Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

O, Əziz Şərifə söz vermişdi…

By Vüsal Rafiqoğlu
29.03.2022 5 Min Read

Psixoloqların dili ilə desək hər arzunu, istəyi beynimizə əkirik. Əgər əkdiyimiz niyyət, arzu haqqımızdırsa, o arzuya çatır və həmin arzumuzu yaşayırıq. Bu düşüncələrə məni aparan səbəbkarla üz-üzə oturmuşam. Onun aram-aram danışığı, illəri bir-birinə calayan üz cizgiləri, alnında, gözlərinin ətrafında xətt salan qırışlar çatdığı arzulara aparan yolllardan danışır mənəp. Ədəbiyyat adamı, sözlərdən xalça toxuyan bir sənətkar 86 yaşlı Sadıq Xanəliyevlə üz-üzə oturmuşam. Belə insanları dinləmək, onların həyat hekayələrini öz təsvirlərində duymaq insana xüsusi bir bilgi, bir maraq, həvəs verir. Onun həyat yolunun hər addımını bilmək, öyrənmək istəyi yaranır insanda.

55 il müəllimlik etmiş, əməkdar müəllim, publisist, yazıçı, SSRİ maarif əlaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər  Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı,  8 kitab müəllifi, mənəviyyatı xəzinə olan bir insan olan Sadıq Xanəliyev. Sadıq müəllimi dinlədikcə məhşur atalar sözümüz olan “Niyyətin hara, mənzilin ora” deyimini xatırladım.

“O, zamanlar bizim sinif otaqlarımız indiki kimi deyildi. Bir sinifdə bir kitab olurdu, hamı o kitabdan oxuyurdu. Sinif otaqlarında odun, kömür, təzək yandıraraq sinifləri isidərdik. Heç güzəranımızda yaxşı deyildi. Məktəbimizin dəhlizində Lomonosov univerisitetinin şəkli vardı hər dəfə o, şəkli görəndə  yoldaşlarıma göstərib deyirdim ki, “ Mən oraya gedəcəyəm” yoldaşlarım mənə gülürdülər  və deyirdilər ki, “sən ora gedə bilməzsən”. Lakin mən hər zaman özümü orada hiss edirdim və içimdən bir səs “sən ora gədəcəksən” deyirdi.”

Sadıq müəllim 7-ci sinfi Bist kənd  orta məktəbində bitirib. Sonra Naxçıvan Kənd Təssərüfatı Texnikomuna qəbul olub. Həmin vaxtlardan qəzetlərdə məqalələri ilə tanınmağa başlayır. 1956-1959-cu illərdə hərbi xiddmətdə olduğu vaxtlarda hərbi muxbir kimi fəaliyyət göstərir. Hərbi xidməti bitirdikdən sonra 1964-1970-ci illərdə Azərbaycan dövlət Univerisitetinin Filalogiya fakultəsinə qəbul olur.
Artıq Sadıq müəllimin ürıyində əkdiyi arzunun yolları açılmaqda, istəkləri gerçəkləşməkdə idi. Onu məqsədi bütün çətinliklərə rəğmən yazmaq, yaratmaq, araşdıraraq yeni məlumatlar əldə etmək idi.

Univerisitetdə oxuduğu vaxtlarda görkəmli ədəbiyyatçı           Əziz Şərifə dəfələrlə məktublar yazır Moskvaya gəlmək istədiyini orada oxumaq istədiyini bildirir. Əziz Şərif; “Mən məsləhət görürəm ki, biliyini öz univerisitetində sınayasan. Əgər alınmasa gələrsən Moskvaya”. Sadıq müəllim bu məktubdan sonra dəfələrlə məktublar yazır və diplom işini “Əziz Şərifin həyatı və biblioqrafiyası” mövzusunda götürür.

Artıq, məqsədini qarşısına qoyan Sadıq müəllim  böyük zəhmət və səy göstərərək, qətiyyətlə hədəfə doğru irəliləyirdi. Diplom işini yazmaq, hazırlamaq üçün Moskvaya, Lomonos Univerisitetinə, Əziz Şərifin yanına gedir. O, zaman Əziz Şərif  M.V.Lomonosov adına MDU-nin filologiya fakultəsində müəllim işləyirdi. Sadıq müəllim həmin univerisitetə gedir və Əziz Şəriflə görüşür. Gəlişinin səbəbini söyləyir və diplom işinin adını deyəndə Əzəz Şərif soruşur; bilirsənmi biblioqrafiya nədir?Sənə mənim biblioqrafiyamı veriblər. 6 ay oturub imla desəm yazsan qurtara bilmərsən. Sən bir sahəni götür və o, sahəni işlə. Sadıq müəllim diqqətlə Əziz Şərifi dinləyir və deyir: Atalar sözu var, “ Çıraq öz dibinə işıq sala bilməz”.

Əziz Şərif Sadıq müəllimin qətiyyətli, savadlı, zəhmətkeş gənc olduğunu görüb deyir; İndi mən sənin üçün nə edim?

Sadıq müəllim Əziz Şərifdən xahiş edirki, onun univerisitet kitabxanalarından istifadəsi üçün bir “icazə sənədi”  versin.

Əziz Şərif univerisitetin rektoru Petrovskiyə zəng edir və Sadıq müəllimin istəyini gerçəkləşdirir. Bu zəngdən sonra Sadıq müəllim nəyin ki, univerisitet kitabxanasına, hətta bütün kitabxanalardan istifadə etmək hüququ alır.

Əziz Şərif Sadıq müəllimə deyir ki, “ bu gundən harda olursan ol, hər həftənin şənbə günü mənim evimdə ol, və daha yaxşı işləyə biləsən.” Sadıq müəllim həm sevincli, həm də təccüb, təlaş icində sevinirdi. O, artıq məqsədinə, arzusuna çatmışdı. İndi “ yoldaşlarının sən ora gedə bilmızsən!” kəlmələri, Əziz Şərifin ilk günlərdə tərəddüdlə baxdığı diplom işi, və bəlkə də hələ indiyə qədər heç kimə açıb söyləmədiyi nə çox məqamlar vardır ki, indi onların hər birinə qalib gəlmişdi Sadıq müəllim.

Böyük həvəs və sevgiylə araşdırmalarını aparıb, qeydlərini, məqalələrini yazır və Bakıya qayıdır. Diplom işini uğurla müdafiə edir. Həmin dövrdə diplom müdafiəsi işindən 100 nəfər işərisində iki nəfər “əla” qiymət alır. Onlaran biri Sadıq Xanəliyev idi.

Artıq o, çox istedadlı, bacarıqlı, zəhmətkeş, qabiliyyətli və qətiyyətli bir tələbə kimi elmi rəhbəri Məmməd Cəfər müəllimin yanına gəlir. Artıq Məmçəd Cəfər müəllim də onun istedad və bacarığına  şübhə ilə baxmırdı. Məmməd Cəfər müəllim Sadıq müəllimə Bakıda qalıb fəliyyətini davam etdirməyi təklif edir. Lakin Sadıq müəllim doğma kəndi, Bist kəndinə qayıdır. Bist kənd tam orta məktəbində müəllim işləməyə başlayır. Onun ruhu, düşüncəsi isə Əziz Şərifin evində gördüyü kitabxanada idi.

Sadıq müəllim ikinci dəfə Moskvaya qayıda bilmir. Lakin öz yaradıcılığını davam etdirir. Çünki onun fikri, düşüncəsi yazıb yaratmaq, xalqına, millətinə töhfələr vermək idi. Bir-birindən maraqlı, könüllər oxşayan məqlələr, şeirlər yazmaq onun ən sevimli məşğuliyyətinə çevrilmişdi.

Düz 30 ildən sonra oğlu Əli atasını Moskvaya aparır və Sadıq müəllim Moskva Univerisitetini ziyarət edir.

2012-ci il də “Əziz Şərif əsərlərinin biblioqrafiyası” adlı kitabı işıq üzü görür. Sadıq Xanəliyev Əziz Şərifə verdiyi sözü tutur.

Onun Əziz Şərif haqqın da yazdığı diplom işi indi bir kitab, Əziz Şərif haqqında bir mənbəyə çevrilib. O, kitab əsasında  Əziz Şərif haqqında neçə-neçə sənədli filmlər çəkilib, məqalələr yazılıb.

Bu gün Sadıq Xanəliyev 1000-dən çox məqalənin müəllifi, şeirləri 7 rus şairi tərəfindən  tərcümə olunmuş bir ziyalıdır.  “Ədəbiyyatımızın fəxri Əziz Şərif”, “Ömür yolu”, “Dağlardan baxıram yer kürəsinə” sənədli filmləri də Sadıq Xanəliyev haqqında çəkilmişdir. Onun şeirləri öz axıcılığı, dilə, ürəyə yatımlılığı ilə nəğməyə dönüb neşə-neçə müğənnilərə uğur gətirib.  “Ürəyimdəsən” mahnısı Sevda İbrahimovanın ifasında, “Bir dəqiqə bir il kimi” mahnısı Alla Puqacovanın, Yuri Kovzakın ifasında ürəklərdə yaşayır.

Daima vətən sevgisi, təbiət gözəllikləri, yüksək insani keyfiyyətlər aşılayan şeirləri, məqalələri, kitabları ilə hər bir insana bir örnək, bir nümunədir Sadıq müəllim.

Hal-hazırda Ordubadın Bist kəndin də yaşayır Sadıq müəllim. O, deyir ki, bu cənnət məkan da yaşayan insan yazıb, yaratmasa günah olar.

Sadıq müəllimlə çox maraqlı söhbət etdik. Onunla söhbətimi bir məqaləyə sığdıra bilməyəcəyimi düşünürəm. Ümid edirəm ki, Sadıq Xanəliyevdən daha bir maraqlı məqalə yazacağam. Çünki, gördüyüm maraq dolu bir otaq var. Orada bir-birindən gözəl kitablar, maraqlı düşüncələr, rəf-rəf ədəbiyyat nəğməsi, nurlu mənəviyyat xəzinəsi var.

Əziz oxucum söz verirəm ki, növbəti yazıların birində hər bucağı sirli-sehirli ədəbiyyat nəğməsi olan o, otaqdan yazacağam.

Yenidən söhbətləşmək ümidi ilə,

Ulduz Eyvaz

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın energetika naziri və Almaniya enerji şirkətlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib

Next

Azərbaycanda 12 seysmik stansiyadan 10-u artıq quraşdırılıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv