Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

“Bir gecəlik mənimlə qalmaq istədiyini bildirdi” — Yaşlı kişidən gənc oğlana qarşı dəhşətli əməl

By Vüsal Rafiqoğlu
11.06.2021 2 Min Read

Bakının Nəsimi rayonunda 1955-ci il təvəllüdlü Fərid Məmmədov (ad-soyadlar şərti verilib – red.) evində kirayə qalan Faiq Vəliyevə xəsarət yetirib.

ARANTV.AZ Demokrat.az-a istinadən xəbər verir ki, Fərid Məmmədov 2020-ci ildə onun evində kirayə qalan Faiq Vəliyev ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Mübahisə zamanı Fərid Məmmədov qəsdən Faiq Vəliyevin baş nahiyəsindən yumruqla zərbələr endirib, ona başın sol təpə-gicgah nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Fərid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Fərid Məmmədovun barəsində olan cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Fərid Məmmədov bildirib ki, təxminən 7-8 ildir rəsmi heç bir yerdə işləmədiyi üçün özünü dolandırmaq məqsədilə “Manqal Dönər” restoranının qarşında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi kimi fəaliyyət göstərir: “İşlədiyim yerin yaxınlığında avtomobil nəzarətçisi işləyən Faiq ilə uzun müddətdir tanış olmuşam. Onunla dostluq münasibətlərim mövcud olub. Hadisə günü axşam saatlarında kirayə yaşadığım ünvana getmək üçün üzərimdə pul vəsaiti olmadığı üçün əvvəlcədən tanıdığım Faiq bir günlük onun yaşadığı ünvanda qalmaq istədiyimi bildirdim. Onun kirayə yaşadığı ünvanda qalmağıma icazə verdi”.

Fərid Məmmədovun ifadəsinə görə, ertəsi gün saat təxminən 16.45-də Faiqin yüksək səslə televizora qulaq asıb: “Faiqin mənə hörmətsizlik edərək alt paltarı ilə gəzdiyini gördüm. Bununla bağlı ona irad bildirdim. Faiqin iradımdan nəticə çıxarmadığını gördüm. Bu səbəbdən onunla mübahisə etməyə başladım. Həmin mübahisə zamanı əsəbləşərək Faiqin baş nahiyəsindən yumruq zərbələri ilə vurdum. Ona xəsarət yetirdim və mənzili tərk edərək getdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Faiq Vəliyevin bildirdiyinə görə, “Bazar Store” supermarketin qarşısında avtomobillərin saxlanılması üçün ayrılmış yerdə avtomobil nəzarətçisi işləyib: “İşlədiyim yerin yaxınlığında “Manqal Dönər” adlı restoranının qarşısında əvvəlcədən tanıdığım Fərid avtomobil nəzarətçisi işləyib. Onunla dostluq münasibətlərimiz mövcud olub. Hadisə günü axşam saatlarında Fərid Pirallahı rayonunda yaşadığı üçün yolunun uzaq olduğunu və bir gecəlik mənim kirayə yaşadığım mənzildə qalmaq istədiyini bildirdi. Həmin zaman Fəridin yaşlı və kasıb olmasını nəzərə alaraq, onu kirayə yaşadığım mənzilə dəvət etdim, evdə qalmağına icazə verdim”.

Faiq Vəliyev qeyd edib ki, ertəsi gün saat təxminən 16.45-də kirayə yaşadığı ünvanda olan zaman televizora yüksək səs verib: “Fərid televizorun səsini azaltmağımı və evdə alt paltarında gəzməyim barədə irad bildirdi, mənimlə kobud danışmağa başladı. Həmin zaman Fəridə “yaxşı eləyirəm, öz evimdə özüm bilərəm necə gəzirəm” sözlərini deyən zaman aramızda mübahisə baş verdi. Həmin mübahisə zamanı Fərid üzərimə gələrək baş nahiyəmdən yumruq zərbələri ilə vuraraq, mənə xəsarət yetirdi”.

Faiq Vəliyev bildirib ki, baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib: “Hadisə zamanı bizim yanımızda başqa heç kim olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmayıb. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etdi. Sonradan polis əməkdaşları mənim və təqsirləndirilən şəxsin izahatını aldı.”

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, onunla barışıb. O, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Fərid Məmmədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kiyev merinin müavini: “İndi Azərbaycanda baş verənlər tarixi əhəmiyyət daşıyır”

Next

Deputat Sevil Mikayılova Milli Məclisdə Xaçmaz və Xudat sakinlərini narahat edən problemləri səsləndirib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv