Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ordumuzun genişmiqyaslı təlimləri – antiterror əməliyyatlarına hazırlıq, yoxsa…

By Vüsal Rafiqoğlu
18.05.2021 3 Min Read

Elxan Şükürlü: “Silahlı Qüvvələrin bir vəzifəsi vuruşub ölkəsini qorumaqdırsa, digəri də…”

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər başlayıb.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Bu təlimlər ən müxtəlif rakurslardan dəyərləndirilir. Xüsusən Şuşada keçirilən “Xarıbülbül” festivalından sonraya təlimlərin salınması təsadüfi hesab olunmur və bu düşmənə gözdağı, növbəti xəbərdarlıq vermək kimi dəyərləndirilir. Eyni zamanda Azərbaycanın aylardır ki, müzakirə edilən genişmiqyaslı antiterror əməliyyatına hazırlığı yönündə də bu təlimlər qələmə verilir.

“44 günlük savaş təkcə Azərbaycan Ordusunun deyil, bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin zəif və güclü tərəflərini aşkarlayıb üzə çıxardı. İndi ona uyğun da həm döyüş hazırlığı planları tərtib olunur, kadr yerdəyişmələri və əvəzləmələri aparılır, hərbi təlimlər keçirilir, həm də müharibədən sonra yaranmış hərbi-siyasi duruma təsir göstərmək məqsədiylə konkret addımlar atılır. Bu baxımdan, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin iştirakıyla keçirdiyi təlimlər, azı, iki istiqamət üzrə çox əhəmiyyətlidir”.

Sosxeber.info » BAŞ REDAKTOR ELXAN ŞÜKÜRLÜNÜN İSTİNTAQ İDARƏSİNDƏ İFADƏSİ  ALINDI

 Elxan Şükürlü 

Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Ədalət Partiyası sədrinin müavini, politoloq Elxan Şükürlü Azərbaycan Ordusunun başladığı və 20 mayadək davam edəcək hərbi təlimləri şərh edərkən deyib. Onun sözlərinə görə, 44 günlük hərbi əməliyyatların gedişi dövründə ən yaxşı nəticələri məhz davamlı şəkildə real döyüş şəraitinə uyğun şəkildə təlimlər keçirən birləşmələrimiz göstərib: “Hərbdə belə bir məşhur deviz var: ”Təlim nə qədər çətin olarsa, döyüş bir o qədər asan olar”. Biz bunu İkinci Qarabağ savaşında daha yaxşı gördük. Hansı komandir, birləşmə rəhbəri əsas diqqətini təlimlərə, döyüş hazırlığına vermişdisə, şəxsi heyətini hər an başlanacaq savaşa hazırlamışdısa, onlar da qəhrəmanlıq göstərdilər, şərəf və qürur tariximizi yazdılar. Hansılar ki, döyüşə hazırlaşmaq əvəzinə, ya yeyib-yatmış, ya da mal-qara saxlamaqla, əkin-biçinlə məşğul idisə, ən böyük axsamalar və çatışmazlıqlar, həmçinin həbslər də onlarda oldu. Yaxşıdır ki, Ordu rəhbərliyi 44 gündən nəticə çıxarıb və bu ilin təqvim planında təlimlərə daha çox yer ayırıb. Ordu belə olmalıdır: davamlı hərəkətdə, təlimdə və tətikdə. Yatan əsgər – ölü əsgər, yatan ordu – batan ordudur”.

E.Şükürlü hazırda keçirilən hərbi təlimlərin siyasi mahiyyətli olduğuna da xüsusi diqqət çəkib: “Ordunun bir vəzifəsi vuruşub ölkəsini qorumaqdırsa, o biri vəzifəsi də diplomatının, siyasətçisinin əlini gücləndirməkdir. Bu təlimlərin təqvim planına və yeni iqlim şəraitinə uyğun olaraq keçirilməsi əvvəldən planlaşdırılsa da, onun miqyası və təbliğat-təşviqat işi həm Ermənistandakı seçki prosesinə, həm də gələcək Qarabağ danışıqlarına hesablanıb. Azərbaycan bir tərəfdən, Ermənistandakı revanşist qüvvələrə və Üçtərəfli Bəyanatın müddəalarının icrasını ləngidənlərə o mesajı verir ki, hərbi əməliyyatlar hər an bərpa oluna bilər, o biri tərəfdən də savaş təhdidi ilə Xankəndində süni məskunlaşmanın və arxayınlaşmanın qarşısını alır”.

E.Şükürlü hesab edir ki, Azərbaycan gələcək sülh danışıqlarında uğur qazanmaq istəyirsə, düşməni təkcə şirnikləndirməklə kifayətlənməməli, həm də davamlı şəkildə təzyiq altında saxlamalıdır: “Şuşadakı atəşfəşanlıq, çal-çağır Azərbaycanın iradəsini qəbul edən ermənilərə rifah, dinclik və birgəyaşayış vədidirsə, cəbhəboyu hərbi təlimlər də Azərbaycanın iradəsini qəbul etməyənlərə əzələ nümayişidir. Ümumiyyətlə, mən işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin aparılması ilə yanaşı, hərbi baxımdan möhkəmlənmənin, müdafiə-istehkam qurğularının tikilməsinin intensivləşdirilməsinin daha çox tərəfdarıyam. Çünki biz bu bölgədə müdafiəni gücləndirdikcə, ermənilərdəki revanş hissi qorxu hissi ilə əvəzlənəcək və rusların orada zorla yerləşdirib saxladığı ermənilər qaçıb gedəcəklər. Onsuz da məğlubiyyətdən sonra nəinki Qarabağdan, Ermənistanın özündən kütləvi şəkildə gənc əhalinin köçü başlayıb və sərhədlər açılsa, bu köç daha da sürətlənəcək”.

Hazırda əsas izlənməli hadisənin Ermənistandakı seçkilər olduğunu deyən müsahibimizin fikrincə, seçki günü yaxınlaşdıqca, Ermənistandakı qərbyönümlülərlə rusiyayönümlülərin savaşı daha da dərinləşəcək və bu, Azərbaycana daha əlverişli informasiya savaşı aparmaq imkanı yaradacaq: “Hakimiyyət çalışmalıdır ki, yaranacaq bu fürsətdən informasiya-təbliğat siyasətində dönüş əldə etmək və uğur qazanmaq üçün yararlana bilsin”.

“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda yaşayış binalarında qanunsuz hallar – TƏHLÜKƏLİ VƏZİYYƏT VİDEO

Next

Koronavirus kimlər üçün daha çox təhlükəlidir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv