Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Maraqlı

Sevinc Osmanqızının gülüşü İlqar Məmmədovu əsəbiləşdirdi – VİDEO

By Vüsal Rafiqoğlu
22.11.2021 3 Min Read

Xəbər verdiyimiz kimi, ötən həftə “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin cinayət işi üzrə hər birinə Ali Məhkəmənin Plenumu tərəfindən bəraət verilib. Plenum NİDA-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib və onlara kompensasiya veriləcək.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən mövzu ilə bağlı REAL Partiyasının sədri İlqar Məmmədov jurnalist Sevinc Osmanqızının verilişində çıxış edib. Veriliş isə gərgin anlarla yadda qalıb. Belə ki, məsələ ilə bağlı qonağının çıxışına jurnalistin istehzalı gülüşü İlqar Məmmədovun əsəbiləşməsi ilə nəticələnib.

Partiya sədri əvvəlcə qeyd edib ki, cari ilin sentyabrında Avropa Şurasının Nazirlər Komitəsi qərarına əsasən, 18- ci maddə ilə Azərbaycanda hökm almış və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə İlqar Məmmədov və Rəsul Cəfərov işindəki örnəyə əsasən bəraət verilməlidir:

“Noyabrın 19-da Ali Məhkəmə Avropa Şurası Nazirlər Komitəsinin qərarına müsbət cavab verərək 4 nəfər NİDA- çıya bəraət verdi. Siyahıda hələ bir neçə adamlar qalır.  Bunlar İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Bayram Məmmədov, Qiyas İbrahimlidir. Bu şəxslər də bəraətlərini alacaqlar.

Bu yolu ilk mən keçərək örnək yaratdım. Bu tək Azərbaycan üçün deyil, Avropa Şurasının 47 ölkədən ibarət hüquqi məkanı üçün presedentdir. Bu yolu Avropada heç kim axıra kimi getməmişdi. Biz o vaxt bunu deyəndə bəzi adamlar bizi anlamırdılar deyirdilər ki, “ay satıldılar”, uydurma damğalar yapışdırırdılar. Bütün bunların üzərindən bugünkü qərar xətt çəkdi. Bu bir daha onu göstərir ki,  Azərbaycanın hüquqi məkanı Avropanın hüquqi məkanı ilə eyniləşdirilib”.

Elə verilişin gərgin dəqiqələri də bundan sonra başlayıb. Partiya sədrinin “bu nümunənin bütün Avropa üçün örnək olduğunu” deməsinə S. Osmanqızı istehzalı gülüşlə reaksiya verib.

Mövzuya müdaxilə edən partiya sədri vurğulayıb ki, Avropa dedikdə burada 47 ölkə nəzərdə tutulur:

“Biz burada ciddi söhbət edirik və gülməyə heç bir ehtiyac yoxdur. Biz gülməklə məşğul olacağıqsa, onda başqa auditoriyalara danışacağıq. Siz indi burada gülürsünüz. Vaşinqtonda oturub Azərbaycanın hansı hüquqi məkanda olduğunu çox pis təsəvvür edirsiniz. Amma mənim qoyduğum nümunə əsasında cəmi iki həftədən sonra Osman Kavala azadlığa buraxılmayacaqsa, Türkiyə qarşısında da eyni sanksiya qoyulacaq.

Hüquqi yolla haqqımızı müdafiə edə, sübut edə və qazana bilirik. 3 il qabaq mən insanları seçkiyə çağıranda siz indi necə gülürdünüz, o insanlar da elə gülürdülər. Hardadır indi o insanlar, onlar indi meydana yox, heç küçəyə də qorxularından çıxa bilmirlər.

Biz Azərbaycan vətəndaşlarına bəraət verdik. Siz nə etdiniz, burada boş-boş danışmaqla və mənasız işlərinizlə. Ona görə 3 ildir ki düz edirdim və sizin verilişinizə çıxmırdım. Bugünkü söhbətdən əmin oldum ki, siz Azərbaycan gerçəkliklərini bilmirsiniz. Əgər ciddi söhbət edə bilmirsinizsə, o zaman hesab edirəm ki, taylarınızı  tapıb bir-birinizlə məzələnməlisiniz”.

Daha sonra yaranmış gərginliklə bağlı sosial şəbəkələrdə də geniş müzakirələr başlayıb. Jurnalist Xədicə İsmayıl qeyd edib ki, İlqar Məmmədov bu işdə nümunə yox, utancdır.

REAL Partiyasının icra katibi Natiq Cəfərlinin isə Xədicə İsmayıla cavabı gecikməyib.

O bildirib ki, hakimiyyət nümayəndələri son illərdə müxtəlif platformalarda deyirdi ki, “İlqar Məmmədovun işi nümunə deyil”, israr edirdilər ki, biz Avropa Şurası Nazirlər Kabinetinin tələbinə, yaranan yeni örnəyə görə yox, məhz daxili qanunlara görə bəraət vermişik: ”

Sonra Türkiyədə Osman Kavala, Rusiyada Navalnı işində Türkiyəli və Rusiyalı bütün vəkillər məhz “İlqar Məmmədov işinə” istinad edərək Avropa Məhkəməsinə və Nazirlər Komitəsinə müraciətlər göndərdilər. Avropa hüquq məkanı, Avropa Şurası strukturları “İlqar Məmmədov işini” örnək sayır, Türkiyə və Rusiya hüquq camiyası həmin işə istinad edib nümunə olduğunu söyləyir – bir tək bizim hakimiyyət və Xədicə xanım bu işin nümunə olmadığında israr edir, hətta Xədicə xanım bunun utanc olduğunu söyləməkdən belə çəkinmir. Amma məhz bu nümunəyə görə günahsız yerə həbs yatmış hörmətli Xədicə xanım da mütləq bəraət almalıdır, ədalət bərqərar olmalıdır. Bunun üçün də çalışacağıq.

Mən anlayıram ki, qərəz elə bir mərəzdir ki, “Yurddan-Yurda” keçir, amma obyektivlik hissini bu qədər itirmək olmaz axı…”.

Qeyd edək ki, maraqlı məqamlardan biri də Sevinc Osmanqızının REAL sədri ilə müsahibəsini feysbukda sosial şəbəkə hesabında paylaşmamasıdır.

Milli.Az 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda avtomobillərin katalizatorlarını oğurlayan şəxs saxlanılıb – FOTO/VİDEO

Next

Şamaxıda zəlzələnin fəsadları ilə bağlı 15 müraciət daxil olub – İcra Hakimiyyəti

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv