Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın Azərbaycanı qadınla aldatmaq istəyi

By Vüsal Rafiqoğlu
20.08.2021 3 Min Read

44 günlük müharibə regionun görkəmini dəyişdi. Əgər 30 il ərzində bölgə Qarabağ adlı bir qan çalağı içində hər gün boğulurdusa, Azərbaycan bu savaşla həm xalqını, həm də regionu, insanlığı bu bəladan xilas etmiş oldu. Lakin təəssüf ki, Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməyənlər yenidən ortalıqda var-gəl etməyə başlayıblar. Sabitlik və sülhə təhdid olan qüvvələr isə hər kəsə gün kimi aydındır. 

II Qarabağ müharibəsi ilə BMT Qətnamələrini Ordusu gücünə özü yerinə yetirərək haqqı bərpa edən Azərbaycanın artan gücü eyni zamanda suverenliyə, əməkdaşlığa, inkişafa, inteqrasiyaya qatılan gücdür. Amma hələ 1997-ci ildən Qarabağ münaqişəsinin həlli üçün mandat verilən ATƏT-in Minsk Qrupunun indiki həmsədr ölkələrinin ikili standartları təəssüf ki, regionu yenidən münaqiəşə ocağına çevirməyə xidmət edir. Müharibənin gedişində Fransadan verilən bəyanatlar, işğalçı dövlətə edilən dəstək Bakıya hayan oldu ki, sən demə, Fransa bu 30 il ərzində suyumuzu içib, çörəyimizi yeyərək bizə arxadan balta saplayanlardandır.

Əgər Fransadan söhbət gedirsə, Minsk Qrupuna həmsədr ölkə kimi Rusiyanın da ikili oyununu görməzlikdən gəlmək mümkün deyil. Bölgədə sülh istədiyini bildirərək savaşın dayandırılması üçün dəfələrlə prezident və XİN rəhbərləri səviyyəsində müharibə tərəflərini kompromisə dəvət etmək təşəbbüsü ilə çıxış edən Moskvanın 44 gün ərzində dayanmadan Ermənistanı silahlandırdığı barədə rəsmi Bakı dəfələrlə narahatlığını ifadə etdi, amma bir fayda vermədi.

Azərbaycan Şuşa qələbəsi ilə düşməni 10 noyabr kapitulyasiya aktına imza atmağa vadar etdikdən sonra atəşkəs bərpa olunsa da, müddəaların icrasından boyun qaçırmaq, yerinə yetirməmək üçün son zamanlar düşmənin yenidən xeyli fəallaşdığının şahidiyik. Təbii ki, istər 44 günlük müharibəyə kimi, istərsə də indi Ermənistan havadarlarına, Minsk Qrupunun həmsədr üzvlərinə arxayındır. Rəsmi İrəvan bu zamana kimi Azərbaycana qarşı müstəqil siyasət yürütmək nə olduğunu nəinki bilmir, havadarlıq edən dövlətlər, qüvvələr əllərini üzərindən götürəndə özlərini pərişan hiss edirlər, özlərini himayəsiz, yetim, zəlil görürlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son müraciəti ritorikadan başqa bir şey deyil. “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir” deyən Zaxarova məgər ölkəsinin Ermənistanı silahlandırmaq üçün yenidən bütün imkanlarını səfərbər etdiyindən xəbərsizdir? Bəs, belə olan halda hansı razılaşmanın yerinə yetirilməsini Ermənistandan gözləyir? Qarşımızda bir yandan Ermənistanı yenidən sürətlə silahlandırmağa çalışan Rusiya var, digər yandan da Azərbaycan üçün üçtərəfli bəyanatların icrasında güya çox maraqlı olduqları təəssüratını yaradan Rusiya. Məgər rəsmi Bakı regionda baş verən proseslərdən o qədərmi bixəbərdir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistanın müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən söylədiyi “Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq” ifadələrini eşitməzdən, görməzdən gəlsin?!

Düzü, Mariya Zaxarovadan heç “Rusiya bundan sonra Ermənistanı silah-sursatla, hərbi texnika ilə təchiz etməyəcək” açıqlamasını da gözləmirdik. Rusiyanın Ermənistanı Azərbaycan qarşısında tam gücsüz və zəif duruma düşməməsi üçün illərdir qarşılıqsız, təmənnasız silahlandırmasının əsl səbəbi də Bakı üçün gün kimi aydındır. Rusiya Ermənistanı məhz ona görə illərdir silahlandırır ki, bu dövlət Azərbaycan qarşısında tam gücsüz və zəif duruma düşməsin. İlham Əliyevin təbirincə desək, Rusiya anlayır ki, hərbi nisbəti Ermənistanın xeyrinə dəyişə bilməyəcək. Ancaq nisbəti dəyişməsə belə, Kreml yolundan dönən deyil. Moskva Cənubi Qafqazda forpostunun itirilməsini gözə ala bilmədiyi üçün Ermənistandan əlini götürmək fikrində deyil.

Amma Bakı da artıq hər şeyi öz adı ilə çağırır. Prezident İlham Əliyevin “CNN türk”ə müsahibəsində bu məqam diqqətdən qaçmadı. Dövlət başçısı açıq şəkildə Rusiyaya Ermənistanı silahlandırdığı üçün etirazını bildirdi: “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıb”.

İndi Mariya Zaxarovanın Azərbaycanın gözündən pərdə asmaq cəhdi, daldan atılan daşa bənzəyir. Çünki Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın təxminən iki həftə əvvəl kollegiya iclasındakı çıxışında dərhal Azərbaycan hərbçilərinə atəş açmağı və hər vasitə ilə onları öldürməyi ciddi şəkildə göstəriş verməsinin ardından bir neçə gün sonra yenidən Azərbaycanı təhdid edən açıqlamalar (Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə birldirib ki, “Əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır”) səsləndirdi. Ardınca dərhal Moskvaya səfər edən Karapetyana rusiyalı həmkarı Ermənistan ordusunun modernləşdirilməsi üçün kömək edəcəklərini açıqladı. O zaman Moskva buna da cavab versin: Müdafə naziri çox məsuliyyətsiz açıqlamalar verən bir dövlətin hərbi imkanlarını hər vəchlə artırmaq təşəbbüsü hansı məntiqə sığır?

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdədə “COVID-19” pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə bağlı Aşura gününün mövcud qaydalara uyğun keçirilməsi üçün rayon Qərargahının növbəti iclası keçirilmişdir

Next

Qəhrəman şəhidimiz – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv