Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qarabağa qayıdış: “O gün uzaqda deyil…”

By Vüsal Rafiqoğlu
30.03.2022 3 Min Read

Sədrəddin Soltan: “Proses daha təmkinlə, daha əhatəli və əzmlə davam edir”

Qarabağa “Böyük qayıdış planı” istiqamətində görülən işlər durmadan sürətlənir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Novruz bayramı ərəfəsində işğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində olmaları, bayram tonqalı yandırmaları məcburi köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıdacaqlarının müjdəsi oldu. Artıq bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.

Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin – köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.

Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.

İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra məcburi köçkünlər tərəfindən könüllü imzalanır. Amma qayıdışla bağlı işlərin intensiv şəkildə aparılmasına baxmayaraq, müəyyən narahatlıqlar da hökm sürür. Proseslərin ləng getdiyi yönündə ara-sıra fikirlərə rast gəlirik.

İran nüvə proqramı üzrə danışıqlarda iştirak edəcəkmi? – Sədrəddin Soltan  şərh edir - 06.08.2021, Sputnik Azərbaycan

Sədrəddin Soltan 

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan bu prosesin asan getmədiyini önə çəkərək, hər kəsi səbirli olmağa çağırdı: “Qarabağda görülən işləri nəzərə alsaq, Böyük Qayıdış prosesinin qənaətbəxş olduğunu deyə bilərik. Çünki Qarabağda işğal altında olan bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, uşaq bağçaları, təhsil ocaqlarının binaları, xəstəxanalar və s. darmadağın edilib. Bütün bunları tikib bərpa etmək lazımdır. Ona görə də hazırda bu istiqamətdə işlərin getməsi üçün ilk növbədə, ərazilər minalardan təmizlənməlidir. Bəzən deyirlər ki, mina xəritələri var. Bəlkə də bu doğrudur. Ancaq zənn etmirəm ki, ermənilər minaları xəritələrlə basdırıblar. Odur ki, əvvəlcə işğaldan azad edilən ərazilər həm də minalardan təmizlənməlidir. Qarabağda görülən işlər, elektrik xətlərinin çəkilməsi, yolların tikilməsi, tunellərin çəkilməsi və bölgəyə insanların səfər etməsi onu deməyə əsas verir ki, yerli sakinlərin Qarabağa qayıdacağı vaxt uzaqda deyil. Proseslərin ləng getdiyini demək bir az ədalətsiz olar. Çünki bayaq dediyim kimi, minalardan ərazilərin təmizlənməsi, yol tikintisi və digər görülən işlər onu deməyə əsas verir ki, bunlar elə də sadə və asan iş deyil. Bu proses səbr və maliyyə resursu tələb edir. Ona görə də Azərbaycan hakimiyyəti hər iki məsələni tənzimləməklə Böyük Qayıdışı tezləşdirmək istiqamətində fəaliyyət göstərir. Əgər o bölgələrə yerli sakinlər köçürülməzsə, onun təhlükəsizliyində problem yaranar. Bu və başqa bu kimi məsələlər baxımından qayıdışın tezləşməsi vacib məsələdir. Təhlükəsizliyin təmin olunması ilkin şərtlərdən biridir. Yeni tikintilərin olması da vacib şərtlərdən biridir. Bütün bunlar bir ildə həll olunası məsələ deyil”.

Müsahibimiz Ali Baş Komandanın Suqovuşan çıxışına da toxundu: “Prezident İlham Əliyev builki Novruz bayramı münasibətilə müraciətində də çox maraqlı bir məsələyə toxundu. Hər Novruz bayramını işğaldan azad olunmuş bir yaşayış məskənində, ərazidə qarşılamaq və orada tonqal qalamaq əslində Böyük Qayıdışın tonqalıdır. Yəni ötən il Şuşada qalanan tonqal da qayıdışın tonqalıdır. Bu il isə Suqovuşanda tonqalın qalanması bura qayıdışın göstəricisidir. İndiki vəziyyətdə Qarabağda əhalini o vəziyyətdə hara yerləşdirmək olar? Bilirsiniz, alpinistlər zirvəyə qalxanda ayaqlarını təsbit etməmiş o biri addımlarını atmırlar. Ona görə də, Qarabağa qayıdış, eləcə də orada təhlükəsiz oturmaq, əbədi yaşamaq üçün mütləq təhlükəsizlik məsələləri addım-addım təmin olunmalıdır. Odur ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərin hər birində qayıdış tonqallarının qalanacağı günlər uzaqda deyil. Prezidentin qayıdışla bağlı müraciətdə bu məsələni vurğulaması çox önəmlidir. Bu perspektiv üçün çox mühüm bir məsələdir. İdman dinc dövrün və humanitar sahənin göstəricisidir. Bölgədə idman kompleksinin salınması onu göstərir ki, Azərbaycan artıq o ərazilərə qayıdıb. Proses daha təmkinlə, daha əhatəli və əzmlə davam edir. İşğaldan azad edilən bölgələrdə tonqalların qalanması həm də qayıdışın rəmzidir. Böyük Qayıdışdan sonra bu tonqallar gələcəkdə hər həyətdə qalanacaq. O gün uzaqda deyil”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Unutqansınızsa bu yazını oxuyun…

Next

“Survivor”da Azərbaycan mahnıları səsləndi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv