Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Anomal istilərlə bağlı işəgötürənlərə müraciət edilib

By Vüsal Rafiqoğlu
23.06.2021 2 Min Read

Son vaxtlar ölkə ərazisində davam edən anomal isti hava şəraitində işçilərin işə cəlb edilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) çoxsaylı müraciətlər daxil olur.

AHİK-dən “İki sahil”ə verilən məlumata görə, Əmək Məcəlləsinə və ona 2 saylı “Əlavə”yə əsasən, havanın temperaturu +41 dərəcə selsidən (2009-cu ilədək 45 dərəcə idi) çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Qeyd olunub ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir: “İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi Əmək Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İstehsal fasiləsiz xarakter daşıdıqda müəssisədə işi dayandırmaq mümkün olmur. Bu zaman həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən bir-birini əvəz edən növbələr müəyyən edilməlidir.

İşlərin dayandırılması, işçilərə fasilələr verilməsi, fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə müəyyən edilir. Məcəllənin 222-ci maddəsinə əsasən, ilin isti vaxtlarında açıq havada işləyənlərin fasilələr zamanı istirahət etmələri üçün işəgötürən tərəfindən otaqlar hazırlanmalıdır. Əməyin mühafizəsinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulub ki, isti hava şəraitində iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu cür hallarda əgər işçi tutduğu vəzifədən aşağı maaşlı işə keçirilərsə, bu zaman onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılmalıdır.

Əmək müqaviləsi bağlanan zaman müqavilədə mütləq işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitində işləməsinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Məhz ona görə də Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasın”da əmək şəraitinin şərtlərinə xüsusi paraqraf ayrılıb. Həmin paraqrafın 4.9 bəndində qeyd edilir ki, işçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. Buna əməl etməyən işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati məsuliyyətə cəlb edilirlər.

Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması 15 prinsip əsasında həyata keçirilir. Bunlardan biri “işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması” prinsipidir.

Öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu prinsipi əsas götürərək işçilərin həyat və sağlamlığı üçün təhlükə törədə bilən işlərin dayandırılması, fasilələrin sayının və müddətinin müəyyən edilib verilməsinə nail olmaq üçün tədbirlər görülməsi və buna mane olan işəgötürənlər barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi üçün sahə həmkarlar ittifaqı respublika komitələrinə hər il xüsusi tapşırıq verilir. Ölkədə havanın isti keçəcəyi ilə bağlı Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsaslanaraq bu ildə üzv təşkilatlara havanın hərarəti 41dərəcəni keçərsə, xidmət sahələrində olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəarət edilməsi, günvurma və istivurma hallarının qarşısının alınması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi tövsiyə edilib”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətən müharibəsi şəhidi Baxşəliyev Nicat Ziyafət oğlunun 28-ci yaş günü

Next

Bacısının 11 min manatına göz dikən qadın saxlanılıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv