Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İranın anti-Azərbaycan davranışlarının pərdəarxası

By Vüsal Rafiqoğlu
13.08.2021 3 Min Read

Tehran ona dost deyənlə özünü niyə üz-göz edir?

Avqustun 11-də İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi  Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və ona İranın nəqliyyat vasitələrinin Qarabağa yükdaşımaları ilə bağlı nota təqdim edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfirin diqqəti İran İslam Respublikasına məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Qarabağa qanunsuz keçməsi faktlarına yönəldilib.

“Bununla əlaqədar bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq  yenidən səfirin diqqətinə çatdırılıb. Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub”, – deyə, məlumatda bildirilir.

Milli Məclisin spikeri Sahibə Qafarovanın qonşu ölkəyə səfərində bayraqla bağlı Azərbaycan cəmiyyətində yaranmış narazılığa rəsmi Bakı təmkinli münasibət göstərsə də, İrana məxsus yük maşınlarının Qarabağa qanunsuz keçməsi faktlarına görə nota verdi.

İranın son aylar Bakıya münasibətdə açıq və ya gizli davranışları təəssüf doğurur. Müharibədən sonra İranla bağlı rəsmi Bakının yeni səhifə açması, işğal dövründə Ermənistana hər sahədə verilən dəstəyi keçmişdə qoymaq istəyinə baxmayaraq, Tehran yenə dost əlini geri çevirməklə məşğuldur.

Bəzi ekspertlər bunun səbəbləri sırasında son aylar xeyli aktivləşən Azərbaycan-İsrail əlaqələrini işarə verirlər. İran bu cür davranışları ilə nümayiş etdirir ki, dövlət kimi “tanımadıqları” İsraillə Azərbaycanın daha da yaxınlaşmasından narahatdır. Qeyd edək ki, İsrailin iki  aviaşirkətinə Təl-Əviv-Bakı istiqamətində aviadaşımalarının həyata keçirilməsi məqsədilə avqustun 15-dən etibarən həftədə iki dəfə uçuşların həyata keçirilməsi üçün artıq lazımi icazə verilib, hətta Bakının Təl-Əvivdə səfirlik açması gündəmə gəlib ki, Tehran bunlardan narahat olmaya bilməz. Halbuki Azərbaycan heç vaxt bir dövlətlə əlaqələrini başqa bir dövlətin maraqlarına zidd olaraq qurmur. Dəfələrlə də öz ərazisindən başqa bir dövlətə təhdid doğuracaq addıma imkan verməyəcəyini bəyan edib. Amma Tehran öz işindədir və əzilmiş, müharibədə ordusu darmadağın edilmiş Ermənistana dəstək verməkdən vaz keçmir.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövlətinin İran İslam Respublikasına aid olan yük nəqliyyat vasitələrinin Azərbaycanın sərhədlərindən qanunsuz daxil olmasına səfirə nota təqdim etməklə reaksiya verməsi tamamilə düzgündür: “Bu, bir daha sübut edir ki, Azərbaycan harada yerləşməsindən və kimliyindən asılı olmayaraq, istənilən dövlətlə onun öz dilində danışmaq, müstəqil siyasət yürütmək əzmindədir. Azərbaycan Prezidentinin 44 günlük müharibədə və ondan sonrakı bütün çıxışlarında Azərbaycana dostluq münasibəti göstərən, Azərbaycanın haqlı işində onun yanında olan dövlətlərin bizim dostumuz olduğunu bəyan edib. Bu cür dövlətlərə Azərbaycanın münasibətinin dostcasına olacağı bildirilmişdir. Eyni zamanda bəyan edilib ki, Azərbaycan istənilən dövlətə onun Azərbaycanla bağlı yürütdüyü siyasətə uyğun siyasət sərgiləyək. 11 avqustda İrana nota verilməsi Azərbaycanın bu mövqeyindən geri çəkilmədiyinin göstəricisidir. Azərbaycanın İran İslam Respublikası ilə münasibətləri əslində çox yaxşıdır. Bunu Azərbaycanın rəsmiləri, xüsusilə də Prezident İlham Əliyev özünün çıxışlarında dəfələrlə bəyan edib. Azərbaycan Prezidentinin İranla sərhədi ”dostluq sərhədi” adlandırması Azərbaycan dövlətinin İrana olan münasibətini özündə tam şəkildə əks etdirirdi. Amma təbii ki, biz bizim onlara olan münasibətimizi onlardan da gözləyirik. Bu münasibəti görməyəndə, bunun əksini görəndə ortaya suallar çıxır və Azərbaycan öz sərt mövqeyini nümayiş etdirməli olur. Azərbaycanın səmimi münasibəti heç bir dövlətə, həmçinin İrana haqq vermir ki, Azərbaycanın qanunlarını pozsunlar. İranın rəsmi qurumlarına aid olmasa belə, İran şirkətlərinə aid olsa da həmin nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə daxil olması üçün Azərbaycan qanunlarına və beynəlxalq konvensiyalara görə Azərbaycan dövlətindən rəsmi icazə alınmalıdır”.

Ekspert qeyd etdi ki, İran hökuməti əgər Azərbaycana səmimi münasibətdədirsə və ona dost deyən Azərbaycanla münasibətlərin yaxşı olmasında maraqlıdırsa, münasibətlərin korlanmasında marağı olan qüvvələrin, şirkətlərin Azərbaycan ərazisinə qanunsuz daşımalar həyata keçirməsinin qarşısını almalıdır: “Rəsmi Tehran səmimidirsə, Azərbaycanın mövqeyi ilə barışmalıdır. Əgər İrandan nəqliyyat vasitələrinin Azərbaycanın ərazisinə qanunsuz gediş-gəlişinin qarşısı alınmayacaqsa, bu, birmənalı şəkildə o anlama gələcək ki, burada məhz İranın rəsmi dairələrinin marağı var və həmin dairələr qonşuluqda yerləşən mühüm bir dövlətlə – Azərbaycanla münasibətləri korlamaq istəyirlər. Bu isə əslində ilk növbədə İranın özünün zərərinədir. Ermənistana dəstək vermək İranın Azərbaycanla elan olunan münasibətləri ilə ziddiyyət təşkil edir və münasibətləri korlayır. Belə çıxır ki, İran daxilində bunda maraqlı olan qüvvələr var. Tehran bilməlidir ki, Azərbaycanın hansısa digər ölkələrlə əməkdaşlığı heç zaman İrana qarşı olmayıb və bu gün də deyil”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Avqustun sonu və karantin: vətəndaş da, dövlət də itirəcək…

Next

“İndi elə qadınlar var ki, Təhminə onların yanında rahibədir”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv