Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kəlbəcərin Başlıbelinə qayıdış hazırlığı

By Vüsal Rafiqoğlu
13.04.2022 4 Min Read

Kənd ziyalıları ilə rayonun deputatının görüşündə hökumətə təkliflər ünvanlandı

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük qayıdış”a dövlət səviyyəsində hazırlıqlar istiqamətində işlər davam etdirilir. Sevindirici hal odur ki, bərpa-quruculuq işlərində işğaldan azad edilmiş rayonların, kəndlərin əhalisi də iştirak etməyə həvəs göstərir. Dövlətin həyata keçirdiyi və keçirəcəyi işlərə dəstək vermək, bu prosesin daha da arzuedilən səviyyədə getməsi üçün yerli sakinlər olaraq təkliflər irəli sürürlər, təşəbbüskarlıq edirlər.
Məsələn, ötən həftənin sonunda Kəlbəcər rayonunun Başlıbel kəndinin ziyalılarının bir qrupu Milli Məclisin deputatı Aqil Məmmədovla görüşüblər. Bakı Mühəndislik Universitetində baş tutan görüş Başlıbel kəndinin bərpa-quruculuq işləri məsələsində sakinlərin istək və təkliflərinin nədən ibarət olduğunun səsləndirilməsi üçün əhəmiyyətli sayılan görüş olub.

İşğaldan azad edilmiş Başlıbel kəndinin bərpasına və quruculuğuna həsr olunmuş görüşdə deputatla yanaşı, Kəlbəcər icra hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da iştirak edib.

Без названия (9).jpg (120 KB)

Görüşün təşəbbüskarı və təşkilatçısı, Başlıbel kənd orta məktəbinin müəllimi Sabir Mirzəyev giriş nitqində toplantının məqsəd və məramları barədə məlumat verib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuq işlərinin sürətləndirilməsi və Qarabağa qayıdış Azərbaycanın ictimai həyatında önəmli hadisəyə çevrilib. Zəfərdən dərhal sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı xüsusi Dövlət Komissiyasının yaradıldığını, Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməlinin qoyulduğunu xatırladan Sabir Mirzəyev erməni zülmündən əziyyət çəkmiş, kütləvi qətliama məruz qalmış Başlıbel camaatının tezliklə öz yurd-yuvasına qayıtmaq istədiyini bildirib.

Görüşdə əhalisinin sayına, işğaldan əvvəlki dövrdə sosial-iqtisadi göstəricilərinə, mədəni inkişaf səviyyəsinə görə Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən sayılan Başlıbel kəndində bərpa və quruculuq işlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi önə çəkilib. Bərpa və yenidənqurma proqramında Kəlbəcərin və ən ucqar kəndi olan Başlıbeli rayon mərkəzi ilə əlaqələndirən yol infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilməsi xahiş olunub. Bildirilib ki, məhz alternativ yolların olmamasına görə işğal zamanı əhalisi mühasirə vəziyyətinə düşən və kütləvi qətliama məruz qalan Başlıbel kəndi rayon mərkəzindən 58 km məsafədə yerləşir. Bərpa və yenidənqurma zamanı rayon mərkəzinin cəmi 16 kilometrliyində yerləşən Qaraçanlı kəndi və “Qoçdaş” yaylağı istiqamətindən Başlıbelə yol çəkməklə bu zonadakı yaşayış məntəqələrinə, o cümlədən Xallanlı, Taxtabaşı və Ağcakəndə məsafəni ən azı 50 faizə qədər azaltmaq mümkündür. Hesablamalara görə, bu təklif reallaşarsa, rayon mərkəzindən Başlıbelə olan məsafə 58 km-dən 20-22 km-dək qısalacaq. Bu, həm də inşasına başlanmış Kəlbəcər-Laçın magistralının dairəvi yol kimi əhəmiyyətini artıra bilər. Belə olduqda İstisu qəsəbəsi ilə Qaraçanlı kəndi arasında yerləşən 11 kəndin də Kəlbəcər-Laçın magistralına çıxışı asanlaşacaq.

Ziyalılar yerli iş adamlarının, təcrübəli mühəndis, konstruktor və texnoloqların Kəlbəcər rayonunda, xüsusilə Başlıbel kəndində həyata keçiriləcək layihələrə dair təkliflərinin nəzərə alınmasının, bərpa proqramlarının icrası mərhələsində onların da iştirakının təmin edilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə qayıdışa qədər olan dövrdə həlli vacib bəzi məsələlərin reallaşmasına köməklik göstərilməsi xahiş olunub. Buraya aşağıdakılar daxildir:

– Alıbəyli kəndindən (bu yaşayış məntəqəsi keçmişdə Bəylik, 2015-ci ilədək Tirkeşəvənd adlandırılırdı) Başlıbelə qədər olan 11 kilometrlik torpaq yolda cari təmir işləri aparılmaqla avtomobillərin maneəsiz hərəkətinə şərait yaradılması;

– Yaz-yay mövsümündə kənd sakinlərinin, xüsusilə yaşlı nəslin nümayəndələrinin, şəhid ailələri və müharibə veteranlarının öz yurd-yuvasını ziyarət etməsi üçün mövcud qaydalar əsasında səfərlərinin təşkil olunması;

– Yol məsafəsinin uzaqlığını nəzərə alaraq Başlıbel kəndinə ziyarətə gedən sakinlərin icazə müddətinin ən azı 2 (iki) sutka müəyyən edilməsi;

– Ziyarətə yollanan kənd sakinlərinin gecələməsi üçün Başlıbel, Alıbəyli və ya Zülfüqarlı kəndlərinin birində modul tipli qonaq evlərinin tikintisi və s.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Başlıbel kəndində həyata keçiriləcək quruculuq işlərinin yüksək səviyyədə icra olunacağına əminlik ifadə olunub.

İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb – Polisə.az

Çıxışlardan sonra deputat Aqil Məmmədov və rayon icra hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev səsləndirilən təkliflərə münasibət bildiriblər. Qeyd olunub ki, Başlıbel kəndinin bərpası ilə bağlı narahatlıq doğuran bütün məsələlər, onların arzu və istəkləri aidiyyəti dövlət orqanlarına çatdırılacaq.

Qeyd edək ki, Başlıbel kəndi Kəlbəcərin işğalı zamanı və işğaldan sonra ermənilərin dinc əhaliyə qarşı qətliam həyata keçirdiyi kənd kimi tanınır. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın sakini və 9 nəfər əsgər) dağlara sığınıblar. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkiliblər. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər – I və II Dünya müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bu günədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şaban – Ramazandan sonra ən fəzilətli ay

Next

Azərbaycanda vicdan azadlığı qorunur, dini ali təhsil inkişaf edir – MÜSAHİBƏ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv