Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İranda “soyuq külək əsir”, xalq ayağa qalxıb – İCMAL + FOTO

By Vüsal Rafiqoğlu
04.11.2022 3 Min Read

Güney azərbaycanlı fəallar Tehran hökumətindən milli zəmində ayrı-seçkilik siyasətinə, Azərbaycan sərvətlərinin talanmasına və insan haqlarının pozulmasına son qoyulmasını tələb edirlər.

ARANTV.AZ  xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

Bildirilib ki, “Qırx Metir” məhəlləsində bir qrup milli fəal aksiya keçirib. Onlar Azərbaycan türkcəsində “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”, “Azadlıq, Ədalət, Milli hökumət”, “millətlərə istiqlal, qadınlara azadlıq” və başqa bu kimi şüarlar səsləndiriblər.

Əbülfəz Cani, Nasir Bəxtiyari və Yunis Zareyiyyun adlı fəallar ölkənin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıblar. Son bir neçə gün ərzində Güney Azərbaycan şəhərlərində milli-mədəni fəalların həbs edilməsi halları kəskin artdığı bildirilir.

Milli fəal Kərim İsmayılzadə, Nima Radməneş, Mürtəza Pərvin həbs ediliblər. Oların təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqları deyilir.

Təhlükəsizlik məmurları Ərdəbildə yaşayan milli fəal Vəhid Sadiqifərə zəng edərək ondan idarəyə getməsini istəyiblər. Milli fəal bunun üçün məhkəmə qərarı olmadığını əsas gətirərək təhlükəsizlik idarəsinə getməkdən boyun qaçırıb.

İranın Kərəc şəhərində baş verən iğtişaşlar zamanı “Bəsic” könüllü dəstəsinin üzvü öldürülüb. İğtişaşlar zamanı daha 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Əlburz valisi Müctəba Abdullahi iğtişaşçıların Kərəc əyalətinin Beşt Səkinə şəhərində polis qüvvələrinə və Bəsic məntəqəsinə hücumundan sonra xəbərdarlıq edib ki, bundan sonra iğtişaşçılar və quldurlarla ciddi şəkildə mübarizə aparılacaq.

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məscidin imamı öldürülüb. Bu barədə məlumatı Sistan və Bəlucistan əyalətinin Polis Baş İdarəsi yayıb. İmam Sejad Şəhrakinin Mövlai Müttəqiyan məscidi qarşısında silahlı şəxslər tərəfindən güllələndiyi bildirilir.

Rəşt şəhərində xalq hökumət qüvvələrinə qarşı qızğın mübarizə apararaq onları meydandan qovub.

Bundan başqa, ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalar fonunda İranda mollaların döyülməsi halları geniş yayılıb. Xüsusilə son həftələr İranın müxtəlif şəhərlərində mollaların döyülməsi və əmmamələrinin başlarından götürülməsi gənclər arasında trend halına alıb.

Noyabrın 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı məsciddən evinə qayıtdığı vaxt naməlum gənclər tərəfindən döyülüb.

İran genetika elminin atası kimi tanınan professor Dariuş Fərhud hökumət qüvvələri tərəfindən saxlanılaraq 36 saat sorğu-sual edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri departamentlərə silahlı hücum planlaşdıran qrupu məhv ediblər.

İran İnsan Haqları Təşkilatı noyabrın 3-ə yaydığı məlumatda 17 sentyabrdan 3 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 298 nəfərin hökumət tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı, məlumatda 15 minə yaxın insanın saxlanıldığı qeyd edilib.

Etirazlara dəstək verən 40 vəkil bəyanat yayıb. “İran xalqının əksəriyyəti artıq İslam Respublikası sistemini istəmir” başlığı ilə dərc edilən bu bəyanatda vətəndaşların hakim ruhanilərin mahiyyətinə bələd olduqları və bir daha onların yalan vədlərinə aldanmayacağı bildirilib, müxtəlif şüarlarla mollalardan hakimiyyətdən getmələrinin istənildiyi qeyd edilib.

432 həkim və əczaçının imzaladığı məktubda isə hakimiyyət etirazçılara qarşı təmkinli davranmağa, narazıların səslərini eşitməyə və repressiyalara son qoymağa çağrılıb. Təbrizli həkimlər problemlərin həlli, qan və qırğın yerinə əmin-amanlığın bərqərar edilməsinin əsas şərtlərindən birinin insan həyatına hörmət və etirazçıların səslərinin eşidilməsi olduğunu bildiriblər.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei noyabrın 2-də şagirdlərlə görüşündə bir çox məsələlərdən danışıb. Lakin o, ölkədə baş verən kütləvi etiraz aksiyaları barədə ciddi fikir söyləməyib.

“Əgər inqilab baş verməsəydi, indi bizim yeniyetmə və gənclərimiz hazırkı vəziyyətdə olmazdılar. Onların başı şəhvətə qarışar və ölkənin siyasi məsələləri barədə düşünə bilməzdilər”, – Xamenei bildirib.

İnformasiya, təhlükəsizlik və kəşfiyyat naziri Seyid İsmayıl Xətib bildirib ki, küçə iğtişaşları və Şahçıraq məqbərəsinin təhqir olunması bu sərhəd və ilahi diyar düşmənlərinin peşəkar cinayətinin və vəhşiliyinin dərinliyini hər zamankindən daha çox ortaya qoyur. “Bu hücumlar və iyrənc cinayətlər cavabsız qalmayacaq!”, – o deyib.

Məlumata görə, təhlükəsizlik qüvvələri İraqla sərhədə yaxın İlam şəhərində silahlı qruplaşmanı ələ keçirib. Səlahiyyətlilər qrupun gizləndiyi yerdən 5 əldəqayırma partlayıcı qurğu, 1 əl qumbarası, tapança və tüfəng, külli miqdarda sursat və 255 şüşə spirt ələ keçirdiklərini açıqlayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yevlaxda üç min manatlıq tovuz quşu – VİDEO

Next

Tibb Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv