Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan-Qazaxıstan qardaşlığı- Beynəlxalq aləmdə yeni dinamik inkişaf

By Vüsal Rafiqoğlu
25.08.2022 4 Min Read

Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər etdi. Bu səfər əsnasında Azərbaycanla Qazaxıstan arasında 20-dən çox önəmli sənəd imzalandı. Təbii ki, bu, tərəflər arasındakı əlaqələrin inkişafı üçün çox böyük addımdır.

Səfər həm də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində reallaşdı.

Zəngin təbii sərvətləri, iqtisadi və siyasi gücü ilə Mərkəzi Asiyanın əsas dövləti olan Qazaxıstanla əslində, həm Qərb dövlətləri, həm Rusiya, həm də Çin əlaqələr qurmaqda maraqlıdır. Yəni dünyanın gözü Qazaxıstandadır. Azərbaycanı da bu xüsusda geridə qalmış saymaq olmaz. Ona görə də “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətini dərk etməmək mümkün deyil.

President Ilham Aliyev hosted official reception in honor of ...

Bu bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

İki qardaş dövlətin tarixi əlaqələrinə də nəzər salaq:

Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər.

Welcome to Heydar Aliyevs Heritage Research Center

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.

Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib.
Bir il sonra isə ulu öndər Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında görüşüblər.

1996-cı ilin sentyabrında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub.

1997-ci il iyunun 10-11-də Prezident Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.

Preident İlham Əliyev “Altın kıran” – “Qızıl qartal” ordeni ilə TƏLTİF  OLUNUB

Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.

Musavat.com-a danışan professor Qabil Hüseynli bildirib ki, ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir:

“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının 2 illik sədrliyini öz üzərinə götürməsində Qazaxıstan çox böyük rol oynayıb. Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycanın müşahidəçi kimi qatılmasında da Qazaxıstanın rolu danılmazdır. Bütün bu münasibətlərin formalaşmasında Nazarbayevin mərhum prezident Heydər Əliyevlə mütəmadi əlaqələrini də unutmaq olmaz. Qazaxıstanla dost və qardaşlıq üzərində qurulan əlaqələrimiz hər zaman yüksək səviyyədə olub. Qazaxıstan o ölkədir ki, ilk dəfə Bakı-Ceyhan neft kəmərinin tam doldurulması üçün səylər göstərib. Bu məqsədlə hər il qeyd etdiyimiz kəmərə tankerlə də olsa on milyon tondan çox neft göndərib.

Azərbaycan və Qazaxıstan prezidentləri Dənizkənarı Milli Parkda qurulmuş  “Qazax yurtası” ilə tanış olublar » Naxcivanxeberleri.com

Təbii ki, prezident İlham Əliyevin dövründə münasibətlər daha da inkişaf edib və etməkdədir. Tokayevlə Əliyevin görüşü çox önəmli sənədlərin imzalanması ilə tarixə keçdi. Azərbaycanın Qazaxıstanla beynəlxalq əlaqələrdəki digər bir forması YUNESKO xətti ilə həyata keçirilən tədbirlərdir. Bu məsələ hər iki ölkənin həm mədəniyyətləri, həm də qarışıqlı əlaqələri ümumtürk mədəniyyətinin dünyada tanıdılmasında böyük rol oynayıb. Tokayev Azərbaycana səfərində belə bir ifadə işlətdi ki, Qazax xalqı Azərbaycanın mədəniyyəti üçün xeyli darıxıb. Bu mədəniyyətin nümunələrinin ikili münasibətlərdə Qazaxıstana gətirilməsində çox böyük rol oynayacaq. Qazaxıstan türk dünyasının parlayan ulduzlarından biridir. Azərbaycanı da bu sıraya daxil etmək olar. Cəsarətlə demək olar ki, bu iki parlayan ulduzun bir-biri ilə beynəlxalq səviyyədə səmərəli əməkdaşlığı həm beynəlxalq münasibətlərin dinamik inkişafına, həm də verimli qaydaların bərqərar olmasında böyük rol oynaya bilər”.

Görünən reallıq budur ki, indi 1990-cı illərdən fərqli olaraq türk dövlətləri arasında daha dərin əlaqələr qurulur. Bu əlaqələrdə tarixi köklər, milli dəyərlər çox böyük önəm daşıyır. Eyni kökdən və tarixdən formalaşan münasibətlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində mühüm önəm kəsb edir.
Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi hər iki ölkənin ekspertləri tərəfindən olduqca yüksək qiymətləndirilib.
Bildirilir ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mehriban Əliyeva Vətənə xidmətin meyarlarını gözəl bilən parlaq dövlət xadimidir

Next

Siyasətin “Ağbənd”indən Bəsrə körfəzinədək – Əliyevin “Ağbənd”dən başlayan “Ağ Yolu”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv