Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq – Prezident İlham Əliyev

By Vüsal Rafiqoğlu
02.06.2021 4 Min Read

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərlə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsini  insanlığa  dəyər  kimi qiymətləndirmiş, donor təşkilatlarını ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır

Kabus kimi hələ də dünyanı dolaşan,  yaratdığı ciddi  təhlükələrlə superləri belə  «nə etməli» sualı ətrafında düşünməyə məcbur edən, milyonlarla insanın həyatına son qoyan COVID-19-un planetimizdə yaratdığı risklər  davam etməkdədir.  Ümumi evimiz olan planetimizdə pandemiyaya qarşı mübarizədə  tətbiq etdiyi «Azərbaycan modeli» ilə nümunə göstərilən ölkəmizdə koronavirusa qarşı mübarizə ilk gündən kompleks plan əsasında həyata keçirildi.  İnsanların gündəlik  həyatlarını, məişətini özünün tələbinə uyğunlaşdıran pandemiya  dövlətlərin iqtisadiyyatına da «əl gəzdirdi.» Dövlətlərarası münasibətlərdə belə özünün əsas şərti olan «məsafələrin» saxlanılmasını tələb edən pandemiyadan zərər çəkən ölkələr hələ də sarsıntı içərisində qalmaqla   iqtisadiyyatlarını normallaşdırmaq üçün  yollar axtarırlar.

2000-ci illərin əvvəllərində  yaranan iqtisadi böhrandan daha az itki ilə çıxan ölkəmizdə  pandemiyaya qarşı mübarizənin ilk günlərindən  dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan  köklü islahatların həyata keçirilməsi sürətləndirildi.  Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda  13 modul tipli səhiyyə ocaqları,  «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində  çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda  pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına  başlanıldı.  Yeni yoluxmuş xəstələrin həyatlarını  ilk  mərhələdən etibarən qorumaq üçün hər cür  imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza  gətirildi. Dünyanın ən tanınmış təcrübəli  həkimləri ölkəmizə dəvət edildi.  Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin  tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu.  Humanitar siyasəti, tolerantlıq təcrübəsi ilə dünyada sayılıb-seçilən ölkələr arasında ilk sıralarda yer alan Azərbaycan pandemiya dövründə də multikultural ənənələrinə sadiq qaldı.  «Pandemiyanın ikinci, üçüncü dalğası», müxtəlif ölkələrdə « zühur edən» fərqli ştammlar haqqındakı xəbərlərin yayıldığı zamanlarda belə virusun   fəsadlarına qarşı mübarizəni sərtləşdirən  Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə  ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı. Azərbaycanın humanizmi siyasəti  nümunə göstərildi. Vaksinlərin əlçatanlıq əsasında bölgüsünü ədalət prinsipinə sadiqlik adlandıran   Prezident İlham Əliyevin bərabərlik  çağırışları  beynəlxalq səviyyədə dəstəkləndi.

Pandemiyaya qarşı mübarizənin səmərəliliyinə görə  dünyada dördüncü yerdə dayanan, 30-dan çox ölkəyə  maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına,  5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə  yardım üçün nəzərdə  tutulan 10 milyon dollar məbləğində könüllü ianə  ayıran «Azərbaycan modeli»nin ÜST tərəfindən  nümunə kimi təqdim  olunması, ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Pandemiya dövründə Türk Şurasına,  Qoşulmama Hərəkatına daxil olan dövlətlərin rəhbərləri ilə   videoformatda keçirilən  Zirvə görüşlərindən sonra hər iki qurumun sədri olan  Azərbaycanın təşəbbüsü ilə  BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili,  BMT İnsan Haqları Şurasının 46-cı sessiyası çərçivəsində  Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü ilə bağlı  «COVID-19 əleyhinə peyvəndlərə bərabər,  məqbul qiymətə, vaxtında  və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamənin qəbulu hər zaman humanist çağırışları ilə dəstək qazanan Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin  vaksinlərin  bütün ölkələrin xalqlarına ədalətlilik  prinsipləri əsasında bölünməsi ilə bağlı çağırışı da  xalqımızın humanizmə sadiqliyinin ifadəsidir.  Prezident İlham Əliyevin  «Doğrudan da əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə etməlidirlər? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək?» sözləri beynəlxalq ictimaiyyətə ünvanlanan ədalətə çağırışdır.

Yeni yoluxma hallarının azaldığı  ölkəmizdə «Azərbaycan Respublikasında  COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə  könüllülərin sayının artması müsbət nəticəsini verir. Respublikamızda əhali arasında, təşkilatlarda kütləvi həyata keçirilən vaksinasiyanın  davam etdirilməsi pandemiyaya qarşı  ən təsirli mübarizə vasitəsidir.

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin ilk günlərindən Azərbaycanda həyata keçirilən profilaktik tədbirlərdən, davam edən vaksinasiyanın əhəmiyyətindən bəhs etmişdir. «Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi «Sinovak»”, qalanı isə «AstraZeneca»” və «Sputnik»” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Biz 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsini alqışlayırıq» söyləyən Prezident İlham Əliyev  ÜST-ün ötən il Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmasını təşkilatla birgə fəaliyyətin uğuru adlandırmışdır. Pandemiya ilə mübarizədə  qlobal həmrəyliyin  əhəmiyyətindən bəhs edən,  Azərbaycanın təşəbüsü ilə  Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin rəhbərlərinin iştirakı ilə videoformatda  keçirilən  Zirvə toplantılarını xatırladan,150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını yüksək qiymətləndirən Prezident İlham Əliyev peyvəndlərin bölünməsində ədalət prinsipinə sadiqliyin bu gün daha vacib olduğunu bir daha diqqətə çatdırmışdır. «Davam edən «peyvənd millətçiliyi»”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür» söyləyən Prezident İlham Əliyev  BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnaməsindən irəli gələn vəzifələrin yerinə yetirlməsini  insanlığa  dəyər adlandırmış,  inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün 18 mindən çox şagird imtahan verəcək

Next

Son illərin lider məhsulu yenidən ilk üçlükdədir – Qeyri-neft ixracı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv