Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Martın 17-nə keçən gecə imam Hüseynin (ə) mövludunun ildönümüdür

By Vüsal Rafiqoğlu
16.03.2021 3 Min Read

Martın 17-nə keçən gecə Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mövludunun ildönümüdür.

İslam.az-ın məlumatına görə, İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. İmam ömrünün altı ilini babası Peyğəmbər ilə keçirib. Peyğəmbərin vəfatından sonra isə otuz il atası Әli (ə) ilə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş və həmişə atasını müdafiə etmişdi. Atasının şəhadətindən sonra qardaşına rəsmən beyət edib, onu rəhbər və imam kimi qəbul etmişdi.

Imam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra Әlinin (ə) 46 yaşında olan ikinci oğlu imam Hüseyn (ə) xəlifəlik və imamət məqamına yetişdi. Lakin Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə Yezid qoşunu tərəfindən şəhid edildilər.

İmam Hüseyndən (ə) söz düşdükdə, adətən Peyğəmbər övladının 57 illik ömür yolunun sonuncu mərhələsinə diqqət yetirilir. Əlbəttə ki, Kərbəlada baş verən hadisə nəinki İslam ümmətinin, ümumilikdə bəşəriyyətin tarixində dönüş nöqtəsi oldu, lakmus kağızı rolunu oynadı. Hicrətin 61-ci ilində baş verən hadisədən sonra məhz bu faciəyə münasibətlə, İmam Hüseynə (ə) dost və düşmənçiliklə yaxşını pisdən, xeyiri şərdən ayırmağa başladılar. Peyğəmbər (s) söylədiyi bu kəlamlar Adəm övladı üçün imam Hüseynin (ə), ümumiyyətlə Əhli-Beytin (ə) əhəmiyyətindən xəbər verir: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir”.

Lakin artıq dillər əzbəri olmuş “Hüseyn məktəbi” ifadəsi yüksək amallar, Allah yolunda yalnız candan keçmək demək deyil. Bu, Allaha sevginin, sadiqliyin nümayişinin son, kulminasiya nöqtəsidir. İmam Hüseyn (ə) Kərbəlaya yetişmək üçün 57 illik bir yol qət etmişdi. Amma həyatının hər anında, hər mərhələsində yaxşılığa dəvət edib, pislikdən çəkindirmişdi. Vasitələr isə müxtəlif olmuşdu: məktublar, moizələr, nəsihətlər. İmam Hüseynin (ə) həyatının bütün mərhələləri qəhrəmanlıq və sücaət məktəbidir. Əsirlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-Beytdən (ə) söz düşdükdə, hər imamı fərqli simalarda təsvir edirlər: İmam Cəfər Sadiq (ə) – elm çeşməsi, İmam Səccad (ə) – kamil ibadət etalonu, İmam Həsən (a) – sonsuz səbr nümunəsi, İmam Hüseyn (ə) – rəşadət və sücaət təcəssümü. Halbuki, bu məsumları biri-birindən nə iləsə fərqləndirmək çox böyük yanlışlıqdır. Digər imamlar imam Hüseyndən (ə) heç də cəsurluqda geri qalmayıblar. Eyni zamanda, imam Hüseyn (ə) də Əhli-Beytin (ə) digər nümayəndələrində olan xüsusiyyətləri özündə ehtiva edib. Yəni, əgər digər imamlar qılıncla şəhid edilməyiblərsə, bu o demək deyil ki, onların buna qətiyyətləri yetmədi, və əksinə. İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsi təşəbbüsü heç də onun özündən qaynaqlanmırdı. İmamımız kamikadze deyildi. Bunu anlamaq üçün sadəcə imamın Kərbəlada söylədiyi cümlələrə diqqət yetirmək kifayətdir: “Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim”. Əgər imam Rza (a) Xorasanda Məmunun ona verdiyi zəhəri içdisə, İmam Hüseyn (ə) də Kərbəlada qılınc və nizələri seçdi.

Hüseyn (ə) və tərəfdarları şəhidliyə yetişdilər. Bununla da gələcək nəsillərə örnək oldular, bir ismarıc yolladılar: “Zillətə boyun əyməyin! Dizi üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır!”. Amma bu gündə bir daha təkrarlamaq istərdik: əgər digər imamlarımız döyüş meydanında şəhid edilməyiblərsə, bu heç də onların zillətə baş əymələri anlamına gəlmir.

Bu əlamətdar gündə bütün dünya müsəlmanlarını imam Hüseynin (ə) mövludu münasibətiylə təbrik edirik, onlara həyatlarının hər çağında Hüseyn (ə) ideallarını yaşatmağı diləyirik!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Məclisdə Baş nazir Əli Əsədov illik hesabat verir – CANLI YAYIM

Next

İlaxır çərşənbədə etməli olduğumuz adətlər hansılardır? – ŞƏRH

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv