Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

“Qızı ilə evlənmək istəyirdim, özünü sevdim…” – Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

By Vüsal Rafiqoğlu
19.10.2022 4 Min Read

İsmayıllıda çalışdığı məktəbin xadiməsini qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Bəxtiyar Əhmədlinin cinayət işi məhkəmə prosesi başa çatıb.

Vətən Müharibəsinin qazisi olan Bəxtiyar Əhmədlinin hansı səbəbdən qadını öldürməsi ictimaiyyətə qaranlıq qalıb.

ARANTV.AZ  xəbər verir ki, “lent.az” sözügedən cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə bu il fevralın 11-də İsmayıllı rayon Basqal qəsəbə tam orta məktəbdə qeydə alınıb. Orada gözətçi işləyən 25 yaşlı Bəxtiyar Əhmədli iş yoldaşı olan xadimə 40 yaşlı Gülarə Qəhrəmanovanı qətlə yetirib. Ona Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə ittiham elan olunub.

Bəxtiyar Əhmədli ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, Vətən Müharibəsindən sonra Basqal qəsəbəsində orta məktəbdə gözətçi kimi işləməyə başlayıb:

“Orada işə başladıqdan sonra həmin məktəbdə xadimə işləyən Gülarə Qəhrəmanova ilə tanış oldum. Gülarənin mənim təxminən 2020-ci ilin ortalarından Basqalda evlənmək istədiyim, lakin azyaşlı olması ilə əlaqədar münasibət yaratmaqda çəkindiyim Əfsanənin anası olmasını bildim.

Təxminən 2021-ci ilin iyun ayının sonlarından etibarən Gülarə ilə aramızda sevgi münasibəti yarandı və bundan sonra Əfsanə ilə daha maraqlanmadım.

Eyni zamanda Gülarəyə də qızı Əfsanədən əvvəllər xoşum gəlməsini, lakin onun özünü tanıdıqdan sonra Əfsanə ilə ailə qurmaq fikrindən daşındığımı bildirdim. Gülarə ilə münasibətim başladı. Onun evli və 4 uşaq anası olması ilə bağlı münasibətimizi hamıdan gizlətdik.

Mən, Gülarəni çox sevirdim və hətta bir dəfə ona əri Ruhiddən ayrılaraq mənimlə başqa yerə gedib yaşaya biləcəyini dedim. Gülarə ilə İsmayıllı şəhərində xatırlamadığım ünvanlarda kirayəyə götürdüyümüz evlərdə bir neçə dəfə cinsi münasibətdə olduq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Gülarənin oğlu Biruni xatırlamadığı telefon nömrəsindən ona zəng edib:

“O, Basqal qəsəbəsinə gəldiyini və mənimlə görüşmək istədiyini bildirdi. Mən isə Basqal tam orta məktəbdə olduğumu və orada onu gözləyəcəyimi dedim. Lakin Biruni gəlmədi. Üstündən bir neçə gün sonra mənə yenidən zəng elədi. Tanışım Zülfüqarla məktəbin yaxınlığında olduğunu bildirdi. Mən isə məktəbdə olduğumu dedim, arxa qapıdan içəri daxil olmalarını istədim.

Biruni ilə Zülfüqar məktəb binasının arxa qapısından içəri girdilər və orada onlarla söhbət etməyə başladım. Orada Biruni Basqal qəsəbəsində anası Gülarə ilə mənim aramda sevgi münasibətinin olması barədə şayələrin olduğunu deyərək buna aydınlıq gətirməyimi istədi.

Mən isə ona belə bir halın olmadığını, Gülarə ilə sadəcə olaraq iş yoldaşı olduğumuzu, ona bacı gözü ilə baxdığımı dedim. Bundan sonra Biruni ilə Zülfüqar mənə inandıqlarını deyərək çıxıb getdilər”.

Bəxtiyar Əhmədli deyib ki, Biruni ilə söhbətindən bir neçə ay keçəndən sonra Qəbələyə gedib:

“Əmim oğlu Elşad Əhmədov, Elşadın dostları Emin və Ağaxanla Qəbələ rayonuna çay içməyə getdik. Oradan Basqala qayıdanda iki ədəd çaxır aldım. Əmimoğlunun işi çıxdığı üçün gəlmədi. Mən də telefonla Zülfüqara yığdım. Dedim içmək istəyirəm.

O da razılaşdı. Axşam mənə zəng edərək Biruni ilə məktəbə gələcəyini dedi. Təxminən 5 dəqiqə sonra Biruni ilə Zülfüqar Basqal qəsəbə tam orta məktəbə gəldi və onlarla birlikdə əvvəl birinci mərtəbədə gözətçi üçün ayrılmış otağa getdik.

Orada Zülfüqarla çaxır içməyə başladıq, Biruni isə spirtli içki qəbul etmədiyindən şirə içdi. Təxminən 2 saata aldığım 700 qramlıq, ya da litrlik olan iki ədəd çaxırdan birini tam, ikinci şüşədən isə yarısını içdik.

Mən alkoqollu içkinin təsirindən telefonumun “Whastapp” tətbiqi üzərindən Gülarə ilə xatırlamadığım mövzuda yazışmağa və içkinin təsirindən kövrələrək gözümdən yaş gəlməyə başladı.

Elə bu zaman Biruni yerindən duraraq tualetə gedərkən arxamdan keçdikdə əlimdəki telefonla Gülarə ilə yazışdığımı görüb əlimdən telefonu aldı və telefonda anası ilə danışdığımı görərək “kiminlə yazışırsan?” deyə soruşdu, mən isə artıq çarəsiz qalıb Biruniyə anası ilə danışdığımı dedim.

Artıq utandığım üçün telefonumu ondan istəmədim, baxmasına razılıq verdim. Bu zaman Biruni üzümə 1-2 dəfə yumruq vurdu. Zülfüqar isə yerindən duraraq Birunini tutmaq istədikdə o, sinif stolunun üzərindəki boş çaxır şüşəsini əlinə götürüb mənim başıma bir dəfə zərbə vurmağa çalışdı. Lakin mən əlimlə başımı tutduğumdan şüşə əlimə dəydi. Biruninin hər iki əli sarğıda idi idi.

Buna görə də, mənə vurduğu yumruq zərbəsi və şüşə ilə əlimə dəyən zərbəsi elədə güclü deyildi. Mən isə günahkar olduğum üçün orada ümumiyyətlə Biruniyə əl qaldırmadım. Bundan sonra Zülfüqar Birunini tutaraq sakitləşdirdi və onlara gedərək məsələyə aydınlıq gətirməyi təklif etdim.

Üçümüz oradan çıxıb təxminən saat 23 radələrində piyada Birunigilə getdik. Biruni evlərinin həyətinə girən kimi yüksək səslə anası Gülarəni çağırmağa başladı. Biz evin qapısına çatdıqda Gülarə qapını açan kimi Biruni sağ əli ilə anasının üzünə şillə vurub içəri girdi. Biruninin arxası ilə də Zülfüqar və mən, evin qonaq otağına daxil olduq.

Biruni evə girəndən sonra Gülarənin saçlarından tutub digər əlində olan mənim telefonumdakı yazışmanı göstərərək yüksək səslə bunun nə yazışma olduğunu soruşdu. Gülarə isə ağlaya-ağlaya mənimlə arasında heç bir münasibətin olmadığını dedi.

Biruni həmçinin dayılarına da zəng edib onların evinə gəlməsini istədi. Orada yaranmış səs-küyə Ruhid, Biruninin bacısı Əfsanə və qardaşı Kənan, eyni həyətyanı sahədə yaşayan Əbülfəz gəldi.

Əbülfəz ora gəldikdən təxminən 5 dəqiqə sonra ora qonşuluqda yaşayan Sübüxanım və Əbülfəzin arvadı Süheylə, daha sonra isə Gülarənin qardaşları Bayram və Habil gəldilər.

Habil ora gələn kimi Biruni ilə Zülfüqardan qışqırmamalarını, qəsəbəyə biabır olacaqlarını dedi. Çünki onlar yüksək səslə oradakı şəxslərə Gülarə ilə mənim gizlin eşq yaşadığımızı deyib, bizi təhqir edərək, “cındır” və “alçaq” kimi sözlər işlədirdilər”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ona Basqaldan çıxıb getməyi təklif ediblər:

“Özüm də onlara qəsəbədən gedəcəyimi dedim. Onlar mənə qəsəbədən getməyimi hədə-qorxu ilə istəmədilər. Orada mən, təxminən 1-2 saat qaldım, lakin həyəcanlı olduğum üçün həmin müddət ərzində hansı söhbətlərin olmasını xatırlamıram.

Mən çıxıb məktəbə qayıtdım. Öz otağıma daxil oldum. Otaqda gizlətdiyim bıçağı götürdüm. Qorxurdum ki, Gülarənin qohumları üzərimə hücum çəkərlər.

Eyni zamanda telefonumun Gülarənin evində qaldığını bildim. Lakin utandığım və hədə-qorxu gəlməsələr belə nəsə edəcəklərindən qorxduğum üçün gedib telefonunu götürmədim. Artıq növbəti gün yuxudan oyanıb yenə dünən Gülarənin evində baş verənləri düşünməyə başladım.

Həmin gün artıq saat 9 radələrində məktəbin köhnə binasının üçüncü mərtəbəsində qaldığım yararsız sinif otağından çıxaraq Gülarənin gəlib gəlmədiyinə baxmaq üçün yandakı sinif otağına keçdim.

Oradan məktəbin təzə binasının birinci mərtəbəsindəki pəncərəsindən dəhlizdə Gülarənin dayanmasını gördüm. Həmin an Gülərəni çox sevdiyimi və artıq onunla birlikdə olmayacağımızı başa düşürdüm”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2023-cü ilin ən şanslı bürcləri hansılardır?

Next

ATƏT-in Minsk qrupunu “diriltmək” istəyənlərə sərt XƏBƏRDARLIQ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv