Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistan da qəbul etdi: Qarabağ Azərbaycandır!

By Vüsal Rafiqoğlu
09.10.2022 3 Min Read

Praqa görüşləri Cənubi Qafqazın mənzərəsini dəyişə bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa lideri Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Çexiyanın paytaxtı Praqada oktyabrın 6-dan başlanan və 7-i səhər saatlarına kimi davam edən dördtərəfli görüş ciddi nəticələrlə yekunlaşdı. Görüşün sonunda Yelisey sarayının rəsmi saytında dərc olunmuş Bəyanat Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü 5 əsas prinsipin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Danışıqlar nəticəsində qəbul olunmuş sənəd qeyd-şərtsiz rəsmi Bakının növbəti diplomatik qələbəsidir və bəyanatın müddəaları ölkəmizin maraqlarına tam cavab verir.  Ən mühümü isə odur ki, Praqa görüşü Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə yekunlaşdı.

Bəyanatda vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər: “Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq.”

Xatırladaq ki, Bəyanatda qarşılıqlı surətdə ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib və suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyıb.

İstinad edilən digər sənədə gəlincə, Alma-Ata Bəyannaməsi 21 dekabr 1991-ci ildə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılaşmasının və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasının təsdiqlənməsi məqsədilə imzalanıb. Ermənistan adından bu ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın imzaladığı Bəyannamədə qeyd olunur ki, MDB-yə üzv dövlətlər öz aralarında münasibətləri dövlət suverenliyini, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını qarşılıqlı tanıma və suverenliyinə hörmət əsasında inkişaf etdirirlər.

Göründüyü kimi, Praqada qəbul olunmuş Bəyanat dörtərəfli görüşün nəticəsi olaraq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, dövlət suverenliyimizə hörmət etməli olduğunu göstərir. Üstəlik, Nikol Paşinyan Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımasını təsdiq etməklə Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiklərini də təsdiqləmiş oldu. Sirr deyil ki, bu nəticə Azərbaycan hakimiyyətinin uzun illər apardığı uğurlu diplomatik mübarizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə sayəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar sayəsində mümkün oldu.

Praqada keçirilmiş dördtərəfli görüşdə Ermənistan həmçinin Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Oktyabrda faəliyyətə başlayacaq missiya maksimum iki ay müddətində davam edəcək. Bəyanatda qeyd olunub ki, missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir.

Çexiya paytaxtında 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşün nəticəsi olaraq sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinin razılaşdırılması da Azərbaycanın maraqlarına cavab verir. Çünki İkinci Qarabağ müharibəsindən ötən iki il ərzində rəsmi Bakı sərhədlərin delimitasiyası mövzusunu həmişə aktual saxlayıb və sülh danışıqlarının əsas hissələrindən biri kimi dəyərləndirib. Təsadüfi deyil ki, Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik baza prinsipləri arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də var. Bu dəfə isə İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsinə razılıq verib. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırıldığını nəzərə alsaq, yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləmək olar.

Praqa görüşlərinin nəticələri sülh müqaviləsinin imzalanması prosesinin yekunlaşmaq üzrə olduğuna da ümidlər yaradır. Əldə edilmiş razılaşmaların yekunu kimi, nəhayət, Cənubi Qafqazın siyasi mənzərəsini dəyişəcək sülh sazişi imzalana bilər. Çexiya paytaxtında Azərbaycan televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev də sülhə yavaş-yavaş yaxınlaşıldığına ümid etdiyini bildirib: “Bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə biz sülhə daha da yaxınlaşırıq. Bu dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq.”

Çexiya paytaxtında baş tutan dördtərəfli görüşün nəticələri və hadisələrin gedişi göstərir ki, Ermənistan üçün çəmbər daralır, düşmən ölkənin siyasi rəhbərliyinin Azərbaycanın tələblərini qəbul etməkdən başqa yolu qalmayıb. Düşmən ölkənin siyasi hakimiyyəti sülh sazişinin imzalanmasının, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının və dövlət suverenliyimizə hörmət edilməsinin zəruriliyinin fərqindədir. Ərazi bütövlüyümüzü tanımaqla isə Ermənistan bir həqiqəti də qəbul etmiş oldu: Qarabağ Azərbaycandır!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür

Next

Şəkidə gənc oğlan intihar edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv