Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şəhərsalmada yeni yanaşmalar – ŞƏRH

By Vüsal Rafiqoğlu
09.10.2022 4 Min Read

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə şəhərlər, kəndlər və qəsəbələr yenidən qurulur. İstər Qarabağ, istər Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin yaşayış məntəqələri hazırlanmış baş plana uyğun olaraq yenidən tikilir. Bu işlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən hər il təxminən 3 milyard manat vəsait ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası da genişləndirilir. Artıq Zəngilanın Ağalı kəndinin sakinləri öz yurdlarına, evlərinə dönüblər.

Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Bu günlərdə dövlət başçısının Ağdam rayonuna səfəri də bu istiqamətdə aparılan işlərin davamı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər. Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı forumda çıxış edərək Azərbaycana qarşı həyata keçirilən işğal, 28 il ərzində aparılan nəticəsiz danışıqlar və Vətən müharibəsinin baş verməsi, torpaqların işğaldan azad olunması ilə bağlı fikirlərini diqqətə çatdırıb: “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif bildirib ki, BMT-nin Məskunlaşma Proqramının Katovitsedə keçirilən Dünya Şəhərsalma Forumunda təqdim edilmiş 2022-ci il üzrə Dünya Şəhərləri hesabatında göstərilir ki, bəşəriyyət yol ayrıcındadır: “Şəhərsalmanın qarşısının alınması mümkün olmayan meqa trend olmasına baxmayaraq, inteqrasiya edilmiş planlaşdırma, mərkəzi, yerli və regional hökumətlər səviyyəsində çoxşaxəli əməkdaşlıq olmadan bizim şəhərsalma nöqteyi-nəzərindən gələcəyimiz qaranlıq görünür. Buna görə mən Zati-aliləri Prezident Əliyevə bu ilk Azərbaycan Milli Şəhərsalma Forumuna himayədarlıq etdiyinə görə çox minnətdaram. Sizin bu gün burada iştirakınız yeni şəhərsalma gündəliyinin bütün tərəfdaşlarına dayanıqlı şəhərsalmaya aid siyasət tövsiyələrini müzakirə və tərtib etməyə imkan verən bu platformanı daha yüksək səviyyəyə qaldırıb”.

Forumda da qeyd olunduğu kimi, Azərbaycan şəhərsalmada, infrastruktur layihələrinin icrasında bir yenilik ortaya qoyub. Əlbəttə ki, yeni ideyaların qüsursuz tətbiqi işğaldan azad olunan ərazilərdə təməli atılan hər bir kənddə, şəhərdə özünü təsdiqləmiş olur. Artıq Ağalı kəndinin timsalında bunun şahidi oluruq.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə şəhərsalmada yeni texnologiya, innovasiya tətbiq edir: “Xüsusən də həmin ərazilərimizdə şəhərsalma prinsiplərində fərqli yanaşma ortaya qoyulur. Bu kontekstdə oktyabrın 4-5-də keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu da bir daha təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərimizdə qurulan və istifadə edilən şəhərsalma texnologiyası yanaşması eyni zamanda region ölkələri üçün də cəlbedici ola bilər”.

V.Bayramov vurğuladı ki, forumda əsas məqsədlərdən biri təcrübələrin öyrənilməsi və bölüşdürülməsi olub: “Azərbaycan bir tərəfdən, xüsusilə işğaldan azad edilmiş ərazilər üzrə öz təcrübəsini təqdim edir. Digər tərəfdən isə digər ölkələrlə qarşılıqlı şəkildə təcrübə mübadiləsi aparır. Bu baxımdan, təbii ki, işğaldan azad edilən şəhərlərimizin baş planlarının hazırlanması, inşası, layihələndirilməsi və metodologiyasının region ölkələri üçün də cəlbedici olacağı gözlənilir. Nəticə etibarı ilə bu, şəhərsalmada Azərbaycan yanaşmasının reallaşmasına gətirib çıxaracaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov: “Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir” – FOTO/VİDEO

Next

İki il fərqlə Gəncə və Mariupol: Viran qalmış abad şəhərlər, müharibənin əziyyətini çəkən mülki əhali – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv