Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Prezident İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi bir çox pərdəarxası məqamlarına ayna tutdu

By Vüsal Rafiqoğlu
27.09.2021 4 Min Read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Əhatəliliyi baxımından olduqca geniş olan müsahibədə səsləndirilən fikirlər müharibəyə qədərki hazırlıq dövrünə, müharibənin başlandığı 27 sentyabr gününə və sonrakı qalibiyyətlərlə zəngin günlərə ayna tutub. Ölkə başçımız bəlkə də ilk dəfə müsahibəsində bu qədər detallı açıqlamalar verərək müharibənin gedişatını, 10 noyabr Bəyənatının pərdə arxasını, Azərbaycanın haqq mübarizəsində xalqın, dövlətin və Ordunun birgə mövqeyini, Azərbaycanın uzun illər boyu öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı addımların, həyata keçirilən siyasətin, görülən işlərin mahiyyətini ən incə detallarına kimi açıqlayıb, Azərbaycan xalqının, dövlətinin 30 ilə yaxın zaman kəsiyində davam edən, misli görünməmiş mücadiləsini dəyərləndirib. Müsahibənin önə çıxan  detallarına yaxından nəzər salmaq istərdik.

Müsahibədə xüsusilə önə çıxan bir neçə başlıqlar var idi ki, bunlardan biri  də müharibənin başladığı dövrə qədər ölkədə gedən hazırlıqlarla bağlı idi. Əslində hamıya aydındır ki, müstəqilliyinin ilk günlərindən etibarən ərazi bötüvlüyü təhdidlərlə qarşılaşan və torpaqlarının beşdə biri işğal altında olan ölkə daima hazırlıqlı olmalı və bu istiqamətdə öz gücünü artırmağa çalışmalıdır. Azərbaycanda həyata keçirilmiş və  yekunda qələbə qazanmağa kömək etmiş hərbi, siyasi, iqtisadi və digər dəyişikliklərin gedişi də onu deməyə əsas verir ki, Azərbaycan tərəfi daima bugünlər üçün hazırlıq görüb və bütün sahələrdə qələbəni yaxınlaşdırmaq məqsədilə addımlar atıb.  İstər iqtisadi müstəqilliyin əldə olunması üçün atılan addımlar, istər ordu quruculuğu sahəsində aparılan düzgün və düşünülmüş strategiya, istər sistematik şəkildə beynəlxalq qurumlarla aparılan məqsədyünlü danışıqlar, istərsə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün aparılan informasiya savaşı yekunda Azərbaycanın bütün sahələrdə qələbəsi ilə nəticələnən 44 günlük müharibənin təməl daşları idi. Ancaq ilk növbədə qələbəyə inanan, heç vaxt görmədiyi torpaqların düşmən işğalından qurtulması üçün canını ortaya qoya biləcək, ölkəsinin ərazi bütövlüyünü hər şeydən üstün tutan qalib xalqın formalaşması lazım idi. Bu məqamda ölkə başçımızın daha əvvəl səsləndirdiyi bir fikir yada düşür. “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. Bəli, Qarabağ uğrunda gedən 44 günlük müharibənin Azərbaycanın üstünlüyü ilə nəticələnməsinin ən böyük səbəbi bu idi. Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazır gənc nəslin formalaşması, yekdil şəkildə Qarabağın azadlığını hər şeydən üstün tutan və bir yumruq kimi birləşən xalq. Həmin xalqın, Ordunun güvən duyduğu, bir sözü ilə ölümə gedəcəyi liderinin olması idi. Müsahibədə bununla bağlı da danışan ölkə başçımız bildirdi ki, bəzi qərbli müxbirlər müsahibə zamanı və ya müsahibələrdən sonra  həlak olmuş insanların dəfnlərində iştirak etdiyi barədə məlumat verir və bildirirdilər ki, insanlar heç bir halda narazılıq etmir, hətta əksinə, ölkə başçımızın bu işi sonlandırması üçün dəstəklərini ifadə edirdilər. Bu təbiidir ki, qərbli jurnalistləri təəccübləndirirdi. Bununla bağlı bir epizodu xatırlatmaq istərdim. Ötən ilin noyabr ayının 6-da, Azərbaycanın Şuşa zəfərinə cəmi iki, tarixi 10 noyabr bəyanatının imzalanmasına dörd gün qalmış Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi hələ də bir çoxlarının xatirindədir. Jurnalistin qərəzli mövqeyi və daha da əsası sanki prokurormuş kimi Azərbaycanı və onun prezidentini ittiham etməsi bütün xalqımızın qəzəbinə səbəb olmuşdu. Jurnalist xanım ölkə başçımıza belə bir sual ünvanlamışdı: “Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?”. Ölkə başçımızın cavabı isə qəti və birmənalı idi. “…….Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb”. Bəli, həmin günlərin xarakteristikası məhz belə idi. Ölkənin demək olar ki, hər bir guşəsinə, hətta ən ucqar kəndinə belə şəhidlərin getdiyi, hər gün yaralılarımızın olduğu, mülki əhalimizin arasından belə itkilərimizin olduğu bir vaxtda bir an belə tərəddüd etmədən bütün xalq ölkə başçısına, Ali Baş Komandana müraciət edərək dayanmamağı, irəliləməyi və torpaqlarımızı azad etməyi xahiş edirdi. Çünki, bu müharibə Azərbaycan xalqının, dövlətinin keçmiş və hətta gələcək nəsillər qarşısında borcu, öhdəliyi idi. Biz bunu tariximizə və gələcəyimizə borclu idik. Bu həm də Ulu Öndərimiz Heydər Əliyevin xalqına və özünün layiqli davamçısı olan oğluna, Ali Baş Komandanımıza, Prezidentimizə vəsiyyəti idi. Şuşanın işğaldan azad edildiyinin elan olunduğu gün, 8 noyabr tarixində ölkə başçımızın xalqa müraciətində də ifadə etdiyi kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Həmin günləri xatırlayarkən qürur duymamaq, sevinc göz yaşları axıtmamaq nə qədər çətindir. Biz, Azərbaycan gəncləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı həmin günlərdə bir yumruq kimi birləşərək tarixi missiyamızı yerinə yetirdik. Şuşanı, Qarabağı azad etdik. Bugün Ali Baş Komandanımız müzəffər, Ordumuz və xalqımız qalibdir. Bundan sonra hər birimiz qürurla deyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Biz Vətən uğrunda can qoyan xalqın nümayəndələriyik. Bu qürur bizim gələcək nəsillərə qoyduğumuz miras və əmanətimizdir. Sonda ölkə başçımızın bir sitatı ilə yazını yekunlaşdırmaq istərdim. “Bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.”.

Səadət İsmayılova,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

Next

Naftalanda Vətən müharibəsi şəhidləri anılıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv