Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Xocalıdakı terrorçulara “hücum” əmrini kim verdi?

By Vüsal Rafiqoğlu
01.04.2022 4 Min Read

Gecə yarısı xəbər yayıldı: Xocalı rayonunun Pirlər kəndinin yaxınlığındakı erməni terrorçu qruplaşmalarına hərbi geyim və silah paylanıb. Videofakt da ortada, cəmi 200 metrlikdə Rusiya sülhməramlıları “soyunub-geyinmə”yə tamaşa edirlər. Onlar tamaşa etmək üçünmü Qarabağa gəliblər, bu günlərdə daşdan səs çıxır, sualın cavabını verməli olanlardan yox.

Azərbaycan Müdafiə Nazirliyi son günlərdə bir neçə dəfə Rusiya Müdafiə Nazirliyinə sərt məzmunlu müraciət ünvanlayıb. Deyilir ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” yoxdur, Rusiya Müdafiə Nazirliyi yenə də ermənilərdən qalma adları rəsmi məlumatlarında tirajlayır, nə qonşuluq bilir, nə müttəfiqlik, nə beynəlxalq hüquq.

Belə bir vəziyyətdə Xankəndidə və ətraf ərazilərdə mövcud olan “Artsax” terror təşkilatının rəhbərliyi bəyan ediblər ki, yeni silahlı birləşmələr yaradırlar. Bunlarda bu cəsarət hardandır belə? Kim bu uşaq qatillərinə “qorxmayın, hərəkətə keçin”, komandasını verdi? Hər halda səbəbsiz deyil. Əks təqdirdə, 44 günlük savaşda gizlənməyə siçan deşiyi axtaranlar diliuzunluq eləməzdilər.

Bu günlərdə kadrlar yayılmışdı, Ermənistanın sınıq-salxaq ordusunun əsgərləri qarlı şəraitdə təlim keçərkən tibb işçilərinin geyimlərinə bürünmüşdülər, özü də axçilərin geyiminə. Yəni Ermənistan ordusu arvad geyiminə büründüyü halda, Qarabağdakı quldur dəstələri hərbi geyimi və silahı nəyin hesabına, hardan əldə etdi ki, Pirlər kəndində paylandı?  

Olmaya ABŞ Konqresinin ayırdığı 3 milyon dollarlıq “humanitar” dəstək ünvanına çatıb artıq? Bu günlərdə ABŞ-dakı erməni təşkilatları çox təşvişə düşüblər, 2023-cü ildə Konqres Ermənistana maliyyə dəstəyini azaltmaq, Qarabağ ermənilərinə yardımı isə ümumiyyətlə,  kəsmək fikrindədir deyə. Əslində dünyanın supergücü üçün, ədalətli mövqedə dayandığını iddia edib də, Rusiyanın başına oyunlaq açan ABŞ üçün belə polemikaya şans tanımağın özü utanvericidir. Qonşu ölkənin torpaqlarını 30 il işğalda saxlayan, altını-üstünə çevirən, ağlasığmaz müharibə cinayətləri törədən bir ölkəyə yardımmı düşür? Özü də işğala məruz qalmış Azərbaycana işğalçı, terrorçu Ermənistandan az yardım ayrılır. Üstəlik, Qarabağdakı terrorçu “Artsax” təşkilatına da milyonlar! Budurmu ədalət?! Əgər qərar ədalətlidirsə, onda ABŞ Konqresi Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Krım, Donetsk, Luqansk separatçıları üçün də “əlini cibinə salsın”, “ögey-doğmalıq” etməsin, utanmasın! Necə olur ki, Rusiya bayraqları ilə küçələrə çıxan Ermənistan erməniləri və Xankəndidən Ukrayna separatçılarına yardım göndərən separatçılara yardım ABŞ-dan gəlir? Məntiqlə, elə dolayısı yolla ABŞ da Ukraynadakı separatçıları və ya rus qoşunlarının maliyyələşməsində iştirakçı olur. Marşrut belədir: ABŞ Ermənistana və Qarabağdakı “Artsax” terrorçu təşkilatına “humanitar yardım” ayırır, onlar da Ukraynadakı separatçılara və rus qoşunlarına! İnanmırsınız, erməniləri oxuyun: Qarabağdan Ukraynanı işğal edənlərə 14 ton yük göndərilib, davamı da olacaq! Yəqin ki, ABŞ-dan pulun növbəti partiyası gələndən sonra! ABŞ nəşri “Hayastan” Fondunun cinayətkar fəaliyyətindən yazır. Amma bu fondun “Artsax” terror təşkilatını maliyyələşdiriməsinə Ağ Ev sakit yanaşır, absurd deyilmi?!

Xocalıda erməni qanunsuz silahlı birləşmələrinə hərbi geyim və silah  paylanılır - ŞOK VİDEO » Azxeber.com Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Ancaq təkcə ABŞ-mı yardım edir işğalçıya? Avropa İttifaqının rəhbərliyi işğalçı Ermənistana 2,6 milyard avro, Azərbaycana 150 milyon yardım  ayıracağını bəyan etməyibmi? Onlar da dolayısı yolla Azərbaycan ərazilərində məskən salmış cinayətkar qruplaşmalara dəstək vermiş olurlar. Avropa Parlamentinin iç üzünü bu yaxınlarda gördük: “erməni irsinin dağıdılmasına görə” 20 faiz ərazisi darmadağın edilən Azərbaycana qarşı qətnamə qəbul etdilər, utanmadan!

Bitmədi. Bu günlərdə Azərbaycan ordusu Xocalı rayonunun Fərrux kəndi istiqamətində təxribatlar törədən erməni terrorçularına xəbərdarlıqların nəticə vermədiyini görəndə hərəkətə keçdi, yeni mövqelərdə möhkəmləndi, xəbərdarlıq etdi ki, növbəti təxribatların cavabı sərt olacaq. Ardınca nə baş verdi? 30 il ərzində qətnamələri ayaqlar altına atılmış BMT-dən tutmuş, ATƏT-ə, Avropa İttifaqından tutmuş, NATO-ya qədər hamısı “narahat” oldu. Putini “cəllad”, “qatil” adlandıran, birmənalı şəkildə Ukrayna xalqının və dövlətinin yanında olanlar, Rusiya prezidentinin hakimiyyətdə qalmayacağını əminliklə deyənlər Azərbaycan torpağındakı terrorçu “Artsax”ın qartil başçıları haqqında kəlmə belə kəsmədilər, Ermənistanı 10 noyabr 2020-ci il bəyanatına əməl etməyə, bölgədəki silahlıları çıxartmağa çağırmadılar, hərdəmxəyal Paşinyanın başına ağıl qoymaq istəmədilər. Ardınca da İrəvandakı Rusiya, Fransa, ABŞ səfirləri Ermənistan XİN başçısını sakitləşdirmək üçün növbəyə düzüldülər, hətta ATƏT-in Qarabağdakı keçmiş canişini Kasprşik də özünü yetirdi, sonra rusiyalı səfir atını dördnala çapdı. 44 günlük müharibədə işğalçıları və terrorçuları xilas üçün hərəkətə keçənlər yenə də iş başındadır, hətta Yunanıstan da  Fərrux dağının daşı ilə əlləşir, İranın “Sepah”ının hansısa generalı da “Ermənistanın ərazi bütövlüyü bizimçün qırmızı xətdir”, deyir. Nədənsə “qırmızı xətt” erməni məsələsində yada düşür.

Nikol Paşinyanın müharibəyə gətirib çıxaran əməlləri - TƏHLİL

Bütün bunlardır erməni terrorçularının qudurmasına stimul verən. Azərbaycan ordusunun qarşısında nəinki erməni terrorçuları, hətta onların havadarları da duruş gətirə bilməz. Üstəlik, masada Şuşa Bəyannaməsi var, hər an işə salına bilər! Sadəcə, bəzi çevrələr həmişəki kimi bədbəxt ermənilərdən “maşa” kimi istifadə etmək istəyirlər. Topalarına bircə “Bayraqdar” yetər! Amma nə olsun, erməniləri qızışdıranlara gərginlik ocağı lazımdır. Kim ola bilər gərginlik yaradanlar? Yuxarıda Qərb dairələrindən bəhs etdik. Axı, Azərbaycan prezidenti bəyan edib, Qarabağ münaqişəsi bitib, məsələ həll olunub! Amma Qərbdəki dairələr, “həmsədrlər” və digərləri yenidən Qarabağa burun soxmaq üçün gərginliyi tətikləmək istəyirlər.

Amma təkcə onlar da deyil. Xatırladaq, bundan əvvəl Ermənistan-Azərbaycan sərhədində gərginlik nə zaman yaşandı: 15-16 noyabr 2021-ci ildə. O zaman Avropa Birliyi Azərbaycan və Ermənistan rəhbərliyini görüşdürmək istəyirdi. Toqquşma baş verdi, erməni ordusunun həmləsinə tutarlı cavab verildi, Ermənistanın burnu ovuldu. Amma son nəticədə Brüssel görüşü ertələndi, Soçi görüşü irəli düşdü.

Bakı: Soçi bəyanatında "Azərbaycanın mövqeyi tam əks etdirilib", Paşinyan:  "Bəzi məsələlərdə heç bir fikir ayrılığı mövcud deyil" - BBC News  Azərbaycanca

Yaxud 2016-cı ilin aprel  döyüşlərini yada salaq. Onda ABŞ-da nüvə təhlükəsizliyi ilə bağlı zirvə çərçivəsində Azərbaycan və Ermənistan  prezidentlərinin görüşü gözlənilirdi, Ağ Evin təşəbbüsü ilə. Görüş ərəfəsində erməni ordusu hücuma keçdi…

Erməni terrorçularının Xocalı ərazisində silahlanmasından az öncə xəbər yayıldı ki, Azərbaycan və Ermənistan rəhbərliyi aprelin 6-da Brüsseldə baş tutacaq, Aİ Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə. Və erməni terrorçuları hərəkətə keçir. Hansı ki, bir gün əvvəl Ermənistan parlamentinin sədri ölkəsinin Azərbaycanın 5 şərtini qəbul etməyə hazır olduğunu demişdi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə  Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. Görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib. İstisna deyil ki, təşəbbüsün Avropaya keçməsini sinirə bilmir “sülhməramlı”. Deməli, artıq Qarabağdakı terrorçular İrəvandan idarə olunmur.

Tədbirli olmalıyıq, bir çox mərkəzlər istəmirlər ki, Azərbaycan bayrağı Xankəndidə dalğalansın. Rusiya ilə müttəfiqlik münasibətlərimizə zərbə vuranların səsi elə Moskvadan gəlir son günlərdə, dalyaqinlər həm  də erməni terrorçularına stimul verənlərdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oruc tutmaq barədə 6 yanlışlıq

Next

Həyətlərdəki quyuların suyu pullu olacaq? -AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv