Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Kamaləddin Qafarov: “İnstitusional təşəbbüslərin reallaşması vətəndaşlara dövlət qayğısının təzahürüdür”

By Vüsal Rafiqoğlu
12.04.2021 3 Min Read

“Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Qeyd etmək lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol oynayır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüslərindən biri kimi “YAŞAT” Fondunun fəaliyyətini vurğulayıb: “İlk növbədə qeyd etmək lazımdır ki, bu gün  torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi,  onlara göstərilən diqqət və qayğının artırılması Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biridir. Məhz elə bu qayğının təzahürlərindən biri kimi də dövlətin institusional təşəbbüslərini qeyd edə bilərik. O cümlədən, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsində mühüm rol oynayır. Bu günədək Vətən Müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb və onlar müvafiq təlimlərə cəlb edilərək artıq öz vəzifələrinin icrasına başlayıblar. Xüsusi olaraq qeyd olunmalıdır ki, “YAŞAT” Fondu, sözün əsl mənasında, cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Bu da cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin getdikcə daha da möhkəmlənməsinin bir sübutudur.”

Daha sonra Kamaləddin Qafarov şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsinin əhəmiyyətindən bəhs edib. Millət vəkili bildirib ki, sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir: “Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Heç şübhəsiz bu, ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan son dərəcə önəmli bir addımdır. Bu şöbələrin yaradılması dövlətin müvafiq xidmətlərindən vətəndaşların faydalanmaq imkanlarını artırır. Dövlət xidmətlərinin əlçatanlığı isə Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Dövlətin mühüm institusional təşəbbüslərindən daha biri kimi müraciətlərə baxılmasında obyektivliyin təmin edilməsi üzrə xüsusi qurumların yaradılmasını qeyd etmək olar. Bilirik ki, Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə dövlət həssaslıqla yanaşır. Buna görə də Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən cəmi bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.”

Sonda Qarabağ Dirçəliş Fondundan bəhs edən Kamaləddin Qafarov deyib ki, Fondun yaradılması işğaldan azad edilmiş ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini əks etdirir: “İlk növbədə, Qarabağ Dirçəliş Fondunun yaradılması  bu gün cəmiyyətimizdə yaşanan milli birliyin qorunmasına və daha da güclənməsinə əhəmiyyətli töhfədir. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən bir qurumdur. Fondun yaradılması dövlətin Qarabağ siyasətinin bir təzahürüdür. Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək. Məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına önəmli töhfələr verəcək.”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Peskov Ukrayna ilə müharibəni istisna etdi

Next

MTRŞ-nın keçmiş üzvü koronavirusdan öldü

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv