də Türkiyə Ermənistan üçün heç bir təhlükə kəsb eləmir, ona qarşı ərazi iddiası irəli sürmür, onu hərbi müdaxilə ilə hədələmir. Bakı və Ankara sadəcə, İrəvandan da eyni yanaşma tələb edir ki, Güney Qafqazda nəhayət, sülh və əmin-amanlıq bərpa olsun, erməni xalqı da normal toplumlar kimi, qorxu-ürküsüz öz yaşamına qovuşsun.

Yəni bədxah qonşularımızın hazırkı miskin durumlarının tək səbəbi özləri. Onlar SSRİ dağılandan sonra müstəqil və suveren dövlətlərini qurmaq, qonşularla iqtisadi inteqrasiya yolu seçib rifaha çatmaq əvəzinə, yenə Moskvanın ətəyindən möhkəmcə yapışdılar, olmayan “Türk təhlükəsi”ni maniakal şəkildə şişirdərək, Türkdən “əcinnə” obrazı yaradaraq, təzədən rusun ağuşuna atıldılar, məmnuniyyətlə onun vassalına, marionetinə çevrildilər. Bu vassallıq hesabına, Moskvaya güvənərək üstəlik, qonşu ölkənin 20-lik halal ərazisini ilhaq eləmək sevdasına düşdülər.

Ancaq rus enində-sonunda ilhaqın rəsmiləşməsinə kömək etmədi – təbii ki, öz maraqlarını naminə. Ermənistan adlı qondarma, baş tutmamış dövlətin yeganə qarantı olan Rusiyanın tək “suçu” – bu. O zaman nəyin gileyin edirlər, nədən narazıdırlar, nə üçün Moskvanı savaşdan sonra da Ermənistanın əsas arxa-dayağı sayanları hədəf seçiblər, anlaşılmır?..

Qayıdaq Zöhrabyana. Bu Türk düşməni axçi iki gün qabaq bir ifadə işlədib. Deyib: “Biz hər addımımızı Rusiya ilə müzakirə edəcəyik, çünki o, strateji tərəfdaşımız və təhlükəsizliyin yeganə, əsl qarantıdır”.

Onun bu sözləri isə erməni mediasında, o cümlədən qərbyönlü KİV-də əsl isterika yaradıb. Sanki Zöhrabyan 30 ildir Rusiyanın ucqar quberniyası olan, xarici sərhədlərini belə rus əsgərlərinin qoruduğu Ermənistanla bağlı nəsə təzə, qeyri-adi bir şey söyləyib.

Məsələn, Razmik Akopcanyan ad-soyadlı şərhçi Armenianreport.com-da bu xüsusda yazır: “Zöhrabyan hər birimizi təhqir edən açıqlamalar verməkdədir. Belə açıqlamaların mahiyyətində isə müxalifətin Ermənistan üzərindəki bütün nəzarət rıçaqlarını rusların əlinə verməyə hazır olması dayanır”.

Müxalifətə qarşı ittihamları davam edın müəllif ardınca yazır: “Onlar (müxalifət – red.) dəhşətli şəkildə xalqdan uzaq düşüblər. Üstəlik, bunu gizlətmirlər də. Bu qənaət Ermənistandakı bütün tanınmış siyasi xadimlərə aiddir. Lakin müxalifətdən həmişə və hər yerdə daha çox tələb var. Çünki ölkə və vətəndaşlar üçün bütün istiqamətlər üzrə lazımi dəyişikliklərə nail olmaq üçün hakimiyyətə təzyiq göstərmək missiyası onun üzərindədir. Zöhrabyan isə sanki “Vahid Rusiya” partiyasının deputatı kimi danışır. “Hər addımımızı Rusiya ilə müzakirə edəcəyik” ifadəsi nə deməkdir? Ermənistan müstəqil dövlətdir (?! – red.). O, bizi inandırmağa çalışır ki, Rusiya tərəfdən bizə qarşı xəyanət olmayıb. Eyni zamanda, mövcud hökuməti ölkənin inkişaf vektorunu daha normal və mədəni istiqamətə dəyişdirməyə çalışdığına görə də tənqid edir”.

Nikol Paşinyanı nəzərdə tutulur. Bəli, Nikol qərbyönlüdür. Bunu 44 günlük savaşdakı kapitulyasiyaya kimi daha açıq büruzə verirdisə, artıq “quyruğu qapı arasında qaldıqdan” sonra Moskvaya qarşı qat-qat ehtiyatlıdır. Az qala, suyu da üfürə-üfürə içir. Amma və lakin…

Paradoks ondadır ki, II Qarabağ savaşından sonra rəsmi İrəvan heç Moskvanın icazə verdiyi dərəcədə də müstəqil olmaq istəmir. Çünki iqtidarlı-müxalifətli, ermənilərin, erməni lobbisinin gözünü Türkə nifrət elə tutub ki. Onlar nifrətlə yaşamaqdan, əzab çəkməkdən elə bil, həzz alırlar. Yoxsa ki, 4 aydır Rusiya da Ermənistana təklif edir ki, qonşu Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələr qurmağa
başlasın, bölgədə nəqliyyat dəhlizlərinin və kommunikasiyaların açılmasına əngəl olmasın, çünki sərhədlərin bağlı qalması ilk növbədə məğlub ölkənin özünə ziyandır.

Bu, əslində Kremlin Ermənistanın onun orbitindən uzaqlaşması və “ağ günə” çıxması üçün sonuncuya verdiyi unikal və bəlkə də axırıncı şansdır. Di gəl ki, ermənilər bunda da Bakı və Ankaranın hansısa hiyləsini, hətta Ermənistanı türkləşdirmək məramını görürlər. O səbəbə bir yandan Rusiyanı özlərinin yeganə təhlükəsizlik qarantı sayırlar, digər yandan isə onu xəyanətdə ittiham edirlər.
Gerçəkdən də, nə istədiyini heç özü də bilməyən, psixolojisi xəstə bir toplum…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ABŞ-da təxminən 37 milyon nəfər tam vaksinasiya olunub

Next

71 yaşlı Alla Puqaçova geyimi ilə illərə meydan oxudu – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv