Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənilərin “şeş” arzusu – Strasburq görüşündə əslində nə baş verib?

By Vüsal Rafiqoğlu
11.05.2022 4 Min Read

Ermənistanın Bakıya altı bənddən ibarət təklif göndərməsi etirazla qarşılandı

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif göndərib. Ermənistan 5+6 prinsipləri əsasında sülh danışıqlarının başlamasını “legitim yanaşma” hesab edir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən həftə İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Azərbaycan suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasında, gələcəkdə ərazi iddialarından imtinada, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasında, sülh müqaviləsinin bağlanmasında israr edir.

Qriqoryanın deməsindən isə anlaşılan budur ki, Ermənistan tərəfi Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini tələb edir. Qriqoryan hətta əlavə edib ki, bu məsələlər Azərbaycanla müzakirə olunur. Bakıda başa düşürlər ki, sülh danışıqları 5+6 gündəliyi əsasında başlamalıdır.

Qriqoryanın dediyi əslində təəccüblüdür, deyilmi? Azərbaycan rəhbəri dəfələrlə bəyan edib ki, heç bir statusdan söhbət gedə bilməz, o halda Qriqoryan “Bakının nəyi müzakirə etdiyini” dəqiqləşdirməlidir. Təhlükəsizlik məsələsi isə qondarma “status” qədər qəlizdir, Ermənistan bu təhlükəsizliyi necə görür, ermənilərə o təminat necə verilməlidir, bu da ciddi sualdır.

Görünür ki, Ermənistan sülh prosesini asanlaşdırmaq fikrində deyil, əksinə, yeni “prinsiplərlə” daha da düyünə salmaq istəyindədir. İndiyədək olan sülh danışıqlarını irəliyə atılmış 1 addım hesab etmək olardı, amma indi Ermənistan məlum şərtlərlə bu danışıqlar prosesini 6 addım geriyə atmaqdadır.

Diplomatik mənbələrdən Haqqın.az-a daxil olan məlumata görə isə Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi danışıqların gələcək gündəliyi və taleyi ilə bağlı heç bir anlaşma, hətta qarşılıqlı anlaşma ifadə etməyib. Bundan başqa, Prezident İlham Əliyevin də Paşinyanla yaxın vaxtlarda görüş fikri yoxdur. Şübhə yoxdur ki, bu prinsiplər xaricdən təlimatlandırılmış erməni müxalifətinin basqısı altında qalmış tək Paşinyan hökumətinin başının altından çıxmayıb, bəlkə də üç paytaxtla razılaşdırılıb. Üç paytaxt dedikdə, bunlardan biri şübhəsiz Moskva ola bilər. Paris və Vaşinqtonun da bu işin içində olduğunu güman etsək, yanılmarıq. Hər üç paytaxt ya birbaşa, ya dolayısı ilə ermənilərə “status” verilməsi arzusundadır.

Belə görünür ki, Azərbaycanın məqbul, geniş mənada Qafqaza sülh gətirəcək təklifinin qarşısına daş qoyulmaqdadır. Müharibədə uduzmuş və Azərbaycanın məqbul təkliflərinə razılaşmaq əvəzinə “şeş” arzusuna düşüb ki, bundan şübhəsiz ki, İrəvan ciddi ziyan çəkəcək…

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərdən məlum olur ki, Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplərlə razıdır, amma bu prinsiplərə Qarabağdakı ermənilərin təhlükəsizliyinin də əlavə edilməsini istəyir. Ermənistanın bu istəyi dolayısıyla status məsələsinin yenidən ortalığa atılması, başqa sözlə, indiyə qədər əldə olunmuş razılaşmalardan qaçmaq cəhdidir. Sual olunur; sən Azərbaycanın sərhədlərini qəbul edirsənsə, ərazi bütövlüyünü tanıyırsansa və bir daha ərazi iddiası ilə çıxış edilməyəcəyini də qəbul edirsənsə, onda hansı statusdan söhbət gedə bilər?

Müharibənin başa çatmasından sonra aparılan danışıqlarda bir dəfə də olsun status  müzakirə olunmadığı halda, indi yenidən bu məsələnin gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Ermənistan əldə olunmuş razılaşmaların icrasından qaçır və ya ən azından prosesi uzatmaq üçün bəhanələr axtarır.

Ermənistanın Brüssel razılaşmasında nəzərdə tutulduğu kimi, aprelin 30-dək sərhəd komissiyasının formalaşdırılmasına əməl etməməsi də dediklərimi təsdiq edir.   

Ermənistan yaxşı bilir ki, Azərbaycan status məsələsinin üzərindən xətt çəkib və bunu Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması kontekstində ölkənin hüquq sistemində təsbit edib. Yeri gəlmişkən, bu, beynəlxalq hüquq üçün də keçərlidir, çünki yerli ərazi-idarəetmə sistemi beynəlxalq hüquqda həmin ölkənin yurisdiksiyası kimi tanınır və beynəlxalq hüququn prinsipləri ilə hər hansı ziddiyyət təşkil etmir.

Beləliklə, Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilmiş son görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə çox vacib razılaşmalar əldə olunduğu, aprel ayının sonunadək hər iki ölkənin sərhədlərin delimitasiya və demarkasiyası üzrə işçi qruplar yaratmalı olduğu və XİN səviyyəsində sülh müqaviləsi üzrə danışıqlara başlamalı olduqları halda Ermənistan tərəfindən yeni təkliflərin təqdim olunması konstruktiv yoldan çox-çox uzaqdır. Odur ki, Ermənistana 44 günlük müharibədən qabaq Azərbaycanın qarşısına 7 şərtlə çıxmasının nə ilə nəticələndiyini xatırlatmaq lazımdır. Ermənistanın bu cür mövqe sərgiləməsinin nədən və haradan qaynaqlanmasından, ayrı-ayrı dövlətlərin mövqeyindən asılı olmayaraq “status” məsələsinin gündəm mövzusu olmayacağı bir daha həm Ermənistana, həm də onların havadarlarına çatdırılmalıdır. Hətta bu cür bəyanatlar ictimai rəyi sakitləşdirmək məqsədilə verilirsə belə, buna sərt təpki göstərilməlidir. Azərbaycan açıq şəkildə bəyan etməlidir ki, Ermənistanın son təklifləri razılaşmaların pozulması cəhdidir, məqbul deyil və qəbul edilmir”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı

QAT sədri Akif Nağı isə ermənilərin vaxt uzatdığını qeyd etdi: “Bir daha aydın olmalıdır ki, Ermənistan hər hansı sülh müqaviləsi imzalamaq fikrində deyil. Danışıqlar isə vaxt uzatmaq üçündür. Hətta hər hansı sənəd razılaşdırıldıqdan sonra da Ermənistan bir bəhanə tapıb imzalamaqdan yayınacaqdır. Ermənistanın bu yanaşmasına xaricdən ciddi dəstək var. Bütün dövrlərdə dediyiniz ”üç paytaxt” Qarabağ məsələsində vahid mövqe nümayiş etdirib, hətta indiki gərgin vəziyyətdə, Ukrayna ilə bağlı qarşıdurma şəraitində də həmin “həmrəyliyi” qoruyub saxlayırlar. Ermənilərin irəli sürdükləri “6 prinsip”in heç bir əsası yoxdur. Onlar təhlükəsizlik və status məsələsində israr edirlər. Orada qalıb yaşayacaq ermənilərin təhlükəsizliyi iddiaları tam absurddur. Onların həyatına heç vaxt təhlükə olmayıb, indi də qalıb yaşayırlarsa, yaşasınlar, hər ermənin qapısına bir polis nəfəri qoyası deyilik. Yəqin təhlükəsizlik dedikdə özlərinin hansısa güc strukturları yaratmağı nəzərdə tuturlar. Buna isə qətiyyən yol vermək olmaz. Bu, dövlət içərisində dövlət yaratmaq demək olardı. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. ABŞ, Fransa, Rusiya ölkələrindəki hansısa milli azlığa xüsusi təhlükəsizlik təminatı verirlərmi? Azərbaycan bu məsələnin müzakirəsindən birmənalı şəkildə imtina etməlidir. Azərbaycan xalqına qarşı dəhşəti cinayətlər törətmiş bir toplumun təhlükəsizlik təminatı istəməsi həyasızlıqdır. Status məsələsində Azərbaycanın mövqeyi aydındır. Həmin mövqe saxlanılmalı, bu məsələnin müzakirəyə çıxarılmasına imkan verilməməlidir. Çıxış yolu isə erməniləri bu xülyaya düşməkdən çəkindirmək, peşman etməkdir. Yəni tezliklə Azərbaycan bayrağını Xankəndində dalğalandırmalıyıq. Ermənilər Rusiya prezidenti Putinin bir fikrini geniş şəkildə hallandırırlar ki, 10 noyabr razılaşmasından sonra “Dağlıq Qarabağ”ın taleyinin həllinı “sonraya saxlamaq lazımdır”. Azərbaycan bu “sonra”nın vaxtını müəyyənləşdirməlidir. Digər tərəfdən, Putin dəfələrlə onu da vurğulayıb ki, Qarabağ, o cümlədən “Dağlıq Qarabağ” beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir. Azərbaycan məhz beynəlxalq hüquqa söykənərək, qanuni torpaqlarında öz haqqını bərpa etməlidir. Beynəlxalq “arbitr”lər də Azərbaycanın Ermənistan kimi “cəngəllik qanunları” ilə deyil, beynəlxalq hüquq əsasında hərəkət etdiyini görməli və abır-həyaları qalıbsa susmalıdırlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanda qaldırılan cinayət işi: dəmiri necə “yeyiblər”?

Next

Bu kəndlər Azərbaycana qaytarılacaq- RƏSMİ AÇIQLAMA VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv