Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

3+, 5+… Şuşaya aparmadı, Zəfər yoluyla getdik!

By Vüsal Rafiqoğlu
08.11.2022 5 Min Read

“Qarabağın azadlığı bütövlükdə Türk dünyanının qələbəsidir, bunun faydasını, nəticəsini hər bir türk dövləti görəcək” deyirdik, indi bu, çox aydın görünür…

30 ilə yaxın müddət ərzində Qarabağ həsrətindən yazırdıq. Dünyadan ədalət tələb edirdik.
Həmin dövrdə Azərbaycan doğma torpaqlarının, 20 faiz ərazisinin işğalına danışıqlar yolu son qoyulması üçün bütün imkanlarını səfərbər etmişdi.

Bəzi dönəmlərdə 3+3, 3+2+1, 4+2, 5+2 və digər sülh formatları təklif olunmuşdu, bunların ətrafında danışıqlar aparılmışdı. Hətta bir ara söhbət vardı ki, 5 rayon (Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı) qaytarılacaq, qalan ərazilərimizin – Şuşa, Kəlbəcər, Laçın, Xocavənd, Suqovuşan, Hadrutun taleyini sonra müəyyən edəcəklər, Xankəndi haqda isə ümumiyyətlə danışmaq istəmirdilər…
Azərbaycan sülh tərəfdarı olduğundan, qan tökülməsini istəmədiyindən mərhələli həllə də yox demirdi.
Lakin ermənilər faktiki olaraq başıboşcasına bundan da imtina etdilər və nəticədə 2020-ci ilin payızında Azərbaycana əks-hücuma keçib torpaqlarını azad etməkdən başqa yol qoyulmadı.

Cəmi 44 günə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı işğaldan azad etdi. 27 sentyabrda əks hücuma keçdik, 8 noyabrda Prezident Şuşanın da azad olunduğunu elan etdi. Şanlı Zəfər Günümüz oldu 8 noyabr! 3+, 5+… Şuşaya aparmadı, Ordumuz Şuşaya Zəfər yoluyla, kəsə, birbaşa getdi!

zefer yolu.jpg (111 KB)

Bunu necə etdik, hər kəsin gözü önündə oldu. Dünyanı da mat qoyduq…
Ötən iki il müddətində bölgədə yaranmış mənzərədən – postmüharibə dövründə formalaşmış reallıqlardan çıxış edərək, nəticələr haqda xeyli aydın təsəvvürlərlə danışmaq daha rahatdır, asandır.

İndi daha dəqiq başa düşürük ki, Qarabağ Zəfərimiz niyə və nə qədər möhtəşəmdir, necə qürurvericidir və böyük bir tarixi Qələbədir. Qısaca, Azərbaycanın bugününü və sabahını, gələcək taleyini müəyyən edən, şərtləndirən Zəfərdir.
Təbii, bunun bütün detallarını sadalasaq, gərək günlərlə danışaq.

Zəfərimizin ikinci ildönümü ərəfəsində bir neçə məqamdan söhbət açmaq isə mütləqdir.
Əvvəla, ondan danışmalıyıq ki, 1994-cü ildən 2020-ci ilədək təklif olunan heç bir danışıq variantında Şuşanın, Laçının qaytarılmasından söhbət getmirdi. Eləcə də ermənilərin “özlərinin” hesab edib yaşadıqları Hadrutda, Xocavəndin kənd və qəsəbələrindən söz açılmırdı. Azərbaycan təbii bununla razılaşmırdı, mərhələli şəkildə həlldən söhbət gedəndə sərt iradəmiz də, güzəştsizliyimiz ortada idi.. Ancaq fakt bundan ibarət idi ki, vasitəçilər bu məsələni sual altında saxlayırdılar.

Bəs bu gün nəticə nədir? Nəticə odur ki, Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanla yanaşı, Şuşanı, Hadrutu, Suqovuşanı, Xocavəndin bir çox kəndlərini məhz döyüşlə, qəhrəmanlıqla azad etdi. Habelə, Laçının, Kəlbəcərin bir hissəsini də döyüşlə aldıq, digər hissəsini isə Ağdamla bərabər 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq kapitulyant Ermənistan döyüşsüz təhvil verməyə məcbur oldu. Rədd oldu bütün mərhələli danışıq planları, gorbagor oldu…
Yeri gəlmişkən, burada 10 noyabr sənədinə də bir qədər yer ayırmaq gərəkir. Bu sənəd olduqca mühümdür. Çünki Kəlbəcər, Ağdam, Laçının böyük bir hissəsi, o cümlədən Laçın şəhəri məhz bu sənədə əsaslanaraq Azərbaycana təhvil verilib.

Bəyanata uyğun olaraq çox işlər həyata keçirilməlidir. Əgər indiyədək bunlar edilməyibsə, o demək deyil ki, heç zaman da edilməyəcək. Əsla belə deyil. Gedişat göstərir ki, Azərbaycanın dirənişi, tələbləri nəticəsində işlər gecikmə ilə olsa da, mərhələli şəkildə həll olunur.
Təsəvvür edin, biz cəmi iki il 3 ay öncə Qarabağa həsrətlə baxırdıq. Şuşanın, Laçının, hətta bir sıra danışıq variantlarında Kəlbəcərin taleyinin nə zaman, necə həll olunacağından narahat idiksə, İkinci Qarabağ Savaşında bu işləri birdəfəlik, hərbi və sərt diplomatik qaydada həll etdik.
Nəhayət, bu gün biz prosesin o mərhələsindəyik ki, Qarabağ sürətlə bərpa edilir – Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Laçın şəhəri və kəndləri, Kəlbəcər, Hadrut, Xocavəndin kəndləri yenidən qurulur. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Artıq aylar öncədən Zəngilanın Ağalı kəndinə 400-dən çox sakin köçürülərək, yeni qurulan “ağıllı kənd”də yaşamağa başlayıb. Qarabağda yaylaqlar qurulub, təsərrüfatçılar doğma yurdlarına qismən dönüblər. Gələn il laçınlılar Laçın şəhərinə də köçürüləcək…

Əlbəttə, həll edilməmiş bəzi məsələlər də var: Xankəndidə, Əsgəranda, Xocalıda, Sərsəngdə Azərbaycanın tam idarəçiliyini təmin etmək. Bu gün yalnızca bunlardan danışılır və artıq məhz Azərbaycanın daxili işi olaraq qoyulur məsələ. Məsələn, 31 oktyabrda Soçidə imzalanan bəyanatda nə Qarabağ adı çəkildi, nə “status”. Vasitəçilik missiyası üzrə yalnız Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsindən, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından söhbət gedir…
Xankəndi, Xocalıda ermənilərin dinc şəkildə, Azərbaycanın qanunları, idarəçiliyi altında yaşaması mexanizmini tapmaq əlbəttə mümkündür. Ancaq 30 il düşmən olmuş xalqların qısa zamanda birgəyaşayışına nail olmaq elə də asan iş deyil. Bu, bir qədər zaman alacaq işdir. Şübhəsiz, ermənilər ya orada dinc şəkildə yaşamağı seçəcək, yaxud da tərk edib getməli olacaqlar, reallıq, gedişat buna istiqamətlənib.
Təbii, sülh müqaviləsi, revanşist ermənilərin neytrallaşdırılması həm də Qərbin, Rusiyanın, habelə Azərbaycanın Zəfərindən sonra ciddi “naxoşlayan” İranın bölgədəki öz ciddi maraqları, maraq toqquşmaları səbəbindən də yubanır. Fransa separatçı erməniləri açıq-aşkar dəstəkləyir, Rusiyanın müəyyən dairələri Ermənistana, oradan da separatçılara gizli şəkildə silah-sursat yollayır və bu tərəfimizdən ifşa olunur, İran da Ermənistana öz hikksi üzrə “qardaş” deyib, özünü yırtır… Bu reallıqları da nəzərə almamaq mümkün deyil.
Təbii, Azərbaycanın siyasətdə usta olan lideri var. Heç şübhəsiz ki, qısa bir dönəmdə Qarabağ Zəfərinin sərkərdəsi, diplomatik masalarda da daim uğurlar əldə etmiş Prezident İlham Əliyev bu işlərə də əncam çəkəcək. Sülh müqaviləsi də olacaq, Zəngəzur yolu da açılacaq, Naxçıvanla quru yolla əlaqə də bərpa olacaq. Başqa variant yoxdur, gec-tez bunlar baş verəcək. Bölgə ilə bağlı əksər maraqlı güclərin maraqları da bunu diqtə edir…

Qələbəmizin ikinci ildönümü ərəfəsində nəzər salmalı olduğumuz digər məsələ odur ki, Zəfərimizin möhtəşəmliyini dünyanın hər yerində etiraf edirlər. Ordumuz hərb tarixində yeni bir iz qoyub.

449226_src.jpeg (51 KB)

Pafos-filan deyil, Qərbin Avropanın hərbi institutları, universitetləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsindəki taktikasını öyrənir. Məsələn, isveçli Henrik Niström (Nyström) (Swedish Defence University) master dissertasiyasını bu mövzuya həsr edib və 2022-ci ildə müdafiə edib. Ətraflı bu linkdən oxuya bilərsiniz: https://musavat.com/news/isvec-herb-universiteti-qarabag-zeferinin-sirlerini-oyrenir-nistrom-dissertasiya-mudafie-etdi_909298.html

Silahlı Qüvvələrimizin qüdrəti, peşəkarlığı həm də o deməkdir ki, bundan sonra erməni revanşistlər baş qaldırmağa cürət edəcəkləri halda, qısa bir zamanda başları yenə əziləcək. 12-14 sentyabr döyüşləri bunu bir daha sübut etdi.
Üçüncü və ən vacib məqam isə ondan ibarətdir ki, İkinci Qarabağ Müharibəsi, başqa sözlə Qələbə savaşımız Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək zirvəyə yüksəlməsinə də bir vəsilə oldu.

Bu gün Azərbaycan və Türkiyə bir dövlət kimi davranır, hərəkət edir. Şuşada Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır!

1f928c795a020ff4a69a3f9175862e8d.jpg (261 KB)

İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycana diş qıcamaq istəyən hər kəsin gözünün odunu almış olub. Bu gün Azərbaycana kimsə güc göstərmək istəsə, Şuşa Bəyannaməsi dərhal işə düşəcək, başqa sözlə o qüvvə qarşısında Türkiyə və Azərbaycanı birgə görəcək.

susa.jpg (72 KB)

Üstəlik, bu gün birgə addımladığımız Türk Dövlətləri Təşkilatı və onun böyük missiyası var. “Qarabağın azadlığı bütövlükdə Türk dünyanının qələbəsidir, bunun faydasını, nəticəsini hər bir türk dövləti görəcək” deyirdik, indi bu, çox aydın görünür. Şükürlər olsun bu günümüzə! Qarabağ şəhidlərimizə Allah rəhmət eləsin, Qazilərimizə uzun ömür versin!
Azərbaycanın dəngələri sürətlə dəyişməsi, işğala son qoyması, bölgədə yeni reallıqlar yaratması… – bütün bu işlər heç də təsadüfi, avtomatik olmadı. 15 ildən çox vaxt ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən nizamlı, praqmatik və uğurlu siyasətin nəticəsində, gərgin əməyin, möhkəm siyasi iradənin, təhdidlərə boyun əyməməyin, qorxmazlığın, cəsarətin sayəsində baş verdi.

Allah Azərbaycanımızı, Türkiyəmizi, Türk dünyasını daha da güclü, qüdrətli, sarsılmaz etsin!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Almaniya səfiri: “Bu gün sülh həmişə olduğundan daha da aktualdır”

Next

Şamaxıya güclü qar yağıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv