Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan memarlığındakı “polyak irsi”: Turizm marşrutu kimi istifadə edilə bilərmi? – ŞƏRH

By Vüsal Rafiqoğlu
03.04.2022 3 Min Read

Ölkəmizin bir sıra sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolu olub. 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərib. Azərbaycana polyakların gəlişi XVII əsrin əvvəllərində başlasa da, XIX əsrin ortalarında onların ikinci dalğası Bakı və Gəncə kimi şəhərlərdə məskunlaşıb. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalıb. Məlumatlara görə, hal-hazırda ölkəmizdə 200-ə yaxın polyak yaşayır.

Məsələ ilə bağlı “Kaspi” qəzeti mütəxəssislərin fikirlərinə baş vurub.

XIX əsrdə Bakıda “neft bumu” yaşanan zaman Polşa ilə Azərbaycanın əlaqələri daha da intensivləşib. Məhz bu zaman Azərbaycana polyak mühəndisləri, memarları, həkimləri gəlib. Polyak memarları Bakı memarlığının formalaşmasında müstəsna xidmətlər göstəriblər. Onlar şərq və qərb memarlığını sintez edərək layihələşdiriblər. Polşa arxitektorlarının inşa etdikləri memarlıq inciləri indi də Bakının simasını bəzəyir. Həmin dövrdə üç polyak memar – İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko Bakının Baş memarı kimi çalışıblar. Digər polyak memar Yevgeni Skibinskinin yaratdığı memarlıq inciləri də şəhərə yeni nəfəs gətirmişdi. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Hacı Zeynalabdin Tağıyevin sarayı (indiki Tarix Muzeyi), Qızlar məktəbi (indiki Əlyazmalar İnstitutu), Səadət Sarayı və digər möhtəşəm tikililər polyak memarların əl işləridir. Polyak irsinin nümunələri, müxtəlif memarlıq inciləri ilə yanaşı, polyak mühəndis və mesenat Pototskinin qəbri və polyak əsilli violonçelistlər Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi də bu siyahıda yer alıb. O zaman polyaklar, əsasən, Bakıda sıx halda yaşasalar da, polyak memarlıq irsinə Azərbaycanın digər bölgələrində də rast gəlmək olar. Belə ki, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə tikilib, eləcə də şəhər planları hazırlanıb.

Bütün bunları nəzərə alan Azərbaycan Turizm Bürosu “Azərbaycanda Polyak irsi” yol xəritəsini və Polşa turistləri üçün Bakıda gəzinti turu hazırlayıb. Həmin xəritə əsasında turistlər polyak memarların ucaltdığı abidələrlə tanış ola biləcəklər.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Polşa memarlarının Azərbaycanda ucaltdığı abidələrə həsr olunmuş layihənin təqdimatında bildirdi ki, bu irslə bağlı broşür hazırlanıb: “Bu broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq abidələri göstərilib. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq”.

Yol xəritəsi turistlərə gəzinti turunu təşkil etməyə kömək edəcək. Turistlər dünyada müsəlman qızlar üçün açılmış ilk məktəb, Bakı milyonçularının sevgi hekayələri, polyak memarlarının taleləri, “un kralının” başına gəlmiş qalmaqal haqda məlumatlar əldə edəcəklər. Bundan əlavə, marşrut boyu turistlərin qarşısına “özünlə apar” (take away) kafelər çıxacaq, onlar çay və ya qəhvə sifariş edə biləcəklər.

Turizmçilər hesab edir ki, polyak turistlərin Azərbaycana səfərlərini intensivləşdirmək üçün belə kitabçaların və yol xəritəsinin əhəmiyyəti böyükdür.

“Vaxtilə polyak mütəxəssisləri Azərbaycanda nəinki memarlıq, həmçinin neftçıxarma  sahəsində işləyiblər” – deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirir: “Polşalı mühəndis Pavel Pototskinin məzarı Bakıdadır. Azərbaycanda bır sıra əhəmiyyətli tikililərin inşasında polyak memarların izləri var. Elə təkcə İstiqlaliyyət küçəsində bir neçə binanın memarı polyaklar olub. Onlar neft bumu zamanı Bakıda çox binalar inşa ediblər”. Ekspert hesab edir ki, belə bir marşrutun olması iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına da təsir göstərəcək: “Polşa da Avropanın aparıcı dövlətlərindən biridir. Bu, həmçinin qonşu dövlətlərin də diqqətini çəkə bilər. Eləcə də Gəncədə, Şəmkirdə alman məskənlərinin olması ilə bağlı xəritələrin hazırlanması müsbət addımdır. Fikrimcə, təbliğat təkcə Bakıda aparılmamalı, ikitərəfli olmalıdır. Bəzən bu təbliğatı özümüz üçün edirik, qarşı tərəfə çatdıra bilmirik. Təbliğatı, həmçinin Polşada fəaliyyət göstərən Azərbaycan səfirliyi və diasporu da həyata keçirməlidir. O cümlədən, mədəni əlaqələr, incəsənət günləri vasitəsilə Polşa ictimaiyyətinə də çatdırılmalıdır. Ordakı yeni nəsil də bilsin ki, vaxtilə ölkələrimiz arasında sıx əlaqələr olub və bu gün də var”.

Ekspertin fikrincə, bu tip layihələr ölkəmizə marağı daha da artıracaq: “Azərbaycanın necə tolerant dövlət olduğunu, mədəniyyətinin hansı səviyyədə inkişaf etdiyini onlara çatdırsaq, bir çoxu Azərbaycana üz tutacaq. Həm də təbliğat işini elə qurmaq lazımdır ki, Azərbaycanın, ümumiyyətlə, təkcə Cənubi Qafqazda deyil, bütün Qafqazda oynadığı rolu təqdim edə bilək. Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi, mətbəxi, musiqisi haqqında dolğun məlumatlar Polşa ictimaiyyətində maraq yarada bilər. Düzgün istiqamətdə təbliğat aparılmalıdır ki, onlar ölkəmizə səfər etmək marağında olsunlar. Bu da turizmin inkişafına təkan verə bilər”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov hesab edir ki, belə turizm marşrutlarının və broşürların gəlmə turizminə böyük faydası var: “Avropalılar daha çox bu tip istirahəti xoşlayırlar. Muzeyləri gəzmək, abidələrlə tanış olmaq, hansısa yeni marşrutların iştirakçısı olmaq onlar üçün maraqlıdır. Ərəb turistləri isə daha çox təbiəti, yaşıllığı və s. istiqamətləri xoşlayırlar. Bu baxımdan, Avropa turistləri bu seqmentdə bizim üçün çox vacibdir. O cümlədən, Bakı-Gəncə-Şuşa-Batumi istiqamətində hazırlanan “Əli və Nino” marşrutu da gəlmə turizmində böyük rol oynayacaq. Ümid edirik ki, yaxın gələcəkdə sərhədlər açılacaq və avtobusla, qatarla bu marşrutlar üzrə turistlərin hərəkəti mümkün olacaq!”

Maraqlı turizm marşrutları və xəritələri hazırlanır. Qalır gözləmək, quru sərhədlərin açılmasını və pandemiya şərtlərinin tamamilə aradan qalxmasını…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Partlayış baş vermiş ərazidə son vəziyyət – VİDEO

Next

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv