Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Kamaləddin Qafarov: “Vaksinasiyanın effektivliyi əhalinin maksimum peyvənd olunması ilə mümkündür”

By Vüsal Rafiqoğlu
13.08.2021 3 Min Read

“Təəssüf ki, son bir ayda ölkəmizdə COVİD-19 infeksiyasına yeni yoluxma hallarının sayında yenidən artım müşahidə olunmaqdadır. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var v karantin rejimi qaydalarının yumşaldılması şəraitində əksər vətəndaşların yenidən pandemiyasız həyatda olduğu kimi davranmaları da bu səbəblərdən biridir. Lakin dünyada gedən proseslər də  göstərir ki, pandemiyanın sona çatmasından danışmaq hələ çox tezdir. Əksinə, mütəmadi olaraq bu və ya digər ölkədə virusun yeni, modifikasiya olunmuş ştamı meydana çıxır ki, bu da infeksiyanın daha sürətlə yayılmasına yol açır. Etiraf etmək lazımdır ki, bu günə COVİD-19 infeksiyası ilə mübarizənin ən effektiv üsulu vaksinasiyadır. Hazırda COVİD-19 peyvəndi insanın immun sistemini virusla qarşılaşdıqda daha güclü mübarizə aparmasını təmin edə biləcək yeganə vasitədir. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, bu effektivliyi yalnız cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda əldə etmək olar. Yalnız bu halda xəstəliyin başqalarına keçməsi halları azalar və çox sayda həyat xilas ola bilər”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

Millət vəkili COVİD-19 peyvəndinin bəzi hallarda təhlükəli ola biləcəyi barədə dolaşan şayiələrə münasibət bildirərək, bu fikirlərin tamamilə yanlış olduğunu xüsusi olaraq vurğulayıb: “Ümumiyyətlə, peyvəndlər son dərəcədə təhlükəsiz tərkibə malik olan maddələrdir. Əlbəttə ki, peyvənd olunan insanın orqanizminin konkret xüsusiyyətləri fonunda nadir hallarda peyvəndlərin əks təsirləri müşahidə oluna bilər. Lakin bu hal təkcə COVİD-19 peyvəndinə aid deyil. Bu gün apteklərdən minlərlə insanın gündəlik reseptsiz əldə etdiyi və hamı üçün tam təhlükəsiz hesab olunan bir çox ağrıkəsici, hərarətsalıcı və digər dərman preparatlarının da nadir hallarda konkret insanlarda kəskin reaksiyalar yaratma halları olur. Bu halların qarşısını almaq üçün hər kəs peyvənd olmadan öncə hamiləlik, immuniteti zəiflədən xəstəliklər, allergiya və allergik xəstəliklər haqqında mütləq məlumat verməlidir. Peyvənd vurulan hissədə qızartı və temperaturun qalxması kimi hallar isə peyvəndin əks təsirləridir və bu təsirlər sağlamlıq üçün təhlükəli deyil. Ümumilikdə isə məhz peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Peyvəndlər xəstəliklərin qarşısını almağa və ya daha yüngül gedişatına şərait yaradır. Əgər biz bir tərəfdən peyvəndlərin verdiyi immunitetin faydalarını və digər tərəfdən də COVİD-19 infeksiyasının mövcud risklərini obyektiv qiymətləndirsək, bu zaman görərik ki, ən qısa müddətdə peyvənd olunmaq bu gün qəbul edə biləcəyimiz yeganə düzgün qərardır. Tibbi maska taxmaq, məsafə saxlamaq və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacib profilaktik tədbirlərdir. Lakin bütün dünya təcrübəsi göstərir ki, bu tədbirlər xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.”

Kamaləddin Qafarov bu gün ölkəmizdə vaksin qıtlığının olmamasını, əksinə, əhalinin hətta 4 vaksindən birini seçmək imkanı olmasını dövlətimizin uğurlu siyasətinin daha bir nəticəsi olduğunu qeyd edərək deyib: “Azərbaycan COVİD-19 pandemiyası ilə mübarizənin ilk günlərindən dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasında olub. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. O cümlədən, möhtərəm dövlət başçımızın böyük uzaqgörənliklə ölkəmiz üçün vaxtında işlənib hazırlanmış  vaksinasiya platforması   bu gün öz bəhrəsini verir və hazırda dünyada peyvənd preparatlarının süni defisiti yaşandığı halda, ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var.

Onu da qeyd etmək istərdim ki, hazırda vətəndaşların ən çox üstünlük verdikləri Çinin “Sinovac” şirkəti tərəfindən istehsal edilən “Coronavac” peyvəndidir. “Coronavac” illərdir istifadə olunan ənənəvi bir yolla alınır. Əvvəlcə virus çoxaldılır. Sonra isə inaktiv vəziyyətə salınır. Sadə dillə desək, öldürülür. Bu yolla əldə olunan peyvəndləri ənənəvi və yaxud da ölü peyvəndlər adlandırırlar və onlar  təxminən 4 həftə ara verməklə 2 dəfə vurulmalıdır. Vaksin olunan orqanizm ölü virus ilə qarşılaşan zaman onu həqiqi təhlükə olaraq qəbul edir və onu tanıyır. Beləliklə də orqanizmdə əks cisimlər yaranır və digər qoruma mexanizmləri aktivləşir. Bütün bunları deməkdə isə məqsədimiz odur ki, bəzi insanlar tamamilə yanlış olaraq peyvənd olunmaqdan deyil, COVİD-19 infeksiyasının növbəti, daha təhlükəli ola biləcək yayılma dalğasından ehtiyat etməlidirlər. Bu təhlükənin qarşısını ala biləcək yeganə vasitə isə məhz peyvənddir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Həkim-infeksionist: Vaksinlərin fəsadları ilə bağlı qorxular əsassızdır – VİDEO

Next

Qaxda koronavirus əleyhinə dezinfeksiya işləri görülüb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv