Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi Beynəlxalq humanitar hüquqa ziddir

By Vüsal Rafiqoğlu
12.04.2021 4 Min Read

Azərbaycan Respublikası parlaq qələbə ilə nəticələn 44 günlük Vətən müharibəsindən sonra əvvəllər işğal altında olmuş ərazilərdə böyük quruculuq işlərinə start vermişdir və yaxın zamanda irimiqyaslı layihələri həyata keçirəcək.

Ancaq silahlı münaqişənin Ermənistanın kapitulyasıyası ilə nəticələnməsinə baxmayaraq, hələ də mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkmirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bunun bariz nümunəsidir.

Nəzərə almaq lazımdır ki, ümumiyyətlə minaların və xüsusi olaraq piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilən kampaniya, qlobal səviyyədə ən mühüm humanitar təşəbbüslərdən biri kimi yadda qalmışdır. Minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-cı ildə BMT çərçivəsində Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiya (I, II və III saylı Protokollar daxil omaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var, ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hal-hazırda bu beynəlxalq sənədinin iştirakçı dövlətlərinin sayı 164 çatmışdır. Ermənistan bu Konvensiyaları imzalamayıb  ratifikasiya etməsə də, hətta bu mühüm müqavılələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq adət hüququna əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər.

Ümumiyyətlə silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir necə mühüm prinsipdən irəli gəlir.
Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət) fərqləndirilməsi durur.

12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini” beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayış etdirir. Bunu təsdiq etmək üçün həmçinin Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ən vacib müddəaların pozulmasına istinad etmək olar. Sonuncu Konvensiyanın 26-cı maddəsində “pacta sunt servanda” prinsipini əks etdirən “qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasına Ermənistan tərəfindən məhəl qoyulmaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. Əlbəttə ki, militarist siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövlük olardı.

Mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib. Həmcinin 1980-cı il tarixli Konvensiyaya dair Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında II saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan, silahların tətbiqi qadağan edilir.

İkinci mühüm humanitar prinsip, mütənasiblikdir. Həmin prinsip Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-cı il tarixli Konvensiyaya Minalar əleyhinə II saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həmin II saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür.

Təcavüzkar Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir. Bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Statutunda (Nizamnaməsində) tapmaq olar. Həmin Nizamnaməyə uyğun olaraq “mülki şəxslərin təsədüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasıb olmayan hücumların qəsdən törədilməsi” (maddə 8 (2b, “iv”)), “mahiyyətınə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi” (maddə 8 (2b, “xx”)) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,                                  hüquq elmləri doktoru

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlı cazibədar model yeni paylaşımı ilə göz qamaşdırdı – FOTO

Next

Göyçayda iki toy mərasimi dayandırıldı – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv