Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Blinken: Novruz yeni başlanğıc və ABŞ-la yeni əməkdaşlıq üçün ümiddir

By Vüsal Rafiqoğlu
20.03.2021 3 Min Read

ABŞ dövlət katibi Azərbaycan və Orta Asiya ölkələrinin birgə təşkil etdiyi Novruz tədbirinə qatılıb

Martın 19-u ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ Dövlət katibi Entoni Blinken, Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Mətyü Lussenhop, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Sassevil Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibi Entoni Blinken çıxışı zamanı Novruz bayramının bir çox ABŞ vətəndaşları tərəfindən hər il qeyd edildiyini, min illər tarixi olan bu bayramın tədbiri təşkil edən ölkələrin xalqları ilə ABŞ xalqını birləşdirdiyini vurğuladı. Novruzun yeni başlanğıc, yeni imkanlar və ABŞ-la tədbiri təşkil edən bütün ölkələr arasında yeni əməkdaşlıq üçün ümid olduğunu diqqətə çatdırdı.

Dövlət katibinin köməkçisi vəzifələrini icra edən Mətyü Lussenhop çıxışı zamanı Novruzun birgə dəyərlərin və mədəni zənginliyin gözəl nümunəsi olduğunu bildirdi. Ölkələrimizin mədəni irsi və ABŞ-la tərəfdaşlığına böyük qiymət verdiyini qeyd etdi. ABŞ-la sözügedən ölkələr arasında yenilənmiş və davamlı tərəfdaşlıq istiqamətində çalışacaqlarını vurğuladı.

ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun son 3000 il ərzində qeyd edildiyini diqqətə çatdırdı. Hal-hazırda, 300 milyondan çox insanın təmtəraqla qarşıladığı bu bayramın, birgə məram və məqsəd üçün çalışmağın əhəmiyyətini xatırlatdığını qeyd etdi. Birgə olmağımızın bizi gücləndirdiyini vurğuladı. ABŞ-ın bugünki tədbiri təşkil edən bütün ölkələrlə tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirdi.

ABŞ Milli Qvardiyasının rəhbərinin müavini general-leytenant Mark Saasevil tədbiri təşkil edən ölkələrlə Milli Qvardiyanın tərəfdaşlıq proqramları çərçivəsində genişmiqyaslı əməkdaşlıq həyata keçirildiyini, ABŞ-ın bu ölkələrdə sülh, əminamanlıq və təhlükəsizliyin dəstəklənməsində maraqlı olduğunu vurğuladı. Novruz bayramı ilə qarşılıqlı inam, hörmət və əməkdaşlıq üçün yeni ümidlər yarandığı diqqətə çatdırıldı.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru, Amerika-Özbəkistan Ticarət Palatasının rəhbəri, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan biznes şuralarının və ticarət palatalarının rəhbərləri, eləcə də ABŞ Ticarət Palatasının vitse-prezidenti çıxış edərək, ABŞ-la iqtisadi və ticarət əlaqələrinin inkişafının, ABŞ investisiyalarının cəlb edilməsinin əhəmiyyətindən bəhs etdilər.

Daha sonra, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan səfirləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırdılar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Novruz bayramının yenilənmə zamanı olduğu, neqativ fikirlərdən və auradan azad olmaq üçün fürsət təşkil etdiyini diqqətə çatdırdı. Novruz bayramının Azərbaycan üçün ən əhəmiyyətli bayramlardan olduğunu, Orta Asiya və Əfqanıstan ilə həyata keçirilən əməkdaşlıq layihələrinin dostluq və qardaşlıq münasibətlərimizin inkişafı baxımından vacib rol oynadığını vurğuladı. Bu layihələrə misal olaraq, Xəzər dənizində Türkmənistanla “Dostluq” yatağı üzrə əməkdaşlıq perspektivlərindən və Lapis Lazuli kimi kommunikasiya xəttlərindən bəhs etdi. Bu ilki Novruz bayramının ölkəmiz üçün unikal olduğu, Azərbaycanın ötən ilin sonunda işğal altında olan torpaqlarının azad edildiyini və bu il son 30 ildə ilk dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Novruz bayramını qeyd etdiyimizi diqqətə çatdırdı. Bölgəmizdə regional əməkdaşlıq üçün yeni reallıq və imkanlar yarandığı, Azərbaycanın Ermənistan da daxil olmaqla region ölkələri ilə sülh və əminamanlıq mühitində, daha da inteqrasiya olunmuş regionda yaşaması üçün şərait yarandığını vurğuladı.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən, Novruz bayramı münasibətilə hazırlanmış xüsusi video reportajlar yayımlandı. Bununla yanaşı, ölkələrin musiqi nümunələrindən parçalar qonaqların diqqətinə çatdırıldı. Azərbaycan Respublikasının tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa etdi.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləmişdir. Tədbirdən sonra, ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərildi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – VİDEO

Next

Toivo Klaar Azərbaycana səfərindən yazdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv