Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Güclü Azərbaycan Ordusu Ermənistanın başı üzərindəki Domokl qılıncıdır

By Vüsal Rafiqoğlu
29.06.2021 4 Min Read

Prezident İlham Əliyev: «Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq»

Prezident İlham Əliyevin qətiyyətli ordu quruculuğu sayəsində 100 illərdir ənənəvi işğalçılıq siyasəti yürüdən Ermənistan birdəfəlik iflasa uğradı. Bu gün  Ermənistan regionda ən lazımsız və əhəmiyyətsiz bir ölkəyə çevrilib. Xüsusi vurğulamaq lazımdır ki, indi Ermənistanın gələcək taleyi Azərbaycandan asılıdır.

Məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitq ölkəmizlə bərabər, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistanda geniş müzakirə mövzusudur. Belə ki, Ermənistanın «Noyan Tapan TV» telekanalında Azərbaycan Prezidentinin «Gülüstan» sarayında söylədiyi nitqin təhlili zamanı bildirilib ki,  son 30 ildə aparılan siyasətin nəticəsi bu gerçəkliyi ortaya qoydu ki, bu gün Ermənistan dövlətçiliyinin mövcudluğu Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Vladimir Putinin mövqeyindən asılıdır. Erməni ictimaiyyətində yaranan fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb.

Qeyd edək ki, Ali Baş Komandanımız Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə çox önəmli mesajlar verib. Həmin mesajlarda birmənalı olaraq vurğulanır ki, işğalçı ölkənin  bundan sonra yalnız Azərbaycanın diktəsi ilə yaşamaq, inkişaf etmək şansı qalıb. Bu gün onlar təxribatlar törətməklə heç nəyə nail olmayacaqlar.

Bəli, bu bir reallıqdır ki, Ermənistan əgər Azərbaycanın haqlı mövqeyini qəbul etməsə əksinə, daha da ağır vəziyyətə düşəcək. Çünki hazırda regionun heç bir dövləti bu ölkə ilə hər hansı bir iqtisadi əməkdaşlıqda maraqlı deyil. Son 17 ildə  dövlət başçımızın yürütdüyü məqsədyönlü siyasət diqtə edir ki, regional layihələrdə Azərbaycan mütləq söz sahibidir. Ona görə də Ermənistan yaxşı olardı ki, bundan belə Azərbaycanla sülh müqaviləsinə hazırlıq işlərinə başlasın.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Ermənistan Dağlıq Qarabağ terminini artıq bir dəfəlik arxivə atmalıdır. Çünki artıq Dağlıq Qarabağ deyə bir məfhum yoxdu. Ermənistan artıq düşmənçilik mövqeyindən əl çəkməklə qonşuları ilə  normal münasibət qurmaqla öz müstəqilliyini qoruya bilər.

Düzdür, Ermənistanın ağır məğlubiyyətini hələ də həzm edə bilməyən revanşistlər vardır ki, hər vəchlə xalqını müharibəyə çağırır. Ancaq bu ölkədə 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərində erməni xalqı ağır məğlubiyyətə baxmayaraq revanşistləri deyil, məğlub olmuş baş nazir Nikol Paşinyanı dəstəklədilər. Erməni cəmiyyəti anladı ki, Azərbaycan 30 il əvvəlki kasıb və gücsüz ölkə deyildir. İndi o nəinki regionun, hətta dünyanın inkişaf edən ölkələri sırasında öndə gəlir.

Bu barədə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə «Gülüstan» sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı geniş nitqində bildirib: «Aprel döyüşləri Ermənistana dərs olmadı. Ondan iki il sonra Naxçıvan əməliyyatı nəticəsində biz böyük ərazini götürmüşdük və gücümüzü, peşəkarlığımızı bir daha göstərmişdik. O da dərs olmadı. Nəhayət, İkinci Qarabağ müharibəsi elə dərs oldu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Halbuki, müharibə dövründə mən dəfələrlə öz çıxışlarımda və müsahibələrimdə deyirdim ki, biz dayanmağa hazırıq. Mən Prezident kimi bəyan edirəm, Ermənistan rəhbəri şəxsən bizə tarix versin, nə vaxt bizim torpaqlarımızdan erməni hərbi birləşmələri çıxır, o tarixi bizə versin və biz müharibəni dayandırırıq. Ancaq Ermənistan tərəfi yenə də bu şansı itirdi. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib.»

Qeyd edək ki, Ermənistan ordusu  ötən 28 ildə elə mifləşdirilmişdir ki, hətta  ermənilər və onların havadarları Bakını işğal edəcəkləri ilə hədələyirdilər. İşğalçı ölkənin keçmiş müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu qarşısında çıxış edərkən ölkəsinin hərbi strategiyasında yeni işğal planlarının olduğunu və ərazilərini daha da genişləndirəcəklərini həyasızcasına bildirmişdi.

Lakin 44 günlük tarixi Zəfər döyüşlərində mifləşdirilmiş Ermənistan ordusu elə bir darmadağınla üzləşdi ki, artıq belə bir ordu yoxdur. Sadəcə başıpozuq, nizamsız quldur hərbi dəstələr mövcuddur. Prezident İlham Əliyev çıxışında bu barədə deyib:« Siz Ermənistan ordusunu məhv etmisiniz, Ermənistan ordusu yoxdur -336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər qurğuları məhv edilib, artilleriya qurğuları. Yəni, Ermənistan ordusu yoxdur. Müharibə dövründə, – artıq bu da sirr deyil, – vasitəçilər Ermənistana xəbər göndərmişdilər ki, dayanmaq lazımdır, tarix verin Azərbaycana. Ancaq onlar bundan da imtina etdilər. Biz Şuşanı işğalçılardan azad edəndən sonra məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar.

Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq».

Azərbaycanın güclü ordusu və güclü iqtisadiyyatı  bu gün Ermənistanın başı üzərində Domokl qılıncı rolunu oynayır. Bircə səhv addım və müharibə istəyi onun sonu ola bilər. Necə ki, cənab  Ali Baş Komandanımız deyib: «Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda sabiq məmurun milyonçu həyatı yaşayan qızı cadugəri reklam etdi – VİDEOFAKT

Next

Operativ Qərargahdan yeni QƏRAR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv