Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü təntənə ilə qeyd olunub

By Vüsal Rafiqoğlu
14.02.2022 6 Min Read

Fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 10-cu ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub.
Əlamətdar gün münasibətilə Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin əməkdaşları, veteran komissarlıq işçiləri, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar, Vətən müharibəsində iştirak etmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Vətən müharibəsi qaziləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 10 illiyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Sonra Vətən torpaqlarının azadlığı, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Qazax Rayon Şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Dövlət başçısı İlham Əliyev tərəfindən bütün sahələrə diqqət və qayğı göstərildiyini qeyd edən rayon rəhbəri son illər ordu quruculuğu sahəsindəki uğur və nailiyyətlərdən də söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. İllər öncə ordu sahəsində əldə etdiyimiz nailiyyətlər 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində də öz əksini tapdı.  44 günlük haqq savaşında əldə etdiyimiz tarixi Qələbə Azərbaycan Ordusunun qüdrətini bir daha göz önünə gətirdi, müstəqil Azərbaycanın dünyanın ən müasir və güclü Orduya sahib olduğunu göstərdi. Torpaqlarımızın azadlığı uğrunda bir nəfər kimi səfərbər olan igid oğullarımızın sayəsində bu gün Azərbaycan qalib ölkə, xalqımız isə qalib xalqdır.
Rayon rəhbəri bildirib ki, Azərbaycanın igid, mərd oğulları Vətənin dar günündə öz mübarizlikləri ilə hər zaman seçiliblər. Öz canlarından keçərək, sağlamlıqlarını itirərək Vətən torpağının bütöv olması üçün ölümün gözünə dik baxmağı bacarıblar. İcra başçısı qeyd edib ki, gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə keçməyi gözə almaqdır. İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhədi olan Qazax rayonunda hər bir gəncin Vətən torpaqlarını qorumaq, hərbi xidmətə getmək üçün çağırışı belə gözləmədən bəzən könüllü olaraq müraciət etdiklərini qeyd edib. 44 günlük Vətən müharibəsində də bir daha bunun şahidi olduğumuzu diqqətə çatdırıb. Birinci Qarabağ müharibəsində 288 nəfər, Vətən müharibəsində 51 nəfər Qazaxın igid oğlunun Vətən torpaqlarının müdafiəsi zamanı canlarından keçdiyini bildirib.
Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının hər kəs üçün nümunə olduğunu söyləyib. “Vətən sağ olsun söyləyən hər bir şəhid ailəsi, atası, anası qarşısında baş əyirəm!” – deyən rayon rəhbəri şəhidlərimizin ailələrinə göstərilən qayğının bundan sonra da yükəsk səviyyədə olacağını qeyd edib.
Rayon rəhbəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin gördüyü işlərdən söz açaraq şöbə tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların ziyarət olunmasını, onların ailə üzvlərinə baş çəkilməsini yüksək qiymətləndirib və bundan sonrakı bütün işlərində şöbənin kollektivinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə xidmətin bütün əməkdaşlarını təbrik edib. Geniş məruzə ilə çıxış edən şöbə rəisi səfərbərlik xidmətinin yaranma tarixindən, son illər bu sahədə əldə olunan uğurlardan söz açıb. Bildirib ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 10 il ərzində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmişdir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Silahlı Qüvvələr sıralarına hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırışın və səfərbərlik hazırlığı işinin təşkili sahəsində qazanılmış mühüm nailiyyətlər verilmiş tapşırıqların əzmlə icra edildiyini sübut edir. Xidmət yarandığı ilk gündən etibarən Respublika Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşdur. Xüsusən də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq Sərəncamından irəli gələn vəzifələrin mütəşəkkil qaydada icrasının təmin edilməsi Xidmətin şərəfli tarixində parlaq nailiyyət kimi yadda qalacaqdır. Ölkə rəhbərliyi tərəfindən müxtəlif zamanlarda şəxsi heyətin dövlət təltifləri ilə mükafatlandırılması qarşıya qoyulmuş vəzifə və tapşırıqların şəxsi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunmasına verilmiş ali qiymətin təzahürüdür. T.Məmmədov qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin şəxsi heyəti bundan sonra da Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyini hər zaman davam etdirəcək. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərb quruculuğu prosesinə layiqli töhfələr verərək dövlətçiliyə daha sədaqətlə xidmət edəcəkdir. Çıxışının sonunda şöbə rəisi onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Qarşılıqlı əməkdaşlığa görə hüquq-mühafizə orqanlarının rəhbərlərinə razılığını ifadə edib.
Qazax rayonunun sabiq Hərbi Komissarı, polkovnik-leytenant Akif Muradov çıxış edərək əlamətdar gün münasibətilə səmimi təbriklərini çatdırıb. Xidmətin əməkdaşlarına verilən dəyərə, bugünkü tədbirin təşkilinə və iştirakına görə minnətdarlığını bildirib. Vaxtilə çalışdığı şöbənin bu gün də illər öncə əsası qoyulan ənənəni davam etdirməsini, hər zaman çağırışın nəticələrinə görə ön sıralarda olmasını yüksək qiymətləndirib.
Şəhid gizir Amid Məmmədovun atası, keçmiş hərbçi, gizir Müqabil Məmmədov çıxış edərək xidmətin əməkdaşlarını təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlu Amid və onun kimi qəhrəman oğullarla hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə SHXÇDX-nin Qazax Rayon Şöbəsinin rəisi Məmmədov Tural İlyas oğlu, şöbədə Səfərbərlik Hazırlığı və Səfərbərlik bölməsinin müfəttişləri Musayev Habil Əhməd oğlu, Müftizadə Məhəmməd Vaqif oğlu, Osmanov Emil Sehvalı oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev və Mehriban Əliyeva Ağdam Cümə məscidində aparılan işlərlə tanış olublar – YENİLƏNİB + FOTO

Next

Prezident Ağdamda Mərkəzi Xəstəxananın təməlini qoydu – YENİLƏNİB

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv