Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Media rəhbərləri də“İsgəndər M”lə bağlı Moskvadan izahat istədi

By Vüsal Rafiqoğlu
08.04.2021 4 Min Read

“Əgər raketlər Ermənistana qanunsuz olaraq verilibsə, bu daha təhlükəli amildir”

Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb. Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlı olan müraciətdə deyilir ki, bu məsələ Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir: “Xatırladaq ki, ANAMA əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə ”İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib”.

Media nümayəndələri müraciətdə xatırladıb ki,  İrəvanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Haber Global": Ermənistan Şuşaya atdığı "İskəndər M" raketini necə əldə  edib? - VİDEO | Report.az

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.

Müraciətdə bildirilir ki, Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb:

“Lakin indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi,  Müdafiə Nazirliyi, digər əlaqədar strukturlar Şuşa şəhərinə ”İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin hətta təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur”.

Müraciətə  26 tanınmış media nümayəndəsi imza atıb. “Yeni Müsavat” olaraq bu addımı atan media rəhbərlərinin fikirlərini almağa çalışdıq.

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların  aydınlaşmasına ehtiyac var” - Editor.az

Elçin Mirzəbəyli

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli hesab edir ki, ortada fakt varsa, Rusiya tərəfi bununla bağlı izahat verməlidir: “Vətən müharibəsi dövründə və daha sonra da Ermənistan tərəfindən əməliyyatlar zamanı ”İskəndər” raketlərindən istifadə olunması ilə bağlı fikirlər səsləndirilmişdi.  Amma konkret şəkildə hansı modifikasiyalı olduğu açıqlanmırdı. Daha sonra Rusiya tərəfi rəsmi şəkildə iddiaları təkzib etdi. Amma artıq Azərbaycan tərəfinin araşdırmaları nəticəsində bəlli olub ki, Şuşaya “İskəndər M” raketləri atılıb, bu isə Rusiyanın xarici ölkələrə vermədiyi bir raketdir, onun ixracı Rusiyanın beynəlxalq qurumlar qarşısında götürdüyü ölkələrə də ziddir. Fakt isə ortadadır, aprelin 2-də bütün faktlar nümayiş etdirildi, artıq 5 gündür ki, qarşı tərəf heç bir mövqe bildirmir. Yalnız mediaya sızdırılan məlumatlar var ki, Ermənistana qeyri-qanuni yolla “İskəndər M” raketləri ötürülüb. İnandırıcı bir məlumat olmasa belə, onun araşdırılması ilə bağlı Azərbaycan tərəfinə məlumat verilməli idi. Cəmiyyət çox ciddi narahatlıq keçirir, jurnalistlərin də missiyası buna aydınlıq gətirməkdir. Rusiya səfirliyinə edilən müraciətin məğzi də Rusiyanın bu məsələyə aydınlıq gətirməsi tələbidir.  Nə zaman araşdırmalar başlayacaq, Azərbaycana nəticə haqqında məlumat necə verilə bilər, bu raketlər Ermənistan tərəfinə necə verilib?  Bu suallarla bağlı həm Azərbaycan, həm də dünya ictimaiyyəti məlumatlandırılmalıdır. Çünki əgər “İskəndər M” raketləri Ermənistana qanunsuz olaraq verilibsə, bu daha təhlükəli amildir. Çünki Rusiyanın silah arsenalında ikinci dağıdıcı gücə malik olan silah terror qruplarının, separatçı qrupların əlinə keçə bilər. Bu da dünyanın ayrı-ayrı bölgələrində yeni müharibələrə səbəb ola bilər”.

Oxu.az - Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub  adamam - MÜSAHİBƏ

 Rəşad Məcid 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, cəmiyyəti bu dərəcədə narahat edən məsələyə Rusiya tərəfindən aydınlıq gətirilməsi zəruridir və jurnalistlərin müraciətinin məğzi də budur: “Şuşa şəhərində ballistik raketin qalıqlarının tapılması barədə məlumatlar ortaya çıxandan sonra Azərbaycan ictimaiyyəti dərin narahatlıq keçirdi. Şuşaya ballistik raket atılması ciddi narahatlıq doğurur. Bununla bağlı aprelin 2-dən yerli və beynəlxalq KİV-lərdə çoxlu məlumatlar yer alıb. Buna baxmayaraq, Rusiya tərəfi məsələyə rəsmi mübasibət bildirməyib. Təhqiqatın başlanması və ya aparılması ilə bağlı heç bir məlumat yoxdur. Azərbaycanın tanınmış jurnalistlərinin Rusiya səfirliyinə müraciəti cəmiyyətdə olan narahatlığın əks-sədasıdır. Əvvəllər də Ermənistanın rəhbərliyi tərəfindən, baş naziri, keçmiş prezidenti tərəfindən Azərbaycana ”İskəndər” raketinin atılması barədə iddialar səsləndirilib . Lakin Rusiya tərəfi bunu qəti inkar edib. İndi isə ortada faktlar var, raketin qalıqları tapılıb, ölkə ictimaiyyəti ciddi naharatlıq keçirir. Rusiya səfirliyinə müraciətin məğzi də bundan ibarətdir ki, məsələyə münasibət bildirilsin. “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə daxil olan raketlər ancaq Rusiya ordusunun sərəncamında olub və onun ixracı qadağandır. Belə bir raket atıldığı təqdirdə onun haradan, necə atılmasına aydınlıq gətirilməlidir. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, bu ölkənin digər əlaqədar qurumları etməlidir. Bizim müraciətimiz də bu narahatlıqdan doğur. Əminik ki, tezliklə Rusiya tərəfi öz mövqeyini ortaya qoyacaq”.

Bakupost.az - “İnsanın yaşamaq, azadlıq haqqı yoxdur, bunlar uydurmadır” – Vüsal  Məmmədov

Vüsal Məmmədov

Azvision.az saytının rəhbəri Vüsal Məmmədov da qeyd etdi ki, «İsgəndər» raketi ilə bağlı faktların mövcudluğu cəmiyyətdə cavabsız suallar yaradır: “Fakt odur ki, ortada raket var, qalıqları tapılıb, amma heç kim bunu atdığını  boynuna almaq istəmir. Aydın məsələdir ki, bunu yadplanetlilər atmayıb. Bu raketə heç kimin sahib çıxmaması cavabsız suallar doğurur. Biz bu gün Rusiyaya Qarabağda sülhü və sabitliyi təmin edən tərəflərdən biri kimi rol ayırmışıq. Ancaq Rusiya Qarabağa raket atıbsa , onun bu rolu ciddi şəkildə şübhə altına düşəcək. Azərbaycan ictimaiyyətinə dəqiq cavablar lazımdır. Biz jurnalistlərin də müraciəti imzalamaqda məqsədimiz o idi ki, cəmiyyətin suallarına cavab verilsin. Bizim Qarabağda sülhün təminatını etibar etdiyimiz tərəf bizə qarşı yönəlmiş hərbi cinayətin iştirakçısı deyil ki? Ümid edirəm ki, buna cavab alacağıq”.

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qafqazlı “Bəbir” MMA-nın yeni cazibədar ulduzudur – FOTO

Next

Ermənistan üçün hücum ordusu qurmaq planları – “Qarabağ klanı” təzədən dirildilir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv