Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Diaspor sədası

By Vüsal Rafiqoğlu
23.06.2021 3 Min Read

Dünya azərbaycanlılarının növbəti forumu ərəfəsində qələmə aldığım məqalə həm tarix, həm də Diasporla iş üzrə Dövlət Komitəsinin son bir neçə ildə məhsuldar fəaliyyətinə nəzər salmaq məqsədi daşıyır.

Tarixə ekskursiya etdikdə Tiflis, İstanbul və Sankt-Peterburqda məskunlaşan Azərbycan icması yığcam xarakter daşıyırdısa, əsasən XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Almaniya və Fransaya oxumağa göndərilən tələbələrin yaratdıqları cəmiyyətlər vətənə dönə bilməyənlərin ümid və təsəlli məbədləri idi.

Keçmişdə Almaniyada, Polşada və Türkiyədə nəşr olunan dərgilər əlaqələrin tənzimlənməsi və Azərbaycan icmalarının bir araya gəlməsinə xidmət edirdi. Digər vasitə isə o dövrdə yalnız Münhendən Azadlıq Radiosu vasitəsi ilə Mirzə Xəzərin özünəməxsus intonasiya ilə yayımladığı verilişlər vasitəsi ilə gerçəkliklər haqda bilginin alınması idi.

Bu xüsusda Sovetlər dönəmində maestro Niyazi, Rəşid Behbudov, Müslüm Maqomayev, Arif Məlikov, Zeynəb Xanlarova və Fərhad Bədəlbəylinin xarici ölkələrə qastrol səfərlərində oraya təşrif buyuran azərbaycanlılarla ünsiyyət qurmaqla yanaşı, bəzən onların məktublarının qohumlarına çatmasına da yardımçı olublar.

1970-80-ci illərdə SSRİ-nin Parisdə UNESCO nümayəndəliyində çalışan diplomat Ramiz Abutalıbov könüllü olaraq Azərbaycanla bağlı topladığı sənədləri tarixi yaşatmaq üçün Azərbaycan Dövlət Arxivinə təhvil verməklə öz vətəndaşlıq borcunu yerinə yetirib. Toplanan sənədlər əsasında Ramiz Abutalıbovun təşəbbüsü ilə Bakı Media Mərkəzi Arzu Əliyevanın prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filmini lentə alaraq tarixi həqiqətlərin işıqlandırılması ilə yanaşı, həm də diaspor fəalları üçün nümunəvi film ərsəyə gətiriblər.

Əsasən, 1990-cı illərdən Almaniya arxiv və kitabxanalarında aşkarladığım sənədlər əsasında “Azərbaycan-Almaniya: qədim və müasir əlaqələr” kitabını yazmaqla Alman-Azərbaycan Cəmiyyətinin əhəmiyyətini qabartmış oldum. 2007-ci ildə isə kitaba istinadən yazdığım ssenari əsasında Almaniyada lentə alınan “Azərbaycan-Almaniya dostluq əlaqələri” filmi maraqlı məqamları özündə ehtiva etdi.

1990-cı illərin əvvəlindən Türkiyədə Nihat Çətinkaya, Şotlandiyada Qulamrza Təbrizi, Norveçdə Givami Rəhimli, İsveçdə Bəhram Atabəyli, Amerikada Tomris Azərinin və başqa təşkilat rəhbərlərinin diaspor sədasına səs vermələri Azərbaycan sevdası ilə bağlı idi.

Hələ Sovetlər dönəmində Azərbaycan Respublikasına rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyev tələbələri SSRİ-nin müxtəlif şəhərlərinə və qismən də xarici ölkələrə təhsil almağa göndərməklə sanki müasir diasporun təməlini qoyurdu. Xarici ölkələrdən Azərbaycanda təhsil alan tələbələrin də gələcəkdə Azərbaycan haqqında təəssüratlarının formalaşması uzaqgörən siyasətin tərkib hissəsi idi.

Əlbəttə sadaladığım tarixi proseslərə növbəti dəfə öz möhürünü vuran görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev diaspor fəaliyyətinə də siyasi qiymətini verdi. 1994-cü ildə Brüsseldə diaspor fəalları ilə görüşdə cəmiyyətlərin, əsasən qanlı 20 yanvar hadisəsindən sonra yaranması fikrini soydaşların nəzərinə çatdırdı.

Ulu öndərin 1996-cı ildə Bonn şəhərində Petesberq Prezident Sarayında bizimlə ünsiyyəti və tövsiyələri böyük bir məktəb idi. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfəri zamanı diaspor fəalları ilə görüşlərinə əsaslanaraq 2001-ci ilin 9-10 noyabr tarixlərində Respublika Sarayında Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi üçün sərəncam imzaladı.

Nümayəndəsi olduğum I Qurultayın bayram ab-havası ulu öndər Heydər Əliyevin: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi dillər əzbəri olaraq daim xatirələrimizdə yaşayacaq. Bu məqamlar həyəcanlı və sevincli anlar idi.

I Qurultaydan sonra bu sahədə daha bir mühüm addım atıldı. Prezident Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı əsasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz bundan sonra müxtəlif ölkələrdəki diaspor təşkilatları Azərbaycanla əlaqələri daha da gücləndirdilər.

Xarici ölkələrdə “Azərbaycan evləri” və “Azərbaycan məktəbləri” açıldı, eləcə də gənc diaspor fəalları “Yay məktəbləri”nə cəlb olunmaqla, vətənə dəvət edildilər, Azərbaycandakı həmyaşıdları ilə canlı ünsiyyət qurmaq şansı əldə etdilər.

Əlbəttə bu illər ərzində görülən işlərin kulminasiya nöqtəsi 2019-2020-ci illəri əhatə edən məqamlarla imtahana çəkildi.

2020-ci ildə qəfil COVID-19 pandemiyası diaspor təşkilatlarının birliyini daha da möhkəmləndirdi. Xaricdəki soydaşlarımız Azərbaycan hökumətinin qayğısı ilə əhatə olundu.

44 günlük Vətən müharibəsində  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə arxa cəbhədə uğurla mübarizə aparan diaspor fəallarının ürəyi hər an vətənlə bir döyünürdü. Xoş təsadüfdən sanki hadisələri qabaqlayaraq Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 2019-cu ilin fevralında Berlində təşkil olunan izdihamlı mitinq “Birlik” təməl daşını xarakterizə etdi. Diaspor sədasına qoşulan soydaşlarımız Qarabağ müharibəsində qələbə qazanana kimi sözün əsl mənasında ayaqda oldular.

Məhz diaspor xidmətinə görə medalın qələbə medalları ilə eyni zamanda təsis olunması da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diaspor fəaliyyətinə göstərdiyi ehtiramın nümunəsidir.

Tendensiyaya uyğun olaraq diaspor işinin konseptual həlli yolundan biri də elm və təhsil bazasına istinaddan keçir. Bu baxımdan professoru olduğum Bakı Slavyan Universitetində vaxtilə təşkil olunmuş müxtəlif ölkələrin tədris və mədəniyyət mərkəzləri, eləcə də xarici universitetlərdə təşkil olunmuş Azərbaycan mərkəzlərinin coğrafiyasını genişləndirməklə diaspora sahəsində uğurlu layihələr həyata keçirmək olar.

Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ailə qurmaq istəyənlərin NƏZƏRİNƏ: Şou əhli toy qiymətlərindən DANIŞDI

Next

Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv