Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Yoluxma sayında kritik artım: Səbəbi və çarəsi nədir?

By Vüsal Rafiqoğlu
08.02.2022 6 Min Read

Mütəxəssis məsləhəti: Qonşunun dediyi dərmanla müalicə almayın

Təyyar Eyvazov: Yalnız tam peyvənd olunmaqla və “buster” dozanı almaqla özümüzü və yaxınlarımızı bu bəladan qoruya bilərik

İki illik pandemiya dövrünün hazırkı günlərində dünyada, eləcə də, Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarında yüksək artımın, mənfi dinamikanın müşahidə olunması,  virusun daha da yoluxdurucu ştamlarının yayılması, peyvəndin iki dozasının xəstəliyə qarşı ömürlük immunitet yaratmaması  hamının narahatçılığına səbəb yaradıb. “Worldometers.info” portalının statistik məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 398 milyon 334 min 983-dür. Xəstəlikdən ölənlər isə 5 milyon  769 min 631 nəfərə çatıb.

Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də “buster” doza vurduranların sayının azlığıdır. Artımın əsas səbəblərindən biri də koronavirusun yeni mutasiyaya uğrayan “Omicron” variantıdır. Çünki “Omicron” bu günə kimi qeydə alınan COVID-19 növlərinin hər birindən daha sürətli yayılır. Bununla bağlı mütəxəssislər dəfərlərlə xəbərdarlıq ediblər. Hətta bu növə qalib gəldikdən sonra koronavirus pandemiyasının bitəcəyi ilə bağlı proqnozlar da verilib. Görünən budur ki, “Omicron” hələ də yüksələn xətt üzrə yoluxma sayında artıma davam edəcək, hətta pandemiya dönəminin rekord göstəricilərini yeniləyəcəyi də güman edilir.

Bəs mütəxəssislər hazırkı durumda müşahidə olunan mənfi dinamika haqqında nə düşünürlər, çıxış yolunu nədə görürlər?

Xəstəlik tam peyvənd olunmuş və “buster” doza almış şəxslərdə simptomsuz və ya zəif əlamətlərlə özünü göstərir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yoluxma sayında indiyədək görünməmiş artımlar qeyd edilir: “Buna səbəb sürətli yoluxuculuğu ilə fərqlənən “Omicron”  ştamının dövriyyəyə daxil olaraq aparıcı virusa çevrilməsidir. Bununla yanaşı, dünya ölkələri üzrə qeyri-bərabər vaksinasiya virusun yeni mutasiyalarının əmələ gəlməsinə şərait yaradır.”

Həmsöhbətimiz vurğuladı ki, “Omicron” ştamı digər variantlardan qısa inkubasion dövrü, yüksək yoluxuculuq, daha yüngül xəstəlik hallarının inkişafı, əvvəllər xəstəlik və ya vaksinasiya nəticəsində əldə edilmiş immunitetdən daha çox yayınma və beləliklə təkrar xəstələnmə hallarının nisbətən artması və peyvənd olunmuş insanların xəstələnməsi ilə seçilir. Qeyd etmək lazımdır ki, xəstəlik əsasən kəskin respirator virus infeksiyalarına xas olan əlamətlərlə (hərarətin mülayim yüksəlməsi, baş ağrısı, boğazda ağrı, burun axması və tutulması, əzələ ağrıları, ümumi zəiflik və s.) cərəyan edir, yuxarı tənəffüs yolları zədələnir, ağciyərlərin zədələnməsinə daha az rast gəlinir. Xüsusən də xəstəlik tam peyvənd olunmuş və “buster” doza almış şəxslərdə simptomsuz və ya zəif əlamətlərlə cərəyan edir. Lakin bu o demək deyil ki, xəstəlik ağır keçə bilməz. Xəstəliyi bir qayda olaraq peyvənd olunmayanlar, yaşlılar, müəyyən ağır xroniki xəsytəliyi olanlar, immun sistemində çatışmazlıq olan insanlar ağır keçirə bilər. Ona görə də sadalanan risk qrupuna daxil olan şəxslər tam peyvənd olunmalı və müəyyən şərtlər daxilində “buster” doza almalıdırlar.

Sərt qapanmalara gediləcəkmi?

T.Eyvazovun sözlərinə görə, ölkədə peyvəndlənmə statistikası bəllidir və biz görürük ki, yoluxma hallarının artmasına baxmayaraq hospitalizasiya hallarında bu cür artımlar yoxdur: “Digər ölkələrin təcrübəsi də göstərir ki, bir neçə həftə ərzində yoluxma sayı pik həddə çatır və sonra azalmağa doğru gedir. Həmin ölkələrin bəzilərində artıq əvvəllər tətbiq edilmiş karantin məhdudiyyətləri aradan qaldırılır. Bunu nəzərə alaraq proqnozlaşdırmaq olar ki, ölkəmizdə də  yoluxma sayı fevral ayında pik həddə çatacaq və bundan sonra stabilləşərək azalmağa doğru gedəcək. Hazırda stasionar imkanlar kifayət qədər olduğu üçün sərt qapanmalara gedilməsi inandırıcı deyil, hansısa yerli tədbirlərin tətbiqini düşünmək olar. Operaqtiv Qərargah epidemioloji vəziyyəti nəzarət altında saxlayır və əldə edilmiş təcrübəyə əsaslanaraq prosesi idarə edir və hər hansı bir qərar mövcud duruma adekvat olaraq qəbul edilir.”

Hazırda ən effektiv vasitə vaksinasiyadır və bunu sonraya saxlamaq olmaz

Müsahibimiz əlavə etdi ki, yoluxma hallarının sayının azalması üçün insanlar fərdi qoruyucu qaydalara ciddi və düzgün əməl etməli, xüsusən qapalı məkanlarda, eyni zamanda, əhalinin sıx toplaşdığı açıq məkanlarda ( dayanacaqlarda, bankların qarşısında və s.) maska taxmalı, mümkün qədər ara məsafəsi gözləməli, sıx toplaşmaq yerlərindən uzaq durmalı, gigiyena qaydalarına əməl etməli və eyni zamanda özündə və ya ailə üzvlərində, azyaşlı uşaqlarında xəstəliyin ilk əlamətlərini gördükdə həmin şəxsləri təcrid edərək həkimə müraciət etməlidirlər. Bir daha xatırlatmaq istəyirəm ki, infeksiya ilə mübarizədə hazırda ən effektiv vasitə məhz vaksinasiyadır və bunu sonraya saxlamaq olmaz. Yalnız tam peyvənd olunmaqla və “buster” dozanı almaqla özümüzü və yaxınlarımızı bu bəladan müəyyən mənada sığortalaya bilərik.

“Omicron”un yoluxduruculuq qabiliyyəti yüksək olasa da…

Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev isə “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, yoluxma sayının artması gözlənilən hadisə idi: “Epidemioloji vəziyyətdə müşahidə olunan mənfi dinamika “Omicron” ştamının xarakterik xüsusiyyətləri ilə bağlıdır. Bildiyimiz kimi, virus  mutasiyaya uğradıqca bir xüsusiyyətini itirərkən başqa xüsusiyyətini qazanır. “Omicron” ştamının da əsas qazandığı xüsusiyyət yoluxuculuq qabiliyyətidir. Yəni, COVID-19-un  bu variantı digər ştamlara görə daha çox yoluxucudur. Önəmli məqam ondan ibarətdir ki, virusun bu variantının yoluxduruculuq qabiliyyəti yüksək olasa da,  öldürücülüyü daha  aşağıdır. Bununla yanaşı, , yeni ştamda klassik COVID-19 versiyalarından fərqli olaraq qoxu və iybilmənin itməsini  müşahidə olunmur.” Həmsöhbətimiz vurğuladı ki, xəstəlikdən müalicə taktikası həkimə müraciətlə başlayır. Bəzən evdə, qonşunun dediyi dərmanlarla aparılmış müalicə xəstəliyi  daha ağırlaşdıra bilər. Ona görə də hər hansı simptomu  hiss etdikdə sahə həkiminə müraciət edib, sahə həkiminin yol xəritəsinə uyğun olaraq da müalicə təyin olunmalıdır. Bütün dərman vasitələrinin  istifadəsi həkim nəzarətində olmalıdır.

“Buster” doza qəbul edən vətəndaşlarda  bu xəstəlik çox ciddi fəsadlar törətmir

“Yeni ştama yoluxanlar xəstəliyi necə keçirirlər” sualına mütəxəssisin cavabı belə oldu: “Belə xəstələri  iki qrupa aid etmək olar: vaksin olunanlar və vaksin olunmayanlar. Təəssüflər olsun ki, vaksin olunmayan vətəndaşlar arasında xəstəliyi ağır keçirmə halları ilə rastlaşırıq. Bu onu göstərir ki, vaksin olunmayan vətəndaşlarda xəstəlik çox ciddi gedişata  malik ola bilər.  Amma vaksin olunan, xüsusilə “buster” doza qəbul edən vətəndaşlarda isə bu xəstəliyin çox ciddi fəsadlar  törətmədiyini,  daha yüngül klinik gedişə sahib olduğunu müşahidə etdik. Ona  görə vaksinin zəruri olduğunu deyirik.”

Z.Quliyev bildirdi ki, ölkəmizdə vaksinasiya proseslərinin yüksək səviyyədə aparılmasına görə xəstəxanaya yerləşən ağır xəstələrin sayı azdır. Bu baxımdan vaksinasiya prosesi mütləq şəkildə davam etməlidir.  Xüsusilə də “buster” doza bizim üçün çox vacibdir. Çünki “buster” doza ilə 6 ay içərisində zəifləmiş anticismləri istədiyimiz həddə çatdıra bilirik. Buna görə də vətəndaşlarımız sürətli şəkildə vaksinasiyaya cəlb olunmalıdırlar.”

Kimdə hərarət 5 gündən artıq davam edir, öskürək getdikcə şiddətlənirsə…

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi Nilufər Məmmədova isə “İki sahil”ə açıqlamasında qeyd etdi ki, yoluxma sayının artmasına səbəb virusun özündə baş verən mutasiyalar və hazırkı soyuq hava şəraiti, insanların qapalı məkanlardan daha çox istifadə etməsi, xəstəliyə qarşı müqavimətlərinin zəifləməsidir.

Müsahibimiz vurğuladı ki, xəstəliyin əlamətləri hər şəxsdə fərqli formada özünü göztərə bilər: “Bəzi xəstələrdə boğaz ağrısı, ya hərarətin yüksəlməsi, ya da bu xəstəlikdə daha çox müşahidə olunan gecələri artan qıcıqlandırıcı öskürək, az sayda  insanlarda iybilmə və dadbilmənin itməsi də müşahidə oluna bilər. Ümumiyyətlə isə bu ştama yoluxanlar xəstəliyi digər ştamlara nisbətən daha yüngül keçirirlər. Ona görə də burada xüsusi müalicə taktikası seçilməsi gərəkli olmur. Yalnız simptomatik müalicə aparırıq. Yəni, hərarət yüksəldiyi zaman hərarət salıcılardan, öskürək olarsa  buna qarşı, şəxsin özündə hər hansı vitamin çatışmazlığı olarsa bunun bərpası üçün zəruri tədbirlər görürük. Bu müalicə metodu yetərli olur. Kimdəki hərarət 5 gündən artıq davam edir, öskürək getdikcə şiddətlənir, gün ərzində belə aramsız öskürək müşahidə olunur, təngnəfəslik başlayır, saturasiyanın enməsi görülürsə belə olduqda həmin şəxslərin müəyyən qan analizləri aparılaraq vəziyyəti qiymətləndirilir, müalicələrinin stasionar yoxsa ev şəraitində aparılmasına qərar verilir.”

Ağırlaşmalardan qorunmaq üçün “qızıl” qayda

Mütəxəssis xatırlatdı ki, vətəndaşlar özlərini və ya­xınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra “buster” doza vur­durmalıdırlar. Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasi­ya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs “buster” doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranma­sına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq dur­maq, yaxın kontaktlardan çəkinmək də vacibdir. Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdı­lar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Next

Qisası alınan torpaq – Yardımlıda tədbir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv