Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çıxışlarında qəzəbli çox gördük, amma bir dəfə də ümidsiz görmədik…

By Vüsal Rafiqoğlu
08.11.2022 3 Min Read

Zəfərin üç qəhrəmanı – şəhidlər, analar və Ali Baş Komandan…

Zəfərlə bitən 44 günlük tarixi qələbəmizin şübhəsiz ki, simvola çevrilən üç qəhrəmanı var. Birincisi, əlbəttə ki, şəhidlərimizdir. İkinci qəhrəman o oğulları böyüdən şəhid və qazi analardır, atalardır! Qapılarına hətta yeganə oğlunun tabutu gələndə bayrağı qucaqlayan, ayaqsız qayıdan balasına sarılıb “Vətən sağ olsun” deyib qamətini dik tutanlar, “dayanmaq yoxdur, ancaq irəli…” deyən valideynlərdir.

_1630481360 (1).jpg (71 KB)

Nəhayət, bu prosesi əvvəldən-axıra mükəmməl aparan Prezident, Ali Baş Komandan, Qələbəmizin memarı İlham Əliyevdir qəhrəman. 8 Noyabr ən çox onların haqq etdiyi Zəfər bayramıdır…

27 sentyabrda başlayan hərbi əməliyyatların hələ 44 günlük müharibəyə doğru getdiyini bilmirdik, “yenə ordumuzu məlum paytaxtlardan 2016-nın aprelindəki kimi dayandıracaqlar, durduracaqlar…” düşüncəsi də var idi. Amma həmin gün bütün əlamətləri ilə fərqli idi – fövqəlhadisələrin başlanğıcına işarə idi…

Dərhal içimizdə bir işıq yarandı – zatən o, heç vaxt sönməmişdi, yoxsa bu illəri yaşaya, duruş gətirə bilməzdik. İşıq getdikcə daha da güclənməyə, içimizdəki illərin buzunu əritməyə başladı. Millət olaraq oyanmağa başladıq, kəndlərimiz, qəsəbələrimiz azadlığa qovuşduqca, biz də özümüzə qayıtdıq. Özümüzü bir daha tanıdıq. Atəşkəs sazişi kölgəsi altında illərdir özünü sübut etmək üçün fürsət gözləyən qəhrəman igidlərin obrazları da üzə çıxdıqca, heyrətləndik də! “Bu, bizik” dedik!

Böyük bir Azərbaycan yaşayır şəhidlər adı altında. Adları? Həsrət, İntiqam, Nicat, Müzəffər… Necə də müharibəmizə uyğun adlardır!

31459876930_12939591_10205071203854494_517385380_n1479987210.jpg (45 KB)

Tariximiz də şəhid adları ilə ucaldı – Laçın, Təbriz, Tərlan, Babək, Beyrək, Cahangir, Mübariz… Daha kimlər var? Elsevər, Elgün, Amal… Sonrası da var – Adəm, Məhəmməd, Əli, Cəbrayıl, Yusif, İman… Və… Bizi Qələbəyə qovuşduran daha iki ad – Məsud və Firəvan…

255893.jpg (144 KB)

Hələ Xudayarın oxuduğu təsnif… İkinci Qarabağ müharibəsinin himnidir. Təsirli deyil, təsnif də deyil, himndir. Bir kino lenti kimi keçir 44 günlük müharibə gözünün qarşısından. Film kimi bir müharibə!

photo_11400105.jpeg (55 KB)

Bunu bir dəfə də yazmışam. Məncə, Prezident İlham Əliyev müharibəyə ən azı 6 ay əvvəl qərar vermişdi. Müharibənin hətta “Qarabağ Azərbaycandır!” sloqanını “Valday”da səsləndirəndən də əvvəl hazırlamışdı. Qələbəyə də inanırdı! Onu müharibə günləri çıxışlarında qəzəbli çox gördük, amma bir dəfə də ümidsiz görmədik. Əliyev qətiləşdirmişdi ki, düşmənlə bir masada oturmağın daha mənası yoxdur. Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu, sadəcə emosiya deyildi, əsgərlərin ayaq səsləri, tankların-topların gurultusu, xəbərdarlıq idi.

prezident-ilham-eliyev-xalqa-muraciet.jpg (34 KB)

Ermənistan və onun havadarları İlham Əliyevin necə qətiyyətli olduğunu müharibəyədək tam mənasında anlaya bilmədilər. Bunlar Əliyevin ermənini necə cəzalandıra biləcəyini hesabdan qaçırdılar. Gördülər, yenə görürlər…

Dünyanın gözü bizdə idi. Torpaqların işğaldan azad edilməsi elə bir dövrə təsadüf edirdi ki, bəzi ölkələrdə pandemiya səbəbindən insanlar evlərindən bayıra çıxa bilmirdilər. Azərbaycan isə dağ-dərələrdə müharibə aparırdı! Koronavirusdan da təhlükəli bir bəla, xəstəliklə, həm də erməni bəlası, erməni faşizmi ilə…

Qələbəmizi istəyənlər barmaq hesabı idi, Türkiyə qardaşlıq bayrağını qaldırmışdı, Pakistan yanımızda idi… sonra? Müqəddəs işimizə – torpaqlarımızı işğaldan azad etməyimizə qarşı olanlar vardı, aşkarda da, gizlində də. Ermənistan ordusunun çöküşünü görürdülər, bu məğlubiyyət prosesini durdurmaq üçün çalışırdılar. Bütün dünya mediasını səfərbər etmişdilər, başımıza yağan, cocuqlarımızı öldürən raketləri görməzdən gəlirdilər, erməninin bir itiyi üçün isə qara bağlayırdılar, hay-küy salırdılar. Alınmadı. Bacarmadılar. Durdura bilmədilər!

Ermənistan 30 ilə yaxın davam edən işğala görə haqq etdiyi cəzanı aldı! Azərbaycan bu müharibədə təkcə torpaqlarını, şərəf şəhərimiz Şuşanı erməni caynağından qurtarmadı, yüz illik erməni xəyallarını ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar. Ermənistan dağılmış ordusunu kənar dövlətlərin köməyi ilə toparlaya bilər, dağılmış iqtisadiyyatlarını da birtəhər yoluna qoya bilər. Amma bir daha o xəyalları – hansı ki, bu milləti ayaqda saxlayırdı – geri qaytara bilməz!

Qələbən mübarək, Azərbaycan!

Nazim Sabiroğlu,
Musavat.com     

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfər kimi Zəfər: 8 Noyabr – Qənirə Paşayeva yazır …

Next

Beynəlxalq Hava Limanınında avtomobil yanıb – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv