Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Avrasiya mifi dağılır

By Vüsal Rafiqoğlu
16.01.2022 3 Min Read

Qazaxıstanda baş verənlər bu ölkəni Mərkəzi Asiyanın lider dövləti statusundan məhrum etdi. “Rosbalt” yazır ki, Rusiyanın müdaxiləsi zəruri olsa da, bunun mənfi nəticələri qaçılmaz olacaq.

Mərkəzi Asiyada iqtisadi və siyasi cəhətdən dominant, lider ölkə statusuna malik Qazaxıstanda baş verənlər dünya mediasının  prioritet mövzusu kimi qalır. Sual olunur – necə oldu ki, sabit ölkə statusuna malik Qazaxıstan yüzlərlə insanın ölümü ilə nəticələnən qanlı hadisələrə meydan oldu? Axı belə götürəndə hakimiyyət ilk gündən etirazçıların qarşısında geri çəkilmişdi. Kütlə və onu idarə edənlər isə güzəştlərin müqabilində nəinki geri çəkildi, əksinə, daha da sərt formada aqressiv hərəkətlərini davam etdirdi. Bunlar dünya mediasının ən çox diqqət və analiz etdiyi məsələlər sırasındadır. Ortada nə müşahidə edirik? İtirilən imic, dəyən yüz milyonlarla dollar ziyan və ən əsası, yüzlərlə insan ölümü.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Sifarişçi elan olunmadı

Qazaxıstanın gərgin günləri hələ qabaqdadır desək, yanılmarıq. İndi üç fakt gün kimi aydındır. Birincisi, Qazaxıstan Mərkəzi Asiyada lider dövlət statusunu itirdi. İkincisi, ölkədə konstitusion qayda-qanunu uzunmüddətli perspektivdə qoruyub saxlamaq mümkün olmayacaq. Və nəhayət, baş verən faciənin sifarişçisi elan olunmadı. Belə görünür, onu hələ elan etmək təhlükəlidir. O ki qaldı Rusiyanın bu prosesdən qalib çıxdığını düşünənlərə – bununla birmənalı razılaşmaq olmaz. “Rosbalt” yazır ki,  Rusiyanın bu addımı ilə reallaşması əvvəl mümkün görünən Avrasiya mifi çökmüş olacaq. Vahid Avrasiya ailəsi mifinin ciddi çat verdiyini qeyd edən nəşr yazır ki, Qazaxıstana Rusiyanın müdaxiləsi zəruri olsa da, bunun mənfi nəticələri qaçılmaz olacaq.

Gərginlik qaçılmaz idi?

Sabiq prezident Nursultan Nazarbayevin liderliyi ilə ölkənin çoxqütblü siyasət yürütməsi, beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, latın əlifbasına keçidlə bağlı islahatlar fövqəlqonşusu Rusiyada qıcıq yaradırdı. “Kaspi” qəzetində dərc olunan yazılarda bunu dəfələrlə qeyd etmişik. İstər Rusiyanın rəhbərliyi, istərsə də deputatları, siyasi partiya liderləri mütəmadi olaraq Qazaxıstan xalqının dövlətçiliyinin olmadığını bildirirdilər. Baş verən son qanlı hadisələr də onlar üçün göydəndüşmə oldu. Düzdür, indi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin sabitlik yarandıqdan sonra geri dönəcəyi bildirilir, lakin KTMT xofu hələ uzun müddət qazaxların beynindən çıxmayacaq.

Təzadlı fikirlər 

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) lazım olduğu qədər Qazaxıstanda qalacağı barədə səsləndirdiyi fikrin ardınca, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qoşunların 10 günə çıxarılacağını deməsi, təzad yaradıb. Bəziləri hesab edir ki, KTMT-nin Qazaxıstandan çıxması ilə bağlı veriləcək hüquqi qərar nə bu quruma, nə də Rusiyaya məxsusdur. Hesab olunur ki, Qazaxıstanda nisbi sakitlik hökm sürsə də, sabitlikdən danışmaq hələ çox tezdir. Böyük ehtimalla, bu, o qədər də asan olmayacaq. Tokayev hakimiyyəti yaxın perspektivdə indi buraxdığı ciddi siyasi-hüquqi səhvlərin doğuracağı nəticələrlə  qarşılaşmaq məcburiyyətində qalacaq. Yanvarın 14-də yayılan məlumatda bildirildi ki, Ermənistan, Qırğızıstan və Tacikistanın KTMT-nin sülhməramlı kontingentinə məxsus hərbi qüvvələri Qazaxıstanı tərk edib.

Qərbin reaksiyası

Qərbdən reaksiyalara gəldikdə, bunlar gözlənildiyi kimi, anti-Rusiya və Tokayevi tənqid üzərində qurulub. Məsələn, ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri Uilyam Kurtni hesab edir ki, qazax xalqı baş verənlərin daxili siyasi mübarizə olduğunu, “xaricdə təlim keçmiş terrorçu bandalar” tərəfindən “aqressiya aktı” olmadığını bilir. Onun qənaətincə, Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi əhalini ona yadlaşdıracaq: “Bu müdaxilə iki ölkənin otuz illik dostluq münasibətlərinə zərbə vura bilər”. Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Davis Mərkəzində çalışan qazaxıstanlı Nargis Kasenova isə Tokayevin KTMT-yə müraciətini onun legitimlik qazanmaq şansına zərbə vuracaq “dəhşətli qərar” adlandırıb. Tokayevin KTMT-yə müraciətinin Mərkəzi Asiyada digər dövlətlər üçün presedent yaratdığını da iddia edənlər var.

Nazarbayev erasının sonu?

Bəs eks-prezident Nursultan Nazarbayevin gələcək taleyi necə olacaq? Müasir Qazaxıstanın memarı hesab edilən Nazarbayev türk dünyasının birliyi uğrunda mübarizə aparan lider kimi qəbul edilir. Düzdür, liderə qiymət vermək qazax  xalqının öz işidir. Lakin həqiqət və reallıq ortadadır. Açıq görünür ki, Nazarbayev erasını, onun təsir imkanlarını tamamilə bitirmək üçün düyməyə basılıb. Buna nail olsalar, Nursultan Nazarbayevdən əl çəkməyəcəklər. Onun və ailəsinin daha ağır məhrumiyyətlərlə üz-üzə qoyulmasına çalışacaqlar. Elə Tokayev də son çıxışında buna toxunub. Maraqlıdır ki, Lukaşenko ilə dəfələrlə danışan Nazarbayevin Putinlə bir dəfə də olsun kontakta girməməsi sual doğurur.

Növbədə Özbəkistandır?

Qazaxıstandan sonra növbənin Özbəkistana çatacağını söyləmək isə bir qədər inandırıcı görünmür. Düzdür, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Özbəkistan dərs çıxarmalıdır, məlumatımıza görə onların (terrorçuların) baxışları ora yönəlib. Putin də Qazaxıstanda baş verənləri “beynəlxalq terrorizmlə” əlaqələndirib. Bu, KTMT-nin müdaxiləsini legitimləşdirməklə yanaşı, region ölkələrini gözləyən “təhlükənin” də elan edilməsidir. Putin gerçək niyyətini də Lukaşenkonun dili ilə çatdırır. Lakin KTMT-nin Özbəkistana müdaxiləsi mümkün görünmür. Birincisi, Özbəkistan 2012-ci ildə KTMT-də fəaliyyətini dayandırıb, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusda təmsil olunsa da, Nazarbayev Qazaxıstanından daha müstəqil xəttə malikdir. Qazaxıstan ssenarisini Özbəkistanda həyata keçirmək həm də ona görə çətindir ki, burada rus əhalinin sayı azdır. Ola bilsin, Əfqanıstanda fəaliyyət göstərən ekstremist Özbəkistan İslam Hərəkatı qabardılsın.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda intihara cəhdin qarşısı alınıb

Next

“Qədim və müasir şəhər” – Rusiya televiziyası tamaşaçıları Bakıya səfərə dəvət edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv