Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Yoluxma sayı artır, qapanmaya getmək məcburiyyətindəyik – HƏKİM

By Vüsal Rafiqoğlu
05.04.2021 3 Min Read

Eldar Kamranov: Yoluxmada artım bu sürətlə gedərsə, xəstəxanaların yükü artacaq. Belə olan hallarda xəstələrin sayı çox olduğundan xüsusilə, ağır və reanimasyon xəstələr üçün çarpayı məsələsi çətinləşir

Son günlər koronavirusa yoluxma sayında nəzərəçarpan artım müşahidə olunur. Karantin qaydalarının qüvvədə olmasına, vaksinasiya prosesinin həyata keçirilməsinə rəğmən virusa yoluxanların və ölənlərin sayı artır. Bu isə ötən ilin noyabr-dekabr aylarındakı kritik vəziyyəti yenidən yaşamağımız deməkdir.

Bəs, bu vəziyyətin yaranmasının səbəb nədir? Çıxış yolu nədir?

Yoluxmanın əsas səbəbi insanların gigiyena qaydalarına əməl etməməsi və …

Kliniki Tibbi Mərkəzin həkimi, Tibb elmləri namizədi, ali dərəcəli  terapevt-kardioloq Eldar Kamranov bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bir ildən artıqdır ki, biz bu qlobal bəla ilə mübarizə aparırıq. Bu mövzuda dövlətin diqqəti, qayğısı, zəruri təchizatı lazımi səviyyədədir. Tibb işçiləri də öz üzərinə düşən işin öhdəsindən məsuliyyətlə gəlirlər: “Müşahidələr əsasında  gəldiyim qənaət budur ki, koronavirusa yoluxma hallarının əsas səbəbi insanların gigiyena qaydalarına ciddi əməl etməməsi və insanlar arasında kontaktların artmasıdır. Məsələn, yoluxmaları araşdıranda görürük ki, biri yas yerində virusa tutulub və ailəsini də yoluxdurub. “Köhnə dəb” də öz yerində qalır – əl ilə görüşmək, öpüşmək, sıx təmas, sosial məsafənin gözlənilməməsi və s. Hətta bəzən yasda tibbi maskadan istifadə edənlərə qəribə baxırlar  və “niyə maska taxmısan” sualı ilə həmin şəxsi əməlli başlı narahat edirlər.”

Son günlər ölüm sayının bu qədər artmasının səbəbinə gəlincə…

E.Kamranov vurğulayıb ki, yoluxmaların artmasını COVID-19-un forma dəyişikliyi ilə də əlaqələndirmək olar.  “Britaniya ştammı” çox sürətlə yayılır. Bu səbəbdən virus sürətlə yayılır, yoluxma artır  və bu da istər-istəməz ölüm sayına da təsir göstərir: “Virusun mutasiyası  daha təcavüzkar forma alıb. Bu isə yoluxanların vəziyyətinin ağırlaşmasına səbəb olur.  Xəstəxanamıza daxil olan xəstələrin əksəriyyəti ağır durumda olur.  Onların böyük qismi reanimasiya şöbəsinə yerləşdirilir. Yeni növ yayıldıqca da ayrı-ayrı orqanları zədələyir. Ürək, tənəffüs, qanın laxtalanma fəaliyyətini, böyrəklərin funksiyasını zədələyir, bir çox orqanlarda fəsadlar yaradır. Bu da müəyyən ağırlaşmalar, qəfil ölüm, tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla aparılıb kiçik mənfəzli damarın keçidini tıxaması), ağır dərəcəli pnevmaniya, böyrək çatışmazlığı və insultların yaranmasına səbəb olur.”

Peyvənd tam qorumaq təminatı vermir

Müsahibimiz qısa müddətdə vaksinasiyadan böyük nəticə gözləyənlərin diqqətinə catdırır ki, vaksin vurulandan təxminən bir ay sonra immun sistemlər formalaşmağa başlayır: “Bədənə daxil ola biləcək virusla mübarizə aparmaq üçün anticisimlərin olması çox vacibdir. Çünki bu anticisimlər birbaşa mübarizə proqramına təsir edir. Virus daxil olan kimi proqramda onu tanıyırlar. Artıq ona qarşı immun sistemlər hazırlanıb. Görən kimi hərəkətə keçib mübarizə aparırlar.  Vaksin olunan şəxslərdə 1- 2 aydan sonra  immunitet müəyyən qədər formalaşmış olur. 5-6 ay müddətində xəstələnmənin qarşısını ala bilir. Ancaq 100  faiz düşünmək ki, virusun qarşısı alınıb, mən peyvənd olunmuşam, bundan sonra mənə heç nə ola bilməz və qaydalara əməl etməmək doğru deyil. Yəni, peyvənd də tam qorumaq qarantı vermir. Ancaq yoluxma zamanı xəstəliyin nisbətən yüngül keçməsinə zəmin yaradır. Artıq orqanizm buna uyğunlaşdığına görə ona qarşı mübarizə aparmaq da nisbətən asanlaşır. Vaksin pandemiya ilə mübarizədə və bu bəlanın get-gedə kökünün kəsilməsi üçün vacib olan profilaktiki bir işdir. Bu layihə dövlət səviyyəsində aparılır. Biz də insanları  maarifləndirməliyik ki, bu prosesdə aktiv iştirak etsinlər. Kim xəstəlik keçirməyibsə, onun qanında  COVID-19-a qarşı  İgG (İmmunoglobulin G) yoxdursa və yaxud da lazımi səviyyədə deyilsə o adamlar peyvənd olunmalıdır.  Vaksin olunanlar da mütləq gigiyena qaydalarına əməl etməlidir.”

Sərt karantin rejimində xəstələnmə hallarının tezliyi azalır

Mütəxəssis qeyd edib ki, pandemiya dövründə ən çox müraciət olunan qabaqlayıcı tədbir sərt karantin qadağalarıdır: “Bunun nəticəsində yoluxma sayını dördrəqəmlidən üçrəqəmliyə , daha sonra ikirəqəmliyə endirmək  mümkün olub. Deməli, bunu yenidən etmək mümkündür. Fikrimcə, hazırda yoluxma sayı kifayət qədər çox olduğu üçün gec-tez qapanmalara getmək məcburiyyətində qalacayıq. Əgər, yoluxmada artım bu sürətlə gedərsə, xəstəxanaların da yükü artacaq. Belə olan hallarda xəstələrin sayı çox olduğundan xüsusilə, ağır və reanimasyon xəstələr üçün çarpayı məsələsi çətinləşir. Müəyyən müddət bunun qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlərə gedilməsi şərtdir. Sərt karantin virus əleyhinə aparılan mübarizənin bir formasıdır. Bu rejimin tətbiq olunmasının əsas göstərişlərindən biri də virusun sürətlə artmasıdır. Bu baxımdan sərt karantin rejimində  xəstələnmə hallarının tezliyi azalır.”

Sonda həmsöhbətimiz əhaliyə çağırış edib: “Virusa qarşı daxili məsuliyyətimiz, mədəniyyətimizmi nümayiş etdirməliyik. Bir daha insanlarımızı şəxsi gigiyena qaydalarına çox güclü riayət etməyə dəvət edirəm,  vaksin olunmağa səsləyirəm, pandemiya dövrünün qaydalarına hamı əməl etsin ki, birlikdə bu bəladan qurtulaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dubayda modellərin çılpaq fotosessiyası: 40 nəfər tutuldu – FOTO/VİDEO

Next

Yaxın günlərdə jurnalistlərin vaksinasiyasının mexanizmləri açıqlanacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv