Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan diaspor fəaliyyətinin aspektləri 1840-1991-ci illər işığında

By Vüsal Rafiqoğlu
10.06.2021 5 Min Read

Mürəkkəb bir yol keçən Azərbaycan diasporunun aspektlərinə nəzər salmaq həm tariximizə ekskurs etmək, həm də ictimai-siyasi hadisələrlə zəngin dövrlərə boylanmaqdır. Hələ keçən əsrlərdə İrəvanda, Tiflisdə, Dərbənddə azərbaycanlılar adət-ənənələrini, dini və milli mənsubiyyətini yaşadaraq divan və məclislər təşkil etmişlər.

Gürcüstanın Tiflis, Qori kimi şəhərlərində yaşayan və təhsil alan böyük ziyalı ordusu Azərbaycan diasporunu formalaşdırırdı. Mirzə Şəfi Vazehdən dərs alan böyük dramaturqumuz Mirzə Fətəli Axundzadə, milli mətbuatımızın yaradıcısı, alim və pedaqoq Həsən bəy Zərdabi, “Molla Nəsrəddin” jurnalının qurucusu, yazıçı-dramaturq Cəlil Məmmədquluzadə, Şərqə opera bəxş edəcək nəhəng bəstəkar Üzeyir Hacıbəyli və qürur duyulası digər ziyalılarımız. Azərbaycanın tərəqqisi üçün mühüm işlər görürdülər…

Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əhməd Cavad kimi böyük fikir adamları Türkiyədə daim Azərbaycan sevdası ilə yazıb-yaradır, soydaşlarımızı bir ideya ətrafında toplayırdılar. Başda İsmayıl bəy Qasprinski olmaqla Krım türklərinin “işdə, əməldə birlik” ideyası Azərbaycandan Misirə qədər geniş coğrafiyanı əhatə edirdi.

Ötən əsrin əvəllərində professor Bəkir Çobanzadə Türkiyədə, Krımda, İsveçrədə, əsasən də Macarıstanda yaşadığı dövrdə nəşr etdiyi “Şərq” qəzeti vasitəsi ilə Azərbaycançılıq məfkurəsini yaymağa çalışırdı.

Azərbaycandakı siyasi dəyişikliyi düşünən Mustafa Kamal Atatürkün təşəbbüsü ilə təxminən 100 il öncə Qafqaza səfər edən Sivaslı İsmayıl Berkök Paşa və ədəbiyyatçı Mustafa Burbay azərbaycanlılarla müxtəlif görüşlər keçirir. Qonşu və qardaş ölkədə gördüklərinin əsasında “Kafkaziya Hatıraları” kitabını yazırlar.

İrəvandan, Tiflisdən, Dərbənddən təhsil ardınca Avropaya, xüsusi ilə  Almaniya, Fransa, Rusiya və Türkiyəyə yollanan Şaxtaxtinski, Topçubaşov, Xanlarov, Hüseynov, Orucov, Əliyev, Köçərli, Axundov kimi azərbaycanlı gənclər oxuduqları ali məktəblərdə Azərbaycan adına mühüm işlər görməyə çalışırdılar.

Avropanın müxtəlif ölkələrində mükəmməl təhsil görmüş gənclərin Şərqdə qurduqları ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti çox təəssüf ki, cəmi 23 ay fəaliyyət göstərdi. Bolşevik Rusiyasının işğalı ilə barışmayan Cümhuriyyət qurucularının bir qismi mühacir həyatı yaşamağa məcbur oldu. Həmin dövrdə ilk diaspor cəmiyyətlərini qurmaqla təsəlli tapdılar. Ə.B.Topçubaşov və Ceyhun Hacıbəyli Parisdə, M.Ə.Rəsulzadə isə Berlində məskunlaşan tələbələri bir araya gətirərək, dərnəklər qurmağa başladılar. Berlində qısa zaman kəsiyində məşhur olan bakılı yazıçı Məhəmməd Əsəd bəy və Parisdə yazıçı Ümmülbanu öz əsərləri ilə o dövrdə cərəyan edən hadisələri təsvir edib Avropa oxucularına həqiqətləri çatdırırdılar.

1930-cu ildə Berlində nəşr olunan “Die Aserbaidschanische Republik” kitabının müəllifi soydaşımız Hilal Münşi Əsəd bəyi Azərbaycan cəmiyyətindən çox digər cəmiyyətlərlə əlaqə saxlamaqda suçlaması təəssüfedici yanaşma idi.

Ancaq həyatının son günlərini İtaliyanın Pozitano şəhərində keçirən yazıçını Azərbaycan adına gördüyü işlər ev sahibi professor Romolo Ercolinonun xatirə kitabında ətraflı qeyd olunub.
Paris, Berlin, Varşava şəhərləri XX əsrin əvvəllərində soydaşlarımızın daha çox məskunlaşan məkanlar olduğundan Polşada General Plisutskinin və heyətində olan azərbaycanlı zabit Yadigar bəy, Cahangir bəy Kazımoğlunun da təşəbbüsü ilə yaranan “Prometey” təşkilatı Azərbaycandan kənardakı soydaşlarımız üçün sanki körpü rolu oynayırdı.

Əsasən Amerikanın Nyu Cersi ştatında məskunlaşan azərbaycanlılar diaspor quruculuğunda fəallıq göstərərək “Azərbaycan evi” və müsəlman məscidini açmağa nail oldular. Amerikada babalarının missiyasını bu gün də şərəflə davam etdirən Tomris Azərinin fəaliyyəti, qəlbindəki Azərbaycan sevdası hər cür ehtirama layiqdir.

Amerikada uzun illər Azərbaycan diasporunu layiqincə təmsil edən türk ləhcəsi ilə danışan Züleyxa xanım Əsədullayevanı rəhmətlə anırıq. 2002-ci ilin yayında gözlərini əbədi yuman Züleyxa xanımın son mənzili doğma Bakının qədim Əmircan (Xilə) kəndi oldu.

Okeanın o tayında hər zaman qəlbi Azərbaycanla döyünən Cefri Verbaxa da minnətdarlıq etmək lazımdır. Cefrinin 70-ci illərdə xoş bir təsadüf nəticəsində rastlaşdığı dağıstanlı yaşlı musiqişünas ona tar, kamançanın sirlərini öyrətməklə Azərbaycan musiqisini sevdirdi. Ötən bu illər ərzində Cefri Azərbaycanın gözəl təbliğatçılarından, səmimi dostlarından birinə çevrilib.
XX əsrin ortalarından Ankarada fəaliyyət göstərən “Azərbaycan Kultur Dərnəyi” isə mərkəz rolunu oynayaraq əsasən Türkiyədə məskunlaşan soydaşlarımızın inanc yeri idi. Türkiyədə nəşr olunan “Odlu Yurt”, “Azərbaycan” jurnalları vasitəsi ilə əhəmiyyətli məqalələr dərc olunurdu. Dərnəyin qurucuları Məmməd Əmin Rəsulzadə, xanımı Vanda Rəsulzadə, Həmid Ataman, Rəsul Ünsal, Mustafa Vəkilov, Əbdüləli Əmircanov, Məhəmməd Kəngərli və başqalarının xidmətləri danılmazdır. Türkiyənin Elaziğ bölgəsində yaşayan Azərbaycanlı şair Yilmaz İldırımın vətənpərvər şeirləri mühacirət həyatı yaşayan soydaşlarımıza təsəlli verirdi.

Orta Asiya ölkələrində, əsasən Buxara, Səmərqənd və Bişkekdə, azərbaycanlıların fəaliyyəti ötəri xarakter daşıyırdısa, Aşqabadda görkəmli ictimai xadim Salman Mümtazın simasında diaspor fəaliyyəti qəzet və jurnallarda dərc olunan məqalələrdə öz əksini tapırdı.

XX əsrin ortalarında şair Maqsud Şeyxzadənin Daşkənddəki yaradıcılığının nəticəsində Cilarqan məhəlləsində yaşayan çoxsaylı azərbaycanlılar təşkilatlanmışdılar. İstedadlı şairin qələmə aldığı “Daşkəndnamə” əsəri isə özbək xalqının sevimli dastanlarından biri kimi bu gün də dillər əzbəridir.

İraqda Mosul və Kərkükdən Türkmən qardaşlarımızın arzularını bizlərə catdıran şair, Türkmən mədəniyyət mərkəzinin rəhbəri Əbdül Lətif Bəndəroğlunun professor Qəzənfər Paşayevlə birgə xidmətləri daim yaddaşlardadır.

XX əsrdə Azərbaycanın adına şöhrət qazandıran Landau (Rusiya), Lütfizadə (ABS), Fərman Salmanov (Rusiya) kimi görkəmli alimlər uğurlu ixtiraları ilə tarix yazmağı bacardılar.
Təkcə Fransada deyil, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələrin qurulmasında təcrübəli diplomat böyük Azərbaycan ziyalısı Ramiz Abutalıbovun xidmətləri ölçüyə gəlməzdir. Xüsusi ilə Sovetlər dönəmində, sərt qadağalar zamanı Ramiz bəy əsl vətəndaşlıq qeyrəti göstərərək soydaşlarımızı tapır, onların yaradıcılığını tədqiq edirdi. Sevinirik ki Ramiz bəy bu gün də sıralarımızdadır.

Fransanın Strasburq Universitetinin müəllimi Şirin xanım Məlikova Azərbaycan həqiqətlərini fransız cəmiyyətinə çatdırmaqda böyük əmək sərv edir.

Sadalanan aspektlərin fonunda Bakıdakı mitinqlərin ardından ayağa qalxan Naxçıvan sakinləri İranla sərhədə toplaşaraq, o taylı qardaş və bacılarına səsləndilər. Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın “Heydər baba” poemasının sədaları, Cavad Heyətin “Varlıq” jurnalının var olması, Yaqub Zurufçunun ifasında “Ayrılıq” mahnısı Ərdəbilə, Urmiyəyə, Əndəbilə, Təbrizə və Tehrana səs salaraq, sevinc göz yaşları ilə müşahidə olunurdu.

Diaspor xəritəmizdə Almaniyanın özünəməxsus yeri var. “Azadlıq” radiosunda çalışan Məcid Musazadənin rəhbərliyi ilə “Azərbaycan Birliyi” və tərəfimizdən təsis olunan Alman-Azərbaycan Cəmiyyəti Köln şəhərində diaspor fəaliyyətini sözdə yox əməldə göstərib.

1989-cu ilin yanvarında Almaniyaya səfərim zamanı Köln şəhərinin Karolinger küçəsində yerləşən iri hərflərlə yazılmış “AZƏRBAYCAN Kafesi” sözləri inanılmaz bir mənzərə idi. Orada əslən Göyçə mahalından olan babam kimi danışan şəxslərlə tanışlığım ikiqat həyacana çevrildi. Sanki möcüzə ilə rastlaşmışdım. Geriyə döndükdə rastlaşdığım məqamlar barədə  AzTV-yə müsahibə verərək soydaşlarımızın sayqılarını ictimaiyyətə çatdırmışdım.

1990-ci ilin yayinda İstambuldan Azərbaycana təşrif buyurmuş Azərbaycan cəmiyyətinin sədri Nihat Çətinqaya özü ilə müstəqil Azərbaycanın bayrağı və atributunun həkk olunduğu əşyaları gətirərək Yazıçılar Birliyində azadlıq aşıqlərinə təqdim etmişdir.

Azadlıq aşiqləri Elçibəy, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Xudu Məmmədov, Rüstəm Əliyev, Sabir Rüstəmxanlı və diqər ziyalılarımız xalqın arasında olmaqla, gələcəyi daha aydın görürdülər.

1990-cı ilin yayında Nihat Çətinkaya ilə Almaniyadan Azərbaycana səfər etmiş diaspora fəalı Xalis Tezelin Bakı görüşü onların İqdırda uşaqlıq arzularının məntiqi nəticəsi idi.

Müstəqilliyə gedən yolda xarici ölkələrdə cəmiyyətlərin, dərnəklərin yaranması soydaşlarımızın istəyi idi. Istəklərdən doğan arzular çin oldu. 1991-ci ildə müstəqil Azərbaycan Respublikası elan olunaraq üçrəngli bayrağımız millətlər arasında öz imzasını atdı.

Düşünürəm tariximizin bir parçası olmuş azərbaycanlıların mühacir həyatları onların cəmiyyətlərə verdikləri töhfələr alim və müttəxəssislər tərəfindən araşdırılaraq toplanan mənəvi xəzinə əsasında diasporanın aspektlərini ictimaiyyətə daha da rəngarəng təqdim edəcəklər.

Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Polad Haşımovun heykəli HAZIRLANDI

Next

İcra başçısı deputatın xalası oğlunu vəzifəyə təyin etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv