Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanda bahalaşmanın dayanacağı vaxt yaxındadırmı? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
09.10.2022 3 Min Read

Azərbaycanda 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 120,8 faiz təşkil edib. Cari illə müqayisədə daha çox bahalaşma müşahidə olunub.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının və s., ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Ancaq digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayına nəzər yetirsək, ərzaq məhsullarının qiymətindəki artım tendensiyası davam edib. Daha çox bahalaşma ət və ət məhsullarında müşahidə olunub. Sümüksüz ətin kiloqramı 16-17 manata, sümüklünün isə 14-15 manata satılır. İçkilər və tütün məmulatları 18,9 faiz bahalaşıb. Bununla yanaşı, çörək, un, peçenye, makaron məmulatları, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su – bir sözlə, mağazalardakı həyat üçün önəmli olan əksər məhsulların qiymətində qiymət artımı müşahidə olunur.

Qiymət artımları oktyabr ayı üçün də eynilik təşkil edir. Ümumiyyətlə, 2022-ci il “bahalaşma ili” kimi yadda qalacaq.

Bəs görəsən, bahalaşmanın “stop” deyəcəyi vaxt yaxındadırmı? Bu tendensiya nə zamanadək davam edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bahalaşmanın bir istiqamət üzrə getmədiyini deyib:

“Problem kompleks təsirlər nəticəsində yaranıb. Son 10 il elə təkcə BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı verilən bülletenlərə diqqət yetirsək, görərik ki, mütəmadi olaraq dünyada əsas ərzaq drayverlərinin qiymətlərində, indekslərində bahalaşma mərhələli gedir. Üç-dörd ay ardıcıl artım olur, sonra növbəti ay hər hansı bir məhsulun qiyməti azalırsa, bu o demək deyil ki, qiymət bahalaşması stoklandı. Əsas səbəb pandemiya oldu. Pandemiya bəşəriyyəti, ümumiyyətlə dünya iqtisadiyyatını ağlagəlməz problemlərlə üzləşdirdi. Makroiqtisadi zəncirlərin hamısı pozuldu. Bunun da nəticəsi olaraq qiymət bahalaşması problemi davam etdi”.

Ekspertin sözlərinə görə, bahalaşmanın digər bir səbəbi isə Ukrayna və Rusiya arasında başlanan münaqişə oldu:

“Bu il fevral ayının sonundan Ukrayna ilə Rusiyanın arasında gedən münaqişə nəticəsində hər ikisi bir neçə parametr üzrə dünya birinciliyinə daxil olur. Buğda, bitki yağları və digər məhsullar üzərində zəncirvari bahalaşma prosesi getdi. İndi ən təhlükəli vəziyyətdəyik. Panika dəhlizindəyik. Belə bir vəziyyətdə bəzi ölkələr əsası oldu-olmadı istehsal etdikləri məhsulların ixracına məhdudiyyətlər, kvotalar qoyurlar”.

F.İbrahimov qeyd edib ki, bahalaşma panika dəhlizi üzrə gedəcək:

“Kvotalar qoyulduğu halda bazarlarda panika yaranır. İmpulsiv olaraq qiymət artımına şərait yaranır. Bahalaşma prosesi davam edəcək. Bunu ancaq izləmək lazım olacaq. Bahalaşma ilə bağlı proqnoz vermək çətindir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə əlavə edib ki, bahalaşmada əsasən iki amil özünü büruzə verir:

“Ərzaq məhsullarının bahalaşması özünü bazarlarda büruzə verir. Bahalaşmada əsasən iki amil mövcuddur. İdxal olunan bəzi məhsullar var ki, onların bahalaşması təbiidir. Çünki onu ixrac edən, satan ölkə hansı qiyməti təklif edirsə, həmin qiymət çərçivəsində də bazara daxil olur. Bu özünü taxıl məhsullarında daha çox büruzə verir”.

Deputatın sözlərinə görə, idxal olunan məhsulların qiymətlərinin daxili bazarda artması təbiidir:

“Əkin sahələrinin genişləndirilməsi, subsidiyaların və güzəştli kreditlərin verilməsi kimi tədbirlər nəticəsində ərzaq bolluğunun yaradılması istiqamətində xeyli işlər görülür. Dövlət tərəfindən qiymət artımının süni yollarla qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Payız kənd təsərrüfatı məhsullarının yığılma dövrüdür. Çox bahalaşma getmir. Bütövlükdə idxal olunan məhsullar istisna olmaqla digər ərzaq məhsullarının qiymətlərinin artmasında, hesab edirəm ki, hər hansı bir narahatlıq yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Portağallı-ədviyyatlı detoks

Next

Azadlığa çıxan sabiq nazir Vəli Ələsgərovun Naxçıvandan çıxışına qadağa qoyulub? – AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv