Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Təbiətin “qapımızı döyən” xəbərdarlığı

By Vüsal Rafiqoğlu
28.06.2021 3 Min Read

Mütəxəssislər tozlu havaların artmasının səbəbini nə ilə izah edirlər?

İyunun 20-də Bakıda və Abşeron yarımadasında havada toz dumanının artması halı qeydə alındı. Bildirildi ki, havada tozun miqdarı sanitar normadan 1,9 dəfə çoxdur. Belə havaları son illər daha çox görürük və insanlar “30-40 il öncə belə hava nadir hallarda olardı” tipli fikirlər dilə gətirirlər. Həqiqətən əvvəllər belə havaya tez-tez rast gəlinməyib? Əgər son illər artıbsa, bunun səbəbi nədir?

“Kaspi” qəzetinin bu mövzuda hazırlanmış yazısını təqdim edirik:

Şəhərlərin ekoloji vəziyyəti üzrə mütəxəssis, dosent, coğrafiya elmləri namizədi Şəkər Məmmədova deyir ki, isti hava şəraitində havada toz dumanının artması normal qəbul olunur, amma burda da müəyyən hədd var: “Yer kürəsində mövcud olan hava kütlələrindən Azərbaycana səkkiz atmosfer prosesləri təsir göstərir. Bunlardan dörd hava kütləsi məhz ekoloji vəziyyəti gərginləşdirənlərdir: yerli hava dövranı prosesləri, tropik hava kütlələrinin daxil olması, kontinental hava kütlələrinin təsiri, cənub siklonlarının təsiri. Bu dörd hava kütləsinin böyük hissəsinin çirkləndirmə səviyyəsi yay aylarında yüksək səviyyəyə qalxır. Bəzilərində qış aylarında təsiri daha çox özünü göstərə bilir. Qeyd etdiyimiz səbəblərdən respublika ərazisində temperatur yüksələn kimi tozlu-dumanlı hava üstünlük təşkil edir. Ancaq yay aylarında da havanın çirklənmə norması var.

Məsələn, bir kubmetr havada tozun orta konsentrasiya həddi 0,05 milliqram olmalıdır. Amma biz görürük ki, bu rəqəm normadan bir neçə dəfə yüksəkdir. Bir kubmetr havada 0,08-0,09 və 1 milliqram həddə çatır”.

Ş.Məmmədova qeyd etdi ki, 1 kubmetr havada tozun orta konsentrasiya həddi 0,00-dan 0,010-a qədərdirsə, bu, zəif çirklənmədir. 0,010-dan, 0,030-a qədər orda çirklənmə həddidir. 0,040-dan 0,060-a qədər çirklənmiş, 0,060-dan 1-ə qədər kəskin çirklənmə hesab olunur.

Ş.Məmmədova son vaxtlar toz dumanının normadan çox olmasını iqlim dəyişikliyi ilə əlaqələndirir: “İqlim dəyişir, istiləşmə gedir. İqlimdə istiləşmə getdikcə, temperatur yüksəlir, yağıntıların miqdarı azalır. Nəticədə müəyyən ərazilərdə səhralaşma prosesi baş verir. Səhra, yarımsəhra və landşaft ərazilərdən qalxan hava kütlələri də tozlu olur. O hava ərazimizə daxil olanda, belə şəraiti yaradır”.

Ş.Məmmədova qeyd etdi ki, yerli hava dövranının hava kütlələrinin gətirdiyi toz dumanını dəf etməsi də mümkündür. Lakin küləyin sürəti saniyədə 0-1 metr olduğu halda, tozun havada qalma davamiyyəti çoxalır və ekoloji vəziyyəti gərginləşdirir: “Son günlərdə havada olan tozun orta konsentrasiya həddinin normadan 4-5 dəfə artıq olduğu müəyyən edilib. Belə tozlu hava şəraiti isə insanların sağlamlığına müxtəlif problemlər yaradır”.

Ekoloq Samir İsayev bildirdi ki, toz dumanının artmasına səbəb olacaq faktor çoxdur, amma əsas olanı iqlim dəyişikliyidir: “İqlim dəyişikliyi təkcə havanın isinib-soyuması ilə ölçülmür. İqlimdə gedən dəyişikliklər qapını elə bu cür döyür. Toz dumanının artması tək bizdə deyil, müxtəlif ölkələrdə özünü göstərir. Yaxud əvvəllər olmayan tornadolar meydana gəlir. Aralıq dənizi ərazilərində tornado əmələ gəlməyə başlayıb. Yəni o hallar ki, 50-100 il əvvəl olmurdu, biz onları indi görürük. Bunlar iqlim dəyişiklikləridir. Daha quru iqlim əmələ gəlib. Səhralaşma, külək eroziyası, tozun küləyi qaldırması, transsərhəd daşınması da bunun təzahürlərindən biridir. Bütün bunlar iqlim dəyişikliyi ilə bağlı proseslərdir. Toz dumanının müşahidə edilməsi də get-gedə arta, intensiv xarakter ala bilər”.

S.İsayev toz dumanının artmasına səbəb kimi səsləndirilən bəzi faktorların doğru olmadığını deyir: “Araşdıranda, müxtəlif tipli səbəblər ola bilər. Ancaq bəzən elə səbəblər səsləndirilir ki, məntiqlə yanaşanda, görürsən ki, əsaslı deyil. Məsələn, deyirlər ki, Bakı şəhərində əvvəl yaşıllıq daha çox idi, indi azdır, ona görə toz dumanı artıb. Lakin təkcə Bakıda deyil, şəhərin kənarında, bölgələrimizdə də toz artımı var. Şəhərin kənarında yaşıllıqlar artıb. Bu baxımdan yaşıllıq məsələsi bir az həqiqətəuyğun versiya deyil. Bəzən Bakıda tikinti işlərinin artırılması da səbəb göstərilir. Amma Bakı şəhərindən kənarda tikinti yoxdur. O baxımdan, bunu yaşıllaşdırmanın azalması, tikinti işləri ilə bağlamaq əsas səbəbdən yayınmaqdır. Əsas səbəb iqlim dəyişikliyidir”.

Ekoloqun sözlərinə görə, iqlim dəyişikliyi ilə dövlətlər tək deyil, bir yerdə mübarizə aparmalıdırlar: “İqlim dəyişikliyi ilə bağlı Azərbaycan dövləti müəyyən uyğunlaşma tədbirləri nəzərdə tutub. Daxildə müəyyən işlər görülür. Ancaq bir məsələni unutmamalıyıq. Məsələn, tozun böyük əksəriyyəti Azərbaycana kənardan gəlir. Təkcə ölkə daxilində müəyyən addımlar atmaqla iqlim dəyişikliyi ilə mübarizə aparmaq mümkün deyil. İqlim dəyişikliyi ilə mübarizə qlobal aksiyadır və burda bütün dövlətlər həmrəy olmalıdırlar. Azərbaycan da dövlətlərin qarşıya qoyduğu hədəflərə qoşulub. Yaşıllaşmanın artırılması, biomüxtəlifliyin qorunması, tullantıların azaldılması, ənənəvi enerjidən istifadədən uzaqlaşma və s. məsələləri burda aktualdır. İqlim dəyişikliyini yaşayacağıq, bunun qarşısını ala bilməsək də, təsirini azaltmaq mümkündür”.

Həkim-terapevt Məlahət Abbasova deyir ki, havada toz dumanının artması ən çox tənəffüs sistemi xəstəlikləri olan, nəfəsalma problemləri yaşayan, allergik xəstəliklərdən əziyyət çəkən insanlara təsir edir: “Axır vaxtlar allergik xəstələrin sayı artıb. Ola bilər ki, havada toz miqdarının artmasının da buna təsiri var. Havada tozun miqdarının artması qeyd etdiyim problemləri olmayan adamlara da təsirsiz ötüşməz. Çünki ciyərlərimiz təmiz oksigeni alır və karbon qazını buraxır. Aldığımız havanın tərkibində oksigenin miqdarı az, tozun miqdarı çox olarsa, əlbəttə ki, orqanizmə təsir edəcək. Sabah infeksion xəstəlik, soyuqdəymə, ağciyər xəstəliyi keçirsək, ciyərimiz əvvəlki kimi sağalmaya, müalicə yüz faiz sağalma ilə bitməyə bilər. Çünki insanın sağalmasında ətraf mühitin, ekologiyanın da təsiri var”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ədalət Şükürovun bahalı motosikleti – Fotolar

Next

ABŞ-ın xarici siyasətinə töhfə verən türk əsilli xanımlar – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv