Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Dünyanın diqqətlə izlədiyi görüş – Cümlələrə sığmayan TARİX

By Vüsal Rafiqoğlu
16.06.2021 4 Min Read

Elə hadisələr var ki, onlar heç bir cümləyə, heç bir kitaba sığmaz. Məhz 15 iyun təqvimi Azərbaycanın ikinci möhtəşəm, izahı mümkünsüzə çevrilən tarixinə şahidlik etdi. Düz 31 il əvvəl – XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Və beləcə Azərbaycan Qurtuluşdan Zəfərə ilk addımını atmış oldu. 

Dünən isə 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinə qarant duran Türkiyə ilə Azərbaycan arasında düz 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi imzalandı. Şuşa bəyannaməsi əslində “bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Əgər Qars müqaviləsi ilə Türkiyə təkcə Naxçıvanın təhlükəsizliyini öhdəsinə götürmüşdüsə, Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantına çevrildi.

Bu bəyannamə təkcə Qarabağın təhlükəsizliyinin təmin edilməsini deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyini gözlər önünə sərdi. Bu, erməni separatizminə və onun havadarlarına ciddi xəbərdarlıq mahiyyəti daşıyır. Qarabağın istənilən məntəqəsinə hücum edib işğal etmək istəyən qüvvə bundan sonra Azərbaycanla yanaşı qarşısında Türkiyəni də görəcək. Bu bəyanat xüsusən də tarixi görüş öncəsi Ermənistanın revanşist qüvvələrinin – Keçmiş Qarabağ klanının üzvlərindən olan Robert Köçəryanın Hadrutu, Şuşanı yenidən ələ keçirəcəyi ilə bağlı səsləndirdiyi təhdid xarakterli sərsəm açıqlamalarını dəfn etdi, onun bu ifadələrinin heç bir əhəmiyyəti qalmadı, mahiyyətini sıfra endirdi. Rəcəb Tayyib Ərdoğanın da ötən gün açıqladığı kimi Türkiyənin Şuşada açacağı baş konsulluğu isə tarixi mədəniyyət paytaxtımızın təhlükəsizliyində mühüm yerə malik olacaq.

Prezident İlham Əliyevin dünən mətbuata bəyanatında dediyi kimi, Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Biz elə bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa və Şuşaya səfərinin başladığı ilk dəqiqələrdən və burada İlham Əliyevlə imzaladığı tarixi Bəyannamə ərəfəsində artıq görməyə başladıq. Belə ki, bu görüşün erməniləri yaman qorxutduğunu, Ermənistanın siyasi dairələrinin Qarabağdakı separatçılarla birgə yayımladıqları açıqlamalardan açıq-aşkar sezmək mümkün idi. Həmin açıqlamalarda Rusiyaya çağırışları xüsusilə diqqət çəkdi. Bəyanatlarındakı həmin cümlənin məğzi eyni mahiyyətə söykənirdi: “Ermənilər Türkiyənin Qarabağ gəlişini əngəlləyə bilməyəcəklər, Türkiyəni yeganə Rusiya saxlaya bilər, kömək edin”.

Lakin Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə görüş ərəfəsində, xüsusən də son NATO toplantısında Rusiya əleyhinə səsləndirilən bəyanatlar fonunda Kreml sahibinin Ərdoğanla münasibətləri korlamaq istəməyəcəyi hava-su kimi aydındır. 44 günlük müharibənin yaratdığı yeni geosiyasi reallığa əsasən Türkiyə artıq Azərbaycan və Qarabağda möhkəmlənib və Rusiya bu birliyi sarsıtmaq iqtidarında deyil. Bunu biz Rusiya XİN rəhbəri Lavrovun ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Rikerin Bakıya səfərindən dərhal sonra etdiyi “Qarabağda Rusiya-Türkiyə ortaq atəşkəsə nəzarət mərkəzi fəaliyyət göstərir. Bölgədə baş verənlərin birgə müşahidəsi Azərbaycan ərazisindəki texniki vasitələrdən istifadə etməklə həyata keçirilir. Bu, türk həmkarlarımızın prosesdə iştirak etdiyini hiss etməyə imkan verən ümumi razılaşmanın çox faydalı bir hissəsidir. Bu, sabitləşdirici amildir”, – açıqlamasında da rəsmi Moskvanın Türkiyənin Qarabağdakı varlığını qəbul etdiyinin bir daha şahidi olduq.

15 iyun Şuşa görüşü zamanı bütün detallar incəliyinə qədər diqqətlə seçilmişdi. Mətbuat konfransının keçirildiyi məkanda arxa fonda yerləşən bina erməni vəhşiliyinin bariz nümunəsidir. Dünyanın, düşmənin və havadarlarının diqqətlə izlədiyi bu görüşün məhz erməni vəhşiliyinin nümunəsi olan tarixi tikilinin qarşısında təşkili çox mühüm bir mesaj idi.

Bölgə üçün çox önəmli və hərbi-siyasi müvazinət daşlarını öz yerinə qoyacaq bir günə şahidlik etdik. Təkcə iki qardaş ölkənin deyil, həm də bölgənin gələcəyini müəyyənləşdirən anlaşmalar reallığa çevrilir. Bu səfərin siyasi və iqtisadi yönlərinin dəyərini azaltmadan hərbi perspektivlər baxımından önəmini xüsusi ilə vurğulamağa dəyər. Bu anlaşmaların ən kritiklərindən biri də ASELSAN-ın Azərbaycana təklif etdiyi rabitə sistemlərinin istehsalı mövzusudur. Dronların Azərbaycanda istehsalı ölkəmizin hərbi sənaye imkanlarını artırmaqla yanaşı, dostlarımızın da sayını genişləndirəcək.

15 iyun müttəfiqlik Bəyanatı əslinə qalsa, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının məntiqi yekunudur. Bu yol məhz 28 il əvvəl Azərbaycanın Qurtuluşu ilə başladı. Unutmaq olmaz ki, 100 il əvvəl Qars müqaviləsi bizi Naxçıvanda möhkəmləndirdisə, Şuşa Bəyannaməsi ilə, Azərbaycan bütün sərhədlərini mümkün gələcək təhlükələrdən sığortalamaqla paralel olaraq Zəngəzurda möhkəmlənəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şuşa Bəyannaməsi ilə Cənubi Qafqazda sabitlik hökm sürəcək – Yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn

Next

Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir: DİN

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv