Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir

By Vüsal Rafiqoğlu
17.04.2021 4 Min Read

Bəyim Nəbiyeva,

YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü

Aprelin 12-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsini, ölkəmizin, ordumuzun gücünü və imkanlarını nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.” Ölkəmiz dünyada nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı. Odur ki, hazırda Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks-səda doğurur və öyrənilir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Ölkəmiz XXI əsrin müharibəsini apardı. Belə ki, ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

44 gün davam edən Vətən müharibəsində qələbəni əks etdirən mənzərəni bundan sonra Bakı şəhərinin ən cəlbedici məkanlarından biri olan Yeni Bulvardakı qənimətlər parkında görmək mümkündür. Bu parkı gəzərkən Ordumuzun qəhrəmanlığı aydın şəkildə görünür. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılan parka daxil olan zaman insan özünü döyüş zonasında hiss edir. Buradakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, işğalçı Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Eləcə də düşmənin sıradan çıxarılmış 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər eksponatlar da nümayiş olunur. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Heç kəsə sirr deyil ki, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan 17 il ərzində güclü ordu qurmağa müvəffəq olaraq, ərazilərini işğaldan azad edib. Ötən illər ərzində tarixi layihələr həyata keçirən Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib. Eyni zamanda, ölkədə siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsinə nail olunub. Bütün bunlar Qələbəmizi şərtləndirən amillərdir. Cənab Prezidentin bildirdiyi kimi: “İqtisadi müstəqillik əsas məsələlərdən biri idi. Ona da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.” Göründüyü kimi, İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Şübhəsiz ki, Qələbə düsturunu şərtləndirən bu amillərin hər birinin təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, Prezident İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Ümumillikdə isə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, gücünü, birliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan bir addım da geri atmadı, Ermənistan bir dəfə də olsun uğurlu əməliyyat keçirə bilmədi. Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. İşğaldan azad olunan Azərbaycan ərazilərindəki hazırkı vəziyyət isə erməni vəhşiliyinin əyani təzahürüdür. Ermənistanın ideoloji əsası özlərini mədəni, böyük sivilizasiyaya aid olan “xalq” kimi, müsəlman ölkəsi olan Azərbaycanı isə vəhşi ölkə kimi qələmə vermək və beynəlxalq ictimai rəydə adekvat rəyin formalaşdırılmasına nail olmaq idi. Lakin indi işğaldan azad edilmiş torpaqlara gedən insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görür, erməni vandallarının törətdikləri vəhşiliklərin canlı şahidləri olurlar.

Beləliklə göründüyü kimi, Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Həmçinin, Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinin şanlı səhifəsi kimi daim tarixdə qalacaq, yaradılan Hərbi Qənimətlər Parkı isə gələcək nəsillərə və beynəlxalq aləmə ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini və dövlətimizin qüdrətini nümayiş etdirmək üçün ən uyğun məkan olacaqdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Düşmənin xeyli canlı qüvvəsini məhv edən peşəkar snayper Bakıxan Səlimli – VİDEO

Next

Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları – SİYAHI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv