Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan başqa seçim qoymadı – Azərbaycan Laçın yolunda postlar qurmalıdır…

By Vüsal Rafiqoğlu
19.10.2022 4 Min Read

Ermənistanın baş naziri 10 noyabr anlaşmasını pozaraq Azərbaycanla sərhəddə üç keçid məntəqəsi qurulmasını təklif edir, Bakının cavabı məlumdur

Ermənistan hökuməti iki ölkənin sərhədində üç keçid məntəqəsinin açılması ilə bağlı qərarına Azərbaycanın müsbət reaksiyasını gözləyir. “Yeni Müsavat” bildirir ki, baş nazir Nikol Paşinyan belə deyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən dövriyyəyə buraxılıb. Azərbaycan XİN isə cavab olaraq bildirib ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdakı öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır: “Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqələnmə üçün 3 qeyri-real buraxılış məntəqələri variantını təklif etmək doğru siyasət deyil”, – qeyd olunub. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə qeyd edib ki, Laçın və Zəngəzur eyni statusdadır, bunu Azərbaycan bir neçə dəfə bildirib.

…Erməni baş nazirin təklifi əlbəttə ki, 2020-ci il üçtərəfli bəyanatına ziddir. Çünki bəyanatın 9-cu bəndində deyilir:  “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”. Göründüyü kimi, sənəddə “hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilindən” söhbət gedir.

Eyni zamanda, Prezident İlham Əliyev hələ ötən ilin dekabrında NATO qərargahında keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı öz mövqeyini bildirmişdi. Sitat: “Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

Bu istiqamətdə xüsusən Brüsseldə aparılan danışıqlara baxmayaraq, Ermənistan göründüyü kimi, əvvəlki pozucu mövqeyində qalır və Paşinyanın təklifi də bunu sübut edir.  O halda Azərbaycanın Laçın istiqamətində yeni yolda sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativi qalmır. Gömrük postları ilə yanaşı Azərbaycanın xüsusi təyinatlı qüvvələrindən ibarət xüsusi post da yaradılmalıdır. Yaxın üç ildə Rusiya sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçən yük avtomobillərini tam nəzarətə götürməlidir ki, bu ermənilərin sığındığı Xankəndi və ətraf ərazilərə tam şəkildə nəzarətə imkan verəcək. Rusiya buna etiraz edə bilməz, çünki Ermənistan belə təklif edirsə, Bakı da öz mövqeyini gerçəkləşdirməlidir. Nəticə etibarilə bu təklif Azərbaycanın xeyrinə olacaq. Çünki İrəvan başqa seçim qoymur və israr edir ki, Ermənistanla Qarabağ arasında yolda biz oxşar addımları ataq. Bəs, bu mümkün olacaqmı? Mütəxəssislər nə düşünürlər?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi şərhçi Xəyal Bəşirovun “Yeni Müsavat”a dediyinə görə 10 noyabr sənədində bütün müddəalar açıq göstərilib. “Ermənistan baş nazir, xarici işlər naziri səviyyəsində iki ildir ki, bəyanatı öz maraqlarına uyğun təhrif edir. Rəsmi Bakı isə üzərinə düşən öhdəlikləri vaxtından əvvəl yerinə yetirir. Ancaq o demək deyil ki, Ermənistanın bu siyasətinə axıra qədər dözüm nümayiş etdirəcəyik. Onlar Zəngəzur dəhlizi olmayacağından danışırdılar, bizim prinsipial mövqeyimizi gördükdən sonra indi üç keçid məntəqəsindən danışırlar, maneəli keçid nəzərdə tuturlar. Bu müddət sonra bu şərtdən də imtina etməyə məcbur olacaqlar. Sadəcə, biz İrandan iki keçid məntəqəsindən keçiriksə, Ermənistandan niyə üç keçid məntəqəsindən keçməliyik? Ona görə də Laçın yolunda hansı şərtlər varsa, Zəngəzur dəhlizində də tətbiq olunacaq, olmayacaqsa, sona qədər bu mövqedən çıxış edəcəklərsə, o halda Qarabağdakı yeni yolda adekvat addımlar atmağımız çətin deyil” – deyə ekspert vurğuladı. Onun fikrincə, istənilən an yolun bağlanması, keçid məntəqələri qoymaq iqtidarımız var: “Ümumiyyətlə, üç keçid məntəqəsi niyə olmalıdır? Deməli, heç də üç keçid məntəqəsi qurmaq planı deyil, prosesin pozulmasına hesablanmış addımlardır. Bu baxımdan Azərbaycan “Dəmir yumruq”la buna cavab verəcək. Ermənistan uzun müddət 10 noyabr sənədinin bəndlərini icra etməkdən boyun qaçıra bilməyəcək. Paşinyan kapituliyasiya imzalamış, ordusu darmadağın edilmiş siyasətçidir, indi zaman qazanıb danışıqları pozmaqla düşünürsə ki, vaxt udmuş olacaq, yanılır. Azərbaycan Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburetmə əməliyyatı başlamaq gücünə malikdir”.

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova da üç keçid məntəqəsi təklifini irreal hesab edir. Onun sözlərinə görə, İrəvan Tehran-Paris-Vaşinqton üçbucağında kombinasiya qurmaqdadır: “Paşinyan bu üç tərəflə manevr edərək Zəngəzur dəhlizinin açılmasından yayınacağını güman edir. Ermənistan bu yolun açılmasına razıdır, sadəcə, dəhlizə qarşıdır. Bizsə sənədə istinad edirik, maneəsiz keçid deyilirsə, deməli, orada erməni gömrükçüsü dayanmamalıdır, rus hərbçiləri yoxlaya bilər. Amma biz Laçın yolunda eyni qərarı versək, o zaman Paşinyana da, Araikin dəstəsinə də heç yaxşı olmayacaqlar. Əslində, bu məsələdə gecikirik, Rusiya ilə razılaşaraq Qarabağdan Ermənistana gedən yola keçid məntəqələri qoymalıyıq. Bundan sonra ermənilərin başı daşa dəyəcək və dərk etməyə başlayacaqlar. Hətta yolu bağlaya bilərik, onlar Ermənistana niyə gedib-gəlməlidirlər?”

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan əsas İrandır: “SEPAH açıq bildirir ki, bölgədə sərhədlərin dəyişməsinin əleyhinəyik. Fransa da Ermənistanı ruhlandırır. Paşinyan hər iki dəstəkdən qidalanaraq bu mövqeni davam etdirir. Ona elə gəlir ki, Rusiyanın indi təzyiq gücü qalmayıb, 10 noyabr sənədindən yayına bilər. Amma Putin liderləri görüşə çağırıb, nəqliyyat-kommunikasiya xətlərinin işə düşməsi prosesi sürətlənə bilər. Çünki Ukrayna müharibəsinə görə Moskva tələsir. Eyni zamanda, Zəngəzur dəhlizi London-Pekin yoludur, bunu istəyən qüvvələr var, kiçik Ermənistan İran və Fransa ilə bacı-qardaş olub axıra qədər müqavimət göstərə bilməyəcəklər. Üstəlik, əlimizdə rıçaq var – Laçın yolunu bağlayırıq, nəfəsləri kəsilir…”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub

Next

Molla Pənah Vaqif rusofil olub?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv