Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

XİN Mirzoyanın səsləndirdiyi iddialara münasibət bildirdi

By Vüsal Rafiqoğlu
29.11.2022 4 Min Read

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında danışıqların mahiyyətini, sülh müqaviləsinin hazırlanması, delimitasiya prosesi, mina təhdidi, habelə ərazi bütövlüyünün tanınması kimi məsələlər üzrə fikirləri yanlış məcraya yönəltmək və təhrif etmək cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir.

ARANTV.AZ xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

– Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşdə iştirak üçün Ermənistan tərəfindən şərt irəli sürülməsi, qeyd edilən müsahibədə belə bir görüşün yalnız Fransa Prezidentinin iştirakı ilə keçirilə biləcəyinin bir daha təsdiqlənməsi göstərir ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə sadiq deyil və liderlər arasında növbəti görüşün Praqada deyil, məhz 31 avqust tarixində eyni formatlı üçtərəfli görüşün Brüsseldə liderlər arasında razılaşdırıldığını unudub. Brüsseldə növbəti görüş barədə əldə edilmiş razılığa baxmayaraq, Azərbaycan tərəfinin xoş niyyətlə Praqada görüşə, habelə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə yanaşı Fransa prezidentinin iştirakına razılıq verməsindən təəssüf ki, növbəti mərhələdə sui-istifadə edilib, Fransa tərəfinin obyektiv və ədalətli vasitəçi olmadığını göstərib. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan tərəfi Brüsseldə əldə edilmiş razılığa uyğun olaraq, liderlər arasında danışıqlardan imtina etməyib və danışıqların davam etdirilməsi öhdəliyinə sadiqdir.

– Delimitasiya prosesinin hansı əsasda aparılması barədə razılığa gəldikdə qeyd edək ki, Ermənistan xarici işlər nazirinin iddiasının əksinə, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlarda delimitasiyanın BMT nizamnaməsində və Alma-Ata bəyannaməsində qeyd edildiyi kimi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib və bu görüşlərdə delimitasiyanın hansı xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir müddəa olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur. Delimitasiya prosesi isə bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir.

– Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır.

– Ermənistan xarici işlər naziri müsahibədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə suala müsbət cavab verməkdən belə çəkinib. Azərbaycan tərəfinin müharibədən sonra Ermənistana təklif etdiyi və uzun müddət Ermənistanın cavabsız qoyduğu dövlətlərarası münasibətlərin bərqərar olması və sülh müqaviləsi imzalanması üçün beş baza prinsiplərin əsasında qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünün təsdiq olunduğu Ermənistan tərəfinə məlumdur. Azərbaycan ərazilərinin 30 il ərzində işğal olunmasına və hərbi əməliyyatlar zamanı bütün imkanlara baxmayaraq, Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyi də sirr deyil. Bütün bunların müqabilində, baş verən təxribatlarda Azərbaycanın təqsirləndirilməsi tamamilə əsassızdır.

– Sülh müqaviləsinin hazırlanması ilə bağlı suala cavabında Ermənistan naziri bütün digər məsələlər kimi manipulyasiyaya yol verir. Yaxşı olardı ki, beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri sülh müqaviləsinin hazırlanması barədə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh müqaviləsinin elementləri üzrə ilk layihənin Cenevrə görüşündə kim tərəfindən təqdim olunduğu, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələsinə aydınlıq gətirərdi və bununla daha dolğun mənzərə yaranardı.

– Ermənistan tərəfinin birtərəfli qaydada guya Azərbaycana bütün mina xəritələrini verdiyi və ən çox minalanmanın Azərbaycan tərəfindən həyata keçirildiyi barədə tamamilə əsassız iddialara gəldikdə qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, ilk 8 ay ərzində ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Bununla yanaşı, son mina partlayışlarının təqribən 55%-dən artıq hissəsinin Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verməsi və müharibədən sonra 268 nəfərin mina qurbanı olması bəllidir. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan və keçmiş təmas boyu əraziləri tam olaraq minalayan Ermənistanın faktları təhrif edərək, guya Azərbaycanın mina təhdidinin səbəbkarı olduğunu iddia etməsi riyakarlığın son həddidir. Ermənistanda 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan tərəfindən Ermənistanla sərhəd ərazilərdən çıxarılaraq nümayiş etdirilməsi iddiası isə, ən azı minaların təmizlənməsi işinin delimitasiya olunmamış sərhəddə Ermənistanın hərbi mövqelərinin müşahidəsi altında həyata keçirilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq, elementar məntiqə və hərbi biliklərə ziddir.

– Ermənistan xarici işlər naziri erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsində də növbəti dəfə manipulyasiyalara yol verir. Bu məsələdə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digər rəsmi şəxslərlə mövqelərinin uyğunlaşdırılmasını xarici işlər nazirinə tövsiyə edərdik. Armen Qriqoryan tərəfindən bildirildiyi kimi, erməni qüvvələrinin Azərbaycan ərazisindən cari ilin sentyabr ayında çıxarılması nəzərdə tutulsa da bu hələ baş verməyib. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.

Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir”, – o qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli – SİYAHI

Next

MEDİA Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında görüş keçirilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv