Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Soruşula bilər ki, bəs əvvəllər bu hadisələr baş vermirdi?

By Vüsal Rafiqoğlu
17.08.2021 4 Min Read

Umayra Tağıyeva: Bu ilin avqustunda isti hava dalğasının davamlılığı ötən illərlə müqayisədə daha çoxdur

“Son zamanlar iqlim dəyişmələri, qlobal istiləşmə barədə çox deyilir və yazılır. Ümumdünya Meteorologiya Təşkilatının iqlim dəyişmələri və onların fəsadları haqqında yaydığı məlumatlar heç də optimistik deyil. İqlim dəyişmələrinin gələcək ssenariləri də bunları təsdiq edir”.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın iqlim dəyişmələri ilə bağlı açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bütün planet üzrə daşqınların, quraqlıqların, xarakterik olmayan ərazilərdə anomal isti və soyuq hava dalğalarının statistikası belə halların nəzərəçarpacaq dərəcədə artdığını göstərir: “Soruşula bilər ki, bəs əvvəllər bütün bu hadisələr baş vermirdi? Baş verirdi, lakin bu sayda deyildi və bu dərəcədə risklər yaratmırdı. Hazırda bunu gündəlik həyatımızda müşahidə edirik və bu təsirlərə məruz qalırıq”.

U. Tağıyeva deyib ki, qlobal su dövranı istiləşmə nəticəsində daha da güclənir. Nəticə etibarı ilə bir tərəfdən quraqlıq daha uzun müddət davam edir, digər tərəfdən isə qısa müddət ərzində, bəzən isə bir gün ərzində yağıntının bir aylıq norması düşür: “Aralarında böyük məsafə olmayan ölkələrdə bir-birindən fərqli və çox təzadlı atmosfer hadisələri baş verir. Ölkəmizdən qərbə doğru 3 min km-lik məsafədə 3 fərqli və kontrast hava kütlələri hökm sürür. İtaliyada bu fövqəladə istilər, quraqlıq, temperaturun rekord 49 dərəcəyədək yüksəlməsi, Türkiyənin əsasən Qara dəniz sahilində iki soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində sel və daşqınlar, Azərbaycanda isə davamlı istilər.

İsti hava dalğaları yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2, Şəkidə 6 hadisə qeyd edildiyi halda, sonrakı 30 ildə bunların sayı artaraq Bakıda 27-yə (14 dəfə artıb), Şəkidə isə 34-ə (6 dəfə artıb) çatmışdır. Bakıda, Şəki ilə müqayisədə artımın daha çox olması iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik adaları effektinin daha da güclənməsi ilə izah olunur. Yəni asvalt-beton örtüklər, uca binaların bir-birinə sıx tikilməsi havanın təbii axınını dəyişir. Temperaturun demək olar ki süni artımına səbəb olur”.

Onun sözlərinə görə, bu ilin avqust ayında isti hava dalğasının davamlılığı ötən illərlə müqayisədə daha çoxdur: “Çünki artıq 15 gündür ki, fasiləsiz havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cu ildə qeydə alınıb. Qonşu Türkiyə, Gürcüstan və Rusiyanın cənub bölgələrində türyan edən növbəti siklon bu dəfə bizdən yan keçmişdir. Bu prosesin yalnız zəif təsirləri avqustun 14-də ökəmizin qərb və şimal bölgələrində hiss olunub.. Belə ki, Qusar rayonunda 30 mm (aylıq normanın 89%-i), Tovuzda 20 mm (aylıq normanın 82%-i) yağıntı, Quba və Qusarın bəzi kəndlərində dolu düşüb. Yağıntıların belə qeyri-bərabər paylanmasının nəticələrini nəzərə alaraq adaptasiya tədbirlərini görmək vacibdir.

Ölkənin bəzi rayonları sel və sürüşmə təhlükəsi olan zona hesab edilir. Adaptasiya tədbirləri kompleksli məsələlərdir. Əlbətdə ki, erkən xəbərdarlıq nəticələri yumşalda bilər, lakin qarşısını ala bilməz. Bir şey aydındır ki, oxşar situasiyalara hazır olmaq lazımdır. Əlverişsiz hadisələrdən əvvəl, anında və sonrakı zamanda düzgün davranma hesabına mənfi nəticələri azaltmaq mümkündür. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, yaxınlaşan meteoroloji təhlükə barədə 24 saat öncədən məlumat daxil olduqdan sonra vurula biləcək ziyanın 30%-nin qarşısı alına bilər”.

U. Tağıyeva bildirib ki, daşqın və sel hadisələrinin daha çox baş vediyi çaylar barədə yerli əhali daha məlumatlıdır. 1960-cı ildən 2000-ci ilədək hər il 2-3 hadisə baş verdiyi halda keçən il 35, bu il isə artıq 32 hadisə baş verib: “Sosial şəbəkələrdə bəzi insanlar tərəfindən selin başvermə anı ilə bağlı paylaşılan videoçarxlar anlaşılmazlıq doğurur. Bu insanlar sel hadisəsinin çəkilişini apararkən bilməlidirlər ki, sel idarə olunmaz bir qüvvədir, o ani olaraq istiqamətini və gücünü dəyişə bilər. Bu baxımdan çəkilişi aparan insanlar öz həyatlarını risk altına qoyurlar. Bəs çay məcrasının kənarında ev tikən, təsərrüfat yaradan və ya obyekt quranlar barədə nə deyəsən? Çayın yatağı çaya məxsusdur, onun mülküdür. Əhalinin bu istiqamətdə maarifləndirilməsi və obyektlərin tikintisi zamanı sanitar mühafizə zonası mütləq nəzərə alınmalıdır. Zərər və itkilərin çox olmasının bir çox halda əsas səbəbi əhalinin çay yataqlarında yaşayış və köməkçi təsərrüfat binaları tikməsi, təsərrüfatla məşğul olmasıdır”.

Təhlükəli meteoroloji hadisələrdən biri də şimşək hadisəsidir ki, o da son onilliklərdə artıb. 50-80-ci illərdə Abşeron yarımadası və Bakı şəhərində ildırım nadir hallarda müşahidə olunsa da, hazırda adi hadisəyə çevrilib: “Böyük şəhərlərdən fərqli olaraq kəndlərdə və dağ yerlərində ildırım vurması təhlükəsi daha çox baş verir. Bu risklərdən qorunmaq üçün əhalinin maarifləndirilməsi zəruridir. Məsələn, ildırım çaxan zaman hündür ağacların altında dayanmaq, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olmaq, mobil telefondan istifadə etmək və s çox təhlükəlidir. Bəşəriyyəti son zamanlar tez-tez lərzəyə gətirən təbii kataklizmalar düşünməyə məcbur edir.
ÜMT-nın məlumatına görə iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son 10 il ərzində 410 000 nəfərin həyatına son qoyub, nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. İqlim dəyişmələri fonunda yaranan bu riskləri uyğunlaşma tədbirləri ilə azaltmaq və yumuşaltmaq mümkündür.

Elə bu səbəbdən də BMT-nin Baş katibi təbii fəlakətlərlə bağlı adaptasiya və davamlılıq məsələlərinə diqqətin ayrılmasını və onları inkişaf planlarına təxirəsalınmadan daxil edilməsinə çağırış edir. Ölkəmizdə də mümkün riskləri qiymətləndirmək və adaptasiya tədbirlərini hazırlamaq zəruridir. Bu energetika və ərzaq təhlükəsizliyi məsələlərinə aid olduğu kimi, müvafiq fövqəladə hallar və əhalinin məlumatlandırılması strukturlarına da aid edilir. Yeni reallığa adaptasiya olunmağa imkan verən tədbirləri planlaşdırmaq, potensial riskləri qiymətləndirmək və qabaqcadan onlara hazır olmaq zəruridir”.

U.Tağıyeva deyib ki, bir çox ölkələrdə adaptasiya sahəsi üzrə milli plan, strategiya, çərçivə proqramları və qanunlar mövcuddur: “Görünməmiş və qabaqcadan baş verəcəyini müəyyənləşdirmək mümkün olmayan ekstremal təbiət hadisələri fövqəladə vəziyyət yaradır. Heç bir ölkə öz iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq bu hadisələrdən sığortalanmayıb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni həbs edildi

Next

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edildi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv