Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Qələbə rəngli sevinc

By Vüsal Rafiqoğlu
18.08.2021 4 Min Read

Hərbi hissəyə zəfər ovqatı ilə gedirik…

Yayın son ayının istisindən-bürküsündən keçib hərbi hissəyə çatmaqdayıq. Dan yeri söküləndən bəri ötən ilin sentyabrın 28-i səhərində hamının ürəyi döyüşənlərin sırasındaydı. Onda bu hərbi hissə də döyüşlərdəydi. Onda bu əsgərlər də döyüşçüydü, Vətən müharibəsinin qələbə ilə başa çatması üçün əmrləri qətiyyətlə, məsuliyyətlə yerinə yetirirdilər. Onda minlərlə gənc, minlərlə müharibə veteranı, minlərlə tələbə, yeniyetmə döyüşlərə can atırdı. Bütün məmləkət boyunca bir ovqat yaşanılırdı: döyüş. Qələbəyə inam məmləkətin can köynəyinə dönmüşdü; müharibə xalqın müharibəsiydi…

Bu düşüncələr içində noyabrın 11-i səhərinin necə açıldığını xatırlamaq istəyirəm; gözəl günlər yaddaşdan silinmir – səmavi rəngli səhər idi…

Böyük Vətən müharibəsindən 76 il keçir. O illər, o illərin döyüşləri indi də xatırlanır – tarix kimi, xatirə kimi, ehtiram kimi. Maraq düşüncələrimi üstələyir: Görəsən, 1945-ci ilin 10 may gününün səhəri necə açılıb? Atam deyərdi ki, yaşadığımız səhərlərin ən gözəli rəngində bir səhəriydi…

Birinci Qarabağ müharibəsinin döyüşləri ilə Vətən müharibəsinin döyüşlərini müqayisə etmək mümkün deyil. İstər döyüş texnikalarının növünə, gücünə görə, istərsə də onların istismar xüsusiyyətlərinin mənimsənilməsinə görə. Birinci Qarabağ müharibəsində torpaqlarımız işğal edilməmişdi, döyüşlər işğala qarşı aparılan müdafiə döyüşləri idi, Vətən müharibəsinin döyüşləri torpaqalarımızın işğaldan azad edilməsi döyüşləri idi. Nəticə etibarilə işğaldan qurtuluş döyüşləri idi…

Vətən müharibəsində qazandığımız Zəfərdən 9 ay keçir. Neçə 9 aylar keçəcək, qərinələr ötəcək, bu Zəfərin tarixi əhəmiyyəti yaddaşlarda da yaşayacaq, tarixdə də. Vətən müharibəsi haqqında söhbətlərin, kəlmələşmələrin mahiyyəti döyüşlərin ehtiramla, Zəfərə sədaqətlə tarixləşdirmə niyyətidir. Bu niyyət çağdaş jurnalistikamızın vəzifə borcuna düşən zərrə misallı işıqdır…

“N” saylı hərbi hissədə Vətən müharibəsinin iştirakçılarının əhatəsindəyəm. Zabitlərin də, əsgərlərin də baxışlarında gördüyüm şükranlığı əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə iştirakın, qələbənin əsgəri olmağın şükranlığı bilirəm. Zəfərdən neçə on aylar-illər keçəcək, bu şükranlıq tarixdə də, xatirələrdə də müqəddəslik mərtəbəsində yaşadılacaq. Polkovnik-leytenant Vasif Həsənov deyir ki, bu əsgərlər də tərxis olunacaq. Vətən müharibəsi bu əsgərlərin də xatirələrindən yeniyetmələrin düşüncələrinə sızacaq. “Bu, tarixə sədaqət, tarixi sədaqət olacaq”, – deyirəm. Zabit fikrimə söykək kimi deyir ki, bu sədaqət qazanılmış Zəfərin qüdrəti kimi həmişə təzə-tər qalacaq…

Vətən müharibəsində iştirak etmiş hərbi hissənin əsgərləri ilə döyüşlərdən danışırıq, Vətən müharibəsində iştirak etmiş topun yanında. Top komandiri çavuş Samir Məmmədov deyir ki, bu top bizim döyüş yoldaşımızdır. Rusiya ordusunun silahlanmasına bu seriyadan olan toplar da daxildir. Yəni, bu toplar güclü toplardır. Ən müasir uçuş aparatlarına, belə güclü döyüş texnikalarına, qurğulara malik olan ordumuz güclüdür, qadirdir…

Polkovnik-leytenant Vasif Həsənov deyir ki, hərbi hissəmiz Vətən müharibəsinin ilk günündən döyüşlərə cəlb olunmuşdu. Tam məsuliyyəti ilə deyirəm ki, zabitlərin də, əsgərlərin də döyüş əzmi, qələbə ruhu yüksək idi. Döyüşlərə bu ovqatla qoşulmuşduq. Verilən döyüş əmrlərinin məsuliyyətlə, dəqiqliklə yerinə yetirirdik. Qazanılan mövqe qələbələrinə görə komandanlıq bizə də təşəkkür elan edirdi. Vətən müharibəsində qazanılan Zəfər bizim hərbi hissənin şəhidlərinin də ruhunu nigarançılıqdan qurtardı…

2020-ci ilin noyabrın əvvəllərində Murovdağ istiqamətində ezamiyyətdəydim. Döyüşçülərlə kəlmələşmişdik. Onda zabitlərdən biri o qədər də yüksək olmayan təpəliyi göstərərək demişdi ki, orda düşmən qruplaşması var. Bir azdan olmayacaq – artilleriyaçılarımız oranı mərmilərlə darmadağın edəcək. Mərmi qəlpələri möğvqeni didişdirəndən sonra piyadalarımız o istiqamətdə hücuma keçəcək…

Sinəm ürəyimə darlıq eləmişdi. Bir neçə dəqiqədən sonra mərmilərin partlayışına sarı boylandıq. Artilleriyaçılarımızın yanında olmaq, onların əllərini ürəyimə sıxmaq keçmişdi könlümdən. Xeyli aralıdaydılar. Buna görə üz-üzə, diz-dizə oturduğum zabitə demişdim ki, onlar uzaqdadı, siz yanımdasınız. Əlini mənə ver, əlini ürəyimin üstünə qoy. Ürəyimin şıltaqlığı bu təmasdan rahatlıq tapsın.

Top heyətinə baxıram, yəni sizin də əlinizin hərarətini ürəyimlə hiss edəcəm…

Top komandiri çavuş Samir Məmmədovun qüruru seziləndi.

–Füzuli istiqamətində döyüşlər gedirdi. Ağır döyüşləri idi. Düşmən ciddi, çox ciddi müqavimət göstərirdi. Sonralar məlum olduğu kimi, düşmən işğal etdiyi bütün ərazilərdə möhkəmləndirilmiş mühəndis-istehkam sədləri yaradıbmış. Bizə düşmənin komanda məntəqələrinin, müdafiə mövqelərinin, qruplaşmalarının, sığınacaqlarının koordinatları verilirdi. Top heyətimizin dəqiq atışları düşmənə tələfat verirdi. Atəşdən sonra hədəfin vurulması, mən edilməsi məlumatını eşitmək necə xoş idi! – çavuş Samir Məmmədov belə deyir. Baxışları top heyətinə sarıdı – ehtiram baxışlarıdı bu baxışlar. Zaman anlamında dünənki döyüşlərə görə təkrar minnətdarlıqdı.

Vətən müharibəsində yüzlərlə mərmi atmışıq. Əminliklə deyə bilərəm ki, onların böyük əksəriyyəti dəqiq olub. Bir-ikisi bir qədər yayınsa da düzəlişlərlə verilən koordinatı təkrar atışla məhv etmişik, – mərmiçi İlkin Mehdiyev belə deyir.

–Top heyəti vahid bir əmrin icraçısıdır. Hamımız atışın sonluğuna cavabdehik. Atışın sonluğunun uğuru hamımızın uğurudu, yəni, belə olanda hamımız qürurla düşünürük ki, vəzifəmizi, yəni döyüş əmrini məsuliyyətlə, dəqiq yerinə yetirmişik, – çaxmaqçı Xeyirbəy Qurbanov belə deyir. Ondan soruşuram ki, Vətən müharibəsində hər atış əhəmiyyətli idi, yəni hər mərmi bizi qələbəyə yaxınlaşdırırdı.

–Şuşanın işğaldan azad edildiyi gün Vətən müharibəsində hamımızın sevincimizi kükrətdi. Bu sevinc tarixi sevinc oldu. Bəs həmin günə kimi ən çox harda sevindiniz? – soruşuram. Mərmiçi Vasif Cəfərli əsgər yoldaşlarına baxır.

–Bayaq İlkinin dediyi kimi, hər dəqiq mərmi atışı hamımızın adına olub. Təkcə mən yox, hamımız ilk döyüş günü ilk mərmini atanda bir qədər həyəcanlı saniyələr yaşadıq, sonra bu atış hamımızı sevindirdi, – deyir…

–O sevinc qələbə rəngli sevinc idi, eləmi? – soruşuram.

–Elədi, heç yerdə heç zaman bu qədər gözəl sevinc görməmişdik, – deyirlər…

“Zəfərdən sonra hərbi hissələrdə keçirilən təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını daha da yüksəldir. Bu yüksəliş ərazi bütövlüyümzün toxunulmazlığının zəmanətidir. Bizim hərbi hissəmizdə də təlimlər təsdiqlənmiş plan əsasında aparılır, ilkin sorğularla mövzunun necə mənimsənildiyi müəyyənləşdirilir, yeni mövzu ilə öyrənilmişlər arasında məntiqi əlaqə yaradılır, sonra yeni mövzu izah olunur. Bu, öyrənmə prosesisini də asanlaşdırır”, – polkovnik-leytenant Vasif Həsənov belə deyir.

Top heyətinin konkret mövzu üzrə biliklərinin təkmilləşdirilməsi döyüş hazırlığının səviyyəsini yüksəldir. Ordu quruculuğuna diqqət kəsilməz, dönməz olduğu kimi, belə proseslər də  kəsilməz xarakterlidir”, – mayor Faiq Mehdiyev belə deyir və qürurla top heyətinə baxır…

Yayın istisində Vətən müharibəsində iştirak etmiş top heyəti ilə söhbətimizin səmimiliyinə, mahiyyətinə görə vaxtın necə sovuşduğunu hiss etmirik.

Əsgərlərin baxışlarında sezilən, duyulan, görünən ovqat Qələbə ovqatıdır, ötən ilin noyabrın 10-da yaşanılmış ovqatın eynidir. Bu ovqat illərlə bu səviyyədə, bu müqəddəslikdə eyni duyğularla yaşadılacaq. İllərlə “Hər açılan səhərin rəngindədir Qələbə!” deyəcəyik…

Bizi hərbi hissədən Zəfər ovqatlı sevinc uğurlayır…

Rəşid Faxralı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın sərhədləri etibarlı əllərdədir

Next

85 yaşlı kişi intihar edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv